Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək “Bakı Marafonu 2023”ə qeydiyyat başladı


Siyasət 10 Mar 2023 10:27:00 243 0

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək “Bakı Marafonu 2023”ə qeydiyyat başladı

Mayın 7-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2023" keçiriləcək. Marafonda iştirak üçün qeydiyyat martın 10-dan mayın 1-dək aparılacaq.

Son.az Trend-ə istinadən bildirir ki, yarışda 18 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər. Bunun üçün Bakı şəhərinin ticarət mərkəzlərindəki ("28 Mall", "Gənclik Mall", "Dəniz Mall") qeydiyyat məntəqələrinə və ya www.marathon.az saytına müraciət etmək olar. Qeydiyyat zamanı müvafiq anket formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr eyni zamanda tələbə vəsiqəsinin surətini) təqdim etmək və müəyyən olunmuş vəsaiti ödəmək lazımdır. Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün ödəniş məbləği 20 AZN-dir. Korporativ olaraq qoşulanlar isə [email protected] elektron poçt ünvanına yazaraq müraciət edə bilərlər. Korporativ müraciətlərdə (hər şirkətdən minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 AZN ödənilməlidir. Bakı marafonunda tələbələrin iştirakı ilə bağlı vəsait Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, onlar qeydiyyat zamanı ödəniş etməyəcəklər.

Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır. "Küləyə qalib gəl" şüarı altında keçiriləcək yarımarafon 21 kilometr məsafəni əhatə edir. Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olacaq. Marafonun marşrutu: Dövlət Bayrağı Meydanı - Dənizkənarı bulvar - Bakı Beynəlxalq Dəniz Vağzalı - Neftçilər prospekti - Bakı Ağ şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi - Bakı Ağ şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi - Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, "Cavanşir" körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti (Hökumət evi, Muzey Mərkəzi, Kukla teatrı, Qız qalası, "Azneft" dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca hərəkət edərək (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) - Dövlət Bayrağı Meydanı.

"Bakı Marafonu 2023"ün mükafatlandırılması iki kateqoriyada olacaq. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.

Qadın və kişi kateqoriyaları üzrə finiş xəttini ilk keçən tələbələr arasında "Gənc ol" (Azercell), eləcə də "Finiş xəttini ilk keçən ən yaşlı iştirakçı", "Finiş xəttini ilk keçən korporativ iştirakçı", "Ən kreativ kostyum" nominasiyalarında da mükafatların təqdimatı nəzərdə tutulur. Bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunacaq. Finiş xəttini keçən ilk 2000 iştirakçı isə "Bakı Marafonu 2023"ün medalları ilə təltif ediləcək.

Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında əyləncə zonası da yaradılacaq. Burada müxtəlif əyləncə proqramları, yarışlar, idman tədbirləri keçiriləcək.

"Bakı Marafonu 2023"ün eksklüziv tərəfdaşı "Azercell Telekom" şirkətidir. Marafon Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, KOBİA, SOCAR, Azerlotereya, Dənizkənarı Bulvar İdarəsi və "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) dəstəyi ilə təşkil olunur. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirəcək.

"Bakı Marafonu 2023" ilə bağlı yeniliklər, yarış ərəfəsində keçiriləcək məşqlər barədə ətraflı məlumatlar layihənin sosial şəbəkələrdəki səhifələrində (facebook.com/bakumarathon, instagram.com/bakumarathon), eləcə də www.marathon.az saytında təqdim ediləcək. Əlavə məlumat üçün telefon nömrəsi: (012) 310 13 31

Son.az 

NATOnun nümayəndə heyəti "N" hərbi hissəsini ziyarət edib like
  • 10 Mar 10:26  
Siyasət NATOnun nümayəndə heyəti "N" hərbi hissəsini ziyarət edib

Ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığını

arrow Ətraflı
Naxçıvanın sabiq rəhbəri vəfat etdi like
  • 10 Mar 10:22  
Digərləri Naxçıvanın sabiq rəhbəri vəfat etdi

Uzun illər rəhbər vəzifələrdə çalışmış, eləcə də Sovet dövründ�

arrow Ətraflı
Heydər Əliyev dövlətimizin nüfuzunu artırmaq üçün əvəzsiz işlər görüb like
  • 10 Mar 09:54  
Siyasət Heydər Əliyev dövlətimizin nüfuzunu artırmaq üçün əvəzsiz işlər görüb

Heydər Əliyev dövlətin nüfuzunu artırmaq üçün çox işlər görüb. Ulu

arrow Ətraflı
Heydər Əliyevin bir günü: Çinə tarixi rəsmi səfər  FOTO like
  • 10 Mar 09:32  
Siyasət Heydər Əliyevin bir günü: Çinə tarixi rəsmi səfər FOTO

Trend BİA ümummilli liderin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev

arrow Ətraflı
Sərhəddə növbəti təxribat like
  • 10 Mar 08:59  
Siyasət Sərhəddə növbəti təxribat

"Erməni silahlı qüvvələri 30 illik işğal və sonrakı dövrdə çoxs

arrow Ətraflı
Uşaqlarda qarın sancısı like
  • 10 Mar 08:55  
Digərləri Uşaqlarda qarın sancısı

Uşaqlarda qarın ağrısı müşahidə olunarsa və bu narahatlıq davam edərs

arrow Ətraflı
Dəhşətli qətl törətmiş qatil ölüm hökmündən yayınmaq üçün like
  • 10 Mar 08:52  
Dünya Dəhşətli qətl törətmiş qatil ölüm hökmündən yayınmaq üçün

ABŞ-ın Texas ştatından ölümə məhkum edilmiş qatil edamdan yayına bilə

arrow Ətraflı
Rusiya İranla misli görünməmiş like
  • 10 Mar 08:49  
Dünya Rusiya İranla misli görünməmiş

Rusiya İranla misli görünməmiş hərbi əməkdaşlığa başlayır.

arrow Ətraflı
Baxmağınız üçün ən GÖZƏL ŞƏKİLLƏR like
  • 10 Mar 08:45  
Digərləri Baxmağınız üçün ən GÖZƏL ŞƏKİLLƏR

Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

arrow Ətraflı
Gecə yarısı gizlicə evə girdi, qonşunun 13 yaşlı qızını... like
  • 10 Mar 08:27  
Kriminal Gecə yarısı gizlicə evə girdi, qonşunun 13 yaşlı qızını...

Lerik rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı seksual xarakterli h�

arrow Ətraflı
Azərbaycanı "Avroviziya"da təmsil edəcək qardaşlar: like
  • 10 Mar 08:23  
Şou-biznes Azərbaycanı "Avroviziya"da təmsil edəcək qardaşlar:

"Nə deyək, söz tapa bilmirik... Həyatımız bir gün içərisində tama

arrow Ətraflı
Daha bir ölkədə koronavirus məhdudiyyətləri like
  • 10 Mar 08:19  
Dünya Daha bir ölkədə koronavirus məhdudiyyətləri

Qətər hökuməti tibb müəssisələrində qoruyucu maskaların taxılması is

arrow Ətraflı
XankəndiLaçın yolunda aksiyanın 89cu gündür: like
  • 10 Mar 08:17  
Siyasət XankəndiLaçın yolunda aksiyanın 89cu gündür:

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan

arrow Ətraflı
Azərbaycanlı iş adamı Rusiyada like
  • 10 Mar 08:15  
Digərləri Azərbaycanlı iş adamı Rusiyada

Azərbaycanlı iş adamı Vaqif Məmişov Rusiyanın Sankt-Peterburq şəhərind

arrow Ətraflı
Zelenski: Rusiya Ukraynanın kritik infrastrukturuna 81 raket atıb like
  • 10 Mar 08:12  
Dünya Zelenski: Rusiya Ukraynanın kritik infrastrukturuna 81 raket atıb

Rusiya Ukraynanın 10 regionuna geniş raket zərbəsi endirib.

arrow Ətraflı