Heydər Əliyevin bir günü: Çinə tarixi rəsmi səfər FOTO


Siyasət 10 Mar 2023 09:32:00 529 0

Heydər Əliyevin bir günü: Çinə tarixi rəsmi səfər  FOTO

Trend BİA ümummilli liderin 100 illiyinə həsr olunmuş "Heydər Əliyevin bir günü" adlı xüsusi layihə başladıb. Ümummilli liderin görüşləri, danışıqları, səfərləri və sərəncamları ölkəmizin formalaşmasında və inkişafında həlledici rol oynayıb. Oxucularımıza ümummilli liderin Azərbaycan tarixindəki rəhbərlik fəaliyyətinin vacib məqamlarını gündəlik xronikada bizimlə birgə yada salmağı təklif edirik.

7-10 mart 1994-cü il.Heydər Əliyev ilk rəsmi səfərini Çin Xalq Respublikasına etdi.

Martın 7-də Azərbaycan Prezidenti Heydər Əliyevin ÇXR sədri Tszyan Tszemin tərəfindən rəsmi qarşılanma mərasimi olub. Sonra ikitərəfli danışıqlar olub. Tszyan Tszemin Çinin Azərbaycanla münaibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini və bu əməkdaşlığın bütün sahələrdə gücləndirilməsinə birgə səy göstərməyə hazır olduğunu bildirib.

Danışıqlardan sonra Tszyan Tszemin və Heydər Əliyev ÇXR ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat imzalayıb, iki ölkə arasında hava yolunun açılması haqqında, elmi-texniki və mədəni əməkdaşlıq, təbabət, radio və televiziya, turizm sahəsində qarşılıqlı fəaliyyət haqqında sazişlər bağlayıblar.

Martın 8-də Azərbaycan Prezidenti Heydər Əliyev ÇXR Dövlət Şurasının baş naziri Li Penlə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin müxtəlif cəhətləri müzakirə olunub.

Həmin gün Heydər Əliyev səfərin ilkin yekunları ilə bağlı jurnalistlər üçün mətbuat konfransı keçirib. Mətbuat konfransında səfərin ilkin yekunlarından razılıqla bəhs edən Heydər Əliyev, Azərbaycanın üzləşdiyi ən böyük problem - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barəsində jurnalistləri ətraflı məlumatlandıraraq, onun həll olunması üçün BMT Təhlükəsizlik Şurasının bütün daimi üzvlərinin, o cümlədən də Çinin səylərini birləşdirməyin vacibliyini vurğulayıb.

Martin 9-da Prezident Heydər Əliyev Pekində Beynəlxalq Ticarətin İnkişafına Yardım Komitəsində çıxış edib. Azərbaycan haqqında, ikitərəfli əlaqələr haqqında məlumat verən Prezident qeyd edib: "Üçüncü gündür ki, ölkənizdə, onun paytaxtı - gözəl şəhər olan Pekindəyik və bu üç gündə bir çox məsələlər barəsində fikir mübadiləsi etməyə və hətta bir sıra mühüm sənədlər imzalamağa macal tapmışıq. Bu sənədlər Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlərin, ən əvvəl ticarət sahəsində və iqtisadiyyatın digər sahələrində əlaqələrin daha da inkişaf etdirilməsinə yönəldilmişdir. Ölkənizə gəldiyimiz andan həm ali dövlət rəhbərliyi tərəfindən, həm də işlə əlaqədar bizimlə ünsiyyətdə olanların hamısı tərəfindən əhatə edildiyimiz səmimi dostluq mühitini ilk növbədə qeyd etmək istərdim. Açığını deyirəm, biz özümüzü evimizdəki kimi hiss edirik. Bu, olduqca vacibdir, çünki biz Çin Xalq Respublikası ilə dostluq münasibətləri yaratmağa çalışırıq. Odur ki, bu səfər, Azərbaycan prezidentinin Çinə ilk səfəri məhz belə münasibətlər yaradılmasının və bu münasibətlərin inkişaf etdirilməsinin zəruriliyindən irəli gəlir".

Sonra Azərbaycan Prezidenti Heydər Əliyev Çinin Şanxay şəhərinə səfər edərək, sərbəst iqtisadi zona, Çin iqtisadi modeli ilə tanış olub. Böyük Çin səddinə səfər də bu ölkə ilə tanışlığın tərkib hissəsi olub.

Çin Xalq Respublikasından Bakıya qayıdarkən Almatıda jurnalistlər qarşısında çıxış edən Azərbaycan Prezidenti səfərin yekunlarını belə dəyərləndirib: "Ümumən isə belə hesab edirəm ki, Çin Xalq Respublikasına səfərimiz böyük tarixi hadisədir. Çünki Çin ilə Azərbaycan arasında heç vaxt bu səviyyədə əlaqələr olmamışdır. Doğrudur, tarixən müəyyən əlaqələr, "Böyük Ipək yolu" və s. olduğunu xatırlayırıq. İndi isə, təkrar edirəm, dövlətlərarası sıx münasibətlərin yaranması böyük siyasi hadisədir. İlk növbədə Azərbaycan Respublikası üçün böyük hadisədir".

