Rusiya niyə diqqət yayındırır?


Siyasət 17 Yan 2025 14:43:00 77 0

Rusiya niyə diqqət yayındırır?

Azərbaycanın sərnişin təyyarəsi Rusiya səmasında vurulduqdan sonra rəsmi Bakı etik davranaraq vəziyyəti eskalasiya etməməyə çalışıb. Azərbaycan Prezidenti bu məsələ ilə bağlı mediaya müsahibə verərək ədalətli istintaqın aparılmasının, günahkarların cəzalandırılmasının və zərərçəkənlərə kompensasiya ödənilməsinin vacibliyini vurğulayıb. Lakin Rusiya tərəfi məsələni obyektiv araşdırmaq əvəzinə, məsuliyyəti yayındırmağa və Azərbaycanı günahkar çıxarmağa çalışır.

Hazırda pilot danışıqlarının yayılması kimi manevrlərlə diqqət əsas məsələdən yayındırılır. Təyyarənin idarəetməni itirməsindən sonra hansı hava limanına enmə qərarının qəbul edilməsindən çox, onun vurulması faktı araşdırılmalıdır. Təyyarənin korpusunda və sərnişinlərin bədənində hava müdafiə sisteminin qəlpələrinin aşkar edilməsi ilə bağlı suallar cavabsız qaldığı halda, diqqəti başqa istiqamətə yönləndirmək cəhdləri davam edir.

Azərbaycan tərəfi etik məsələlərə hər zaman önəm verib, nə medianın, nə ekspertlərin, nə də sosial media istifadəçilərinin həddi aşan ritorikadan istifadə etdiyi müşahidə olunub. Buna baxmayaraq, Rusiyadan gələn təhqir və ucuz propaqanda kampaniyaları Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurur. Bu davranışlar nə Azərbaycan ictimaiyyətində, nə də beynəlxalq səviyyədə qəbul edilə bilər.

Son dövrlər Rusiyanın bəzi media qurumlarının və ictimai fiqurlarının Azərbaycana və xalqımıza qarşı təhqiredici ritorika sərgiləməsinin şahidi oluruq. Ukrayna ilə müharibə kontekstində Rusiyada bu cür davranışların təsadüfi olmadığı, əksinə, hakimiyyət dairələrinin nəzarətində baş verdiyi şübhə doğurmur. Əgər belə olmasaydı, bu kimi