Emoməli Rəhmon COP29da Tacikistan pavilyonunun rəsmi açılışında iştirak edib FOTO
Siyasət 12 Noy 2024 18:20:00 123 0
COP29-da "Tajikistan Glaciers 2025" milli pavilyonunun rəsmi açılışı baş tutub.
Bu xəbəri də oxu: İlham Əliyev bir sıra qanunlarda dəyişikliyi təsdiqlədi
Son.az Trend-ə istinadən bildirir ki, açılış Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun iştirakı ilə baş tutub.
Bakıdakı iqlim dəyişikliyi ilə mübarizə üzrə Liderlər Sammitində Prezident Emoməli Rəhmon bildirib ki, iqlim dəyişikliyinə həssas olan Tacikistan, eyni zamanda, İqlim və Su üzrə Yüksək Səviyyəli Panelin üzvü olaraq, "Buzlaqların qorunması ili" elan etmək təşəbbüsünü irəli sürüb və bu təşəbbüs BMT Baş Assambleyasının dəstəyi ilə qəbul edilib.
Bu qətnaməyə əsasən, həmçinin "Beynəlxalq Buzlaqlar Günü" elan edilib və BMT-də Buzlaqların qorunması üçün etimad fondu yaradılıb.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Dünya ABŞ-ın yeni administrasiyasının Qəzza və Livana qarşı müharibəy
"Silk Way Group" şirkətlər qrupu COP29 çərçivəsində Ələt Aza
Mexanik Skotti Kilmer 55 ildən artıqdır ki, avtomobillər üzərində işləy
Şotlandiyada universitet rəhbərliyi varlı tələbələrdən yoxsul ailələr
Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edib.
Dünyada öz unikal xüsusiyyətləri ilə seçilən çox qəribə şəhərlər
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu günlərdə yollarda hərə
Göz quruluğu çox insanda rast gəlinən narahatlıqdır və müxtəlif səbə
Qlobal iqlim böhranı ilə bağlı mövqedə əsaslı dəyişiklik baş verib.
Fransızlar iqlim dəyişikliyinə görə yaşayış yerlərini dəyişməyə ha
Türkiyə COP31-ə ev sahibliyi etmək üçün namizədliyini elan edib.
Arxeoloqlar qladiatorların qalıqlarını analiz edərək nə yediklərini mü�
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layih�
"Mənim üçün ən ciddi səbəb xəyanətdir. Bu olubsa müzakirə bitmi