Ərdoğan Nikola görə xəbərdarlıq
Siyasət 14 Fev 2023 21:44:00 274 0
Ərdoğanın İrəvanın addımlarına müsbət münasibəti Paşinyan üçün çox önəmlidir. Paşinyan bir çox cəhətdən Ərdoğanı yamsılamağa cəhd edir. O, Türkiyə liderindən dərs almağa çalışır. Və əgər bu gün ABŞ və NATO-nun müttəfiqi olan Ərdoğan regionda özünü müstəqil oyunçu kimi aparırsa, Paşinyan da Moskva və KTMT-yə münasibətdə eyni şeyi etməyə səy göstərir. Türkiyə Prezidenti Paşinyanın hərəkətlərini bəyənir. Unutmayaq ki, 2021-ci ilin yazında Paşinyan üçün çətin günlərdə rəsmi Ankara Ermənistan müxalifətinə az qala birbaşa xəbərdarlıq etdi: "Paşinyana toxunmağa cəsarət etməyin və hərbi çevrilişi xəyalınıza gətirməyin!" Ərdoğan hökumətinin dəstəyi və Ankaranın Ermənistandakı daxili siyasi proseslərə təsir rıçaqları olmasaydı, o zaman Paşinyanın hakimiyyətdə qalacağı sual altında idi.
Bu xəbəri də oxu: İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşüb
Son.az axar.az-a istinadən bildirir ki, bunu erməni analitiki Ruben Marqaryan deyib.
"Başqa bir məqam isə Ərdoğanın Paşinyanın hələ də dəhliz məsələsini uzatmasına olan narazılığıdır. Buna görə də Türkiyə lideri tez-tez Paşinyana birbaşa və ya İlham Əliyev vasitəsilə bildirir ki, Türkiyə ilə Ermənistan münasibətləri Azərbaycanın maraqları tam nəzərə alınmadan, nizamlanmadan sülhlə həll olunmayacaq. Paşinyan da bu yanaşma ilə razıdır. Onun Qərbə və Ankaraya böyük dönüşü bunu izah edir. Bu, həm Ermənistan, həm də şəxsən ölkənin Baş naziri üçün təhlükəli oyundur. Paşinyan başladığı təhlükəli oyunda türk dünyası liderinin dəstəyinə nə qədər ehtiyacı olduğunu bilir və anlayır", - o bildirib.
Zəlzələ həyatlnı itirənlərin ailəsinə 100 min lirə verilir.
Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da Sevgililər Günü qeyd
Uşaqların mədəsi göbələkləri, qoyun ətindəki yağları, konservantlar�
Uca Allah, Tövbə surəsinin 28-ci ayəsində: "Ey müminlər! O müşrikl
Bu gün Rusiya sülhməramlılarına məxsus 14 təminat avtomobili Laçın yolu
Yaponiyada uzunömürlülər həddindən artıq çoxdur, bu səbəbdən gənclə
Yeni Zelandiya hökuməti ölkəni cənginə alan fırtına və onun ardınca ba
Hatayda dağıntılar altından çıxarılan heyvanlar üçün məşhur simalar
Oğuzda kişi arvadına və özünə xəsarətlər yetirib.
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus av
Fransa üzərində kiçik asteroid Yer atmosferinə çırpılıb.
Bakıda ərəb turistin cibindən pul oğurlanıb.