"Vaksin bərabərsizliyi 1,3 milyon kasıb insanın ölməsi ilə nəticələndi"
Siyasət 10 Mar 2023 10:30:00 291 0
Pandemiyanın ilk zamanlarında əksər ölkələr vaksinləri zəngin ölkələrə satdı.
Bu xəbəri də oxu: İlham Əliyev Cenni Consonu qəbul edib FOTO
Son.az Trend-ə istinadən bildirir ki, bunu Monteneqronun sabiq prezidenti Filip Vujanovic 10-cu Qlobal Bakı Forumunun panel iclası zamanı deyib.
O qeyd edib ki, bu cür vaksin bərabərsizliyi 1.3 milyon kasıb insanın ölməsi ilə nəticələndi.
"Müasir dövlətlərin uğursuzluqları mənfəəti cəmiyyətdən üstün tutmaları oldu. Pandemiya gənc insanların həyatlarına təsir göstərdi. Daha yaxşı səhiyyə sistemini təmin etmək üçün yalnız iqtisadi siyasi maraqlarımızı seçməməliyik", - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.
Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.
Son.az
Mayın 7-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2
Ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığını
Uzun illər rəhbər vəzifələrdə çalışmış, eləcə də Sovet dövründ�
Heydər Əliyev dövlətin nüfuzunu artırmaq üçün çox işlər görüb. Ulu
Trend BİA ümummilli liderin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev
Uşaqlarda qarın ağrısı müşahidə olunarsa və bu narahatlıq davam edərs
ABŞ-ın Texas ştatından ölümə məhkum edilmiş qatil edamdan yayına bilə
Lerik rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı seksual xarakterli h�
"Nə deyək, söz tapa bilmirik... Həyatımız bir gün içərisində tama
Qətər hökuməti tibb müəssisələrində qoruyucu maskaların taxılması is
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan
Azərbaycanlı iş adamı Vaqif Məmişov Rusiyanın Sankt-Peterburq şəhərind