Sərhəddə növbəti təxribat like
  • 10 Mar 08:59  
Siyasət Sərhəddə növbəti təxribat

"Erməni silahlı qüvvələri 30 illik işğal və sonrakı dövrdə çoxs

arrow Ətraflı
Uşaqlarda qarın sancısı like
  • 10 Mar 08:55  
Digərləri Uşaqlarda qarın sancısı

Uşaqlarda qarın ağrısı müşahidə olunarsa və bu narahatlıq davam edərs

arrow Ətraflı
Dəhşətli qətl törətmiş qatil ölüm hökmündən yayınmaq üçün like
  • 10 Mar 08:52  
Dünya Dəhşətli qətl törətmiş qatil ölüm hökmündən yayınmaq üçün

ABŞ-ın Texas ştatından ölümə məhkum edilmiş qatil edamdan yayına bilə

arrow Ətraflı
Rusiya İranla misli görünməmiş like
  • 10 Mar 08:49  
Dünya Rusiya İranla misli görünməmiş

Rusiya İranla misli görünməmiş hərbi əməkdaşlığa başlayır.

arrow Ətraflı
Baxmağınız üçün ən GÖZƏL ŞƏKİLLƏR like
  • 10 Mar 08:45  
Digərləri Baxmağınız üçün ən GÖZƏL ŞƏKİLLƏR

Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

arrow Ətraflı
Gecə yarısı gizlicə evə girdi, qonşunun 13 yaşlı qızını... like
  • 10 Mar 08:27  
Kriminal Gecə yarısı gizlicə evə girdi, qonşunun 13 yaşlı qızını...

Lerik rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı seksual xarakterli h�

arrow Ətraflı
Azərbaycanı "Avroviziya"da təmsil edəcək qardaşlar: like
  • 10 Mar 08:23  
Şou-biznes Azərbaycanı "Avroviziya"da təmsil edəcək qardaşlar:

"Nə deyək, söz tapa bilmirik... Həyatımız bir gün içərisində tama

arrow Ətraflı
Daha bir ölkədə koronavirus məhdudiyyətləri like
  • 10 Mar 08:19  
Dünya Daha bir ölkədə koronavirus məhdudiyyətləri

Qətər hökuməti tibb müəssisələrində qoruyucu maskaların taxılması is

arrow Ətraflı
XankəndiLaçın yolunda aksiyanın 89cu gündür: like
  • 10 Mar 08:17  
Siyasət XankəndiLaçın yolunda aksiyanın 89cu gündür:

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan

arrow Ətraflı
Azərbaycanlı iş adamı Rusiyada like
  • 10 Mar 08:15  
Digərləri Azərbaycanlı iş adamı Rusiyada

Azərbaycanlı iş adamı Vaqif Məmişov Rusiyanın Sankt-Peterburq şəhərind

arrow Ətraflı
Zelenski: Rusiya Ukraynanın kritik infrastrukturuna 81 raket atıb like
  • 10 Mar 08:12  
Dünya Zelenski: Rusiya Ukraynanın kritik infrastrukturuna 81 raket atıb

Rusiya Ukraynanın 10 regionuna geniş raket zərbəsi endirib.

arrow Ətraflı
Milyarder idmançıların SİYAHISI like
  • 10 Mar 08:08  
Dünya Milyarder idmançıların SİYAHISI

Tarixin ən zəngin idmançılarının siyahısı məlum olub.

arrow Ətraflı
Həftədə bir dəfə sekslə məşğul olmaq sağlamlığa faydalıdır like
  • 10 Mar 08:03  
Digərləri Həftədə bir dəfə sekslə məşğul olmaq sağlamlığa faydalıdır

Həftədə bir dəfə sekslə məşğul olmaq sağlamlığa faydalıdır.

arrow Ətraflı
"Başakşehir" "Gent"lə heçheçə etdi, "Sivasspor" uduzdu like
  • 10 Mar 08:00  
Dünya "Başakşehir" "Gent"lə heçheçə etdi, "Sivasspor" uduzdu

Bu gün Konfrans Liqasının 1/8 finalının ilk oyunlarına yekun vurulub.

arrow Ətraflı
Villasını indi çadır əvəz eləyir like
  • 10 Mar 07:57  
Dünya Villasını indi çadır əvəz eləyir

Heç bir təbii fəlakət yaş, status və səlahiyyət arasında fərq qoymur.

arrow Ətraflı