LaçınXankəndi yolu: Ekoaksiya


Siyasət 18 Fev 2023 21:33:00 191 0

LaçınXankəndi yolu: Ekoaksiya

Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil olunan etiraz aksiyası 69-cu gün gecə saatlarında da vətənpərvərlik ruhunda davam edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, aksiya iştirakçıları fəallıq göstərir, Azərbaycan cəmiyyətinin haqlı tələblərinin yerinə yetirilməsi məqsədilə şüarlarını davam etdirirlər.

Hazırda aksiya iştirakçıları yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Onların ilk gündən olduğu kimi, şüarları dəyişməz olaraq qalır: "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır", "Azərbaycan vahiddir, sərvətinə sahibdir", "Ekoloji cinayətə son", "Stop ecocide", "Stop Mining", "Берегите природу", "Экоциду нет, Мониторингу да".

Azərbaycanın təbii sərvətlərinin istismarı və talanmasına etiraz edən aksiya iştirakçıları günlərdir ki, yüksək əzmkarlıq və qətiyyət nümayiş etdirirlər. Ərazi humanitar məqsədlər üçün tam açıqdır, nəqliyyat vasitələrinin sərbəst hərəkətinə heç bir maneə yoxdur. Könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını qətiyyətlə tələb edirlər. Erməni mediasında yayımlanan saxta xəbərlərə görə, guya etirazçılar Laçın-Xankəndi yolunu blokadaya alıblar. Halbuki aksiyanın başladığı ilk gündən təcili yardım maşınları, mülki şəxslər buradan sərbəst şəkildə hərəkət edə bilirlər.

Gün ərzində Rusiya sülhməramlılarına məxsus 74 avtomobil aksiya ərazisindən sərbəst keçib. Bu da onu göstərir ki, aksiya ilə bağlı erməni mətbuatında yer alan bütün məlumatlar həqiqəti əks etdirmir. Adəti üzrə onların yaydığı belə məlumatlar anti-Azərbaycan ruhlu növbəti avantüradır.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "Azer Gold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Prezident: Hamımız başa düşürük ki, regionda vəziyyətə ikivektorlu yanaşma zəruridir like
  • 18 Fev 21:31  
Siyasət Prezident: Hamımız başa düşürük ki, regionda vəziyyətə ikivektorlu yanaşma zəruridir

Hamımız başa düşürük ki, regionda vəziyyətə ikivektorlu yanaşma zəru

arrow Ətraflı
Ürəyin sağlamlığını qoruyan faydalı ot dəmləmələri like
  • 18 Fev 21:30  
Digərləri Ürəyin sağlamlığını qoruyan faydalı ot dəmləmələri

Sizə ürəyin sağlamlığını qoruyan çox faydalı dəmləmələri təqdim e

arrow Ətraflı
10 km yüksəklikdən düşüb SAĞ QALDI: Rekord qıran like
  • 18 Fev 21:27  
Digərləri 10 km yüksəklikdən düşüb SAĞ QALDI: Rekord qıran

Aviasiya tarixi maraqlı və qanlı hadisələrlə dolu olsa da, bəzi möcüzə

arrow Ətraflı
Duz immuniteti söndürür, insanı zəiflədir like
  • 18 Fev 21:25  
Digərləri Duz immuniteti söndürür, insanı zəiflədir

Belçika və Almaniya alimləri orqanizmdə aşırı duzun immun sistemə təsir

arrow Ətraflı
Yuxusuzluğun qarşısını necə almaq like
  • 18 Fev 21:23  
Digərləri Yuxusuzluğun qarşısını necə almaq

Yuxusuzluq bütün yaşlarda görülən bir problemdir.

arrow Ətraflı
Sürücü maşında yanıb öldü  FOTO like
  • 18 Fev 21:22  
Dünya Sürücü maşında yanıb öldü FOTO

Rusiyanın Omsk vilayətinin şimalındakı Ust-İşimski rayonunda sürücü av

arrow Ətraflı
İnsan peyğəmbər like
  • 18 Fev 21:20  
Digərləri İnsan peyğəmbər

İnanmayanlar Allahın öz dinini təbliğ etmək üçün göndərdiyi peyğəmb

arrow Ətraflı
Şamaxıda nənə və nəvə qazdan like
  • 18 Fev 20:57  
Digərləri Şamaxıda nənə və nəvə qazdan

Şamaxıda nənə və nəvə qazdan zəhərlənib.

arrow Ətraflı
Qüsl vaxtı hamamda çox qalmaq və vəsvəsə halı like
  • 18 Fev 20:55  
Digərləri Qüsl vaxtı hamamda çox qalmaq və vəsvəsə halı

Sual: Mən elə vərdiş etmişəm ki, qüsl edərkən hamamda çox qalıram. Ba

arrow Ətraflı
Hamı Quranı oxuyub başa düşə bilər? like
  • 18 Fev 20:50  
Digərləri Hamı Quranı oxuyub başa düşə bilər?

Sual: Hamı Quranı oxuyub başa düşə bilər? Misal üçün deyim ki, mən Qu

arrow Ətraflı
Yodlaşdırılmış duz haqqında bilmədikləriniz faktlar like
  • 18 Fev 20:45  
Digərləri Yodlaşdırılmış duz haqqında bilmədikləriniz faktlar

Yod qalxanvari vəzinin normal fəaliyyəti üçün olduqca vacib olan maddədir

arrow Ətraflı
Quranın zikr olması like
  • 18 Fev 20:40  
Digərləri Quranın zikr olması

Zikr başa yerləşdirilib istifadə üçün hazır saxlanan məlumatdır. Onu a

arrow Ətraflı
Gecə normal yuxu almayanlarda xərçəng riski like
  • 18 Fev 20:35  
Digərləri Gecə normal yuxu almayanlarda xərçəng riski

Türkiyəli fizioloq alim Levent Öztürk xərçəngin profilaktikası zamanı n

arrow Ətraflı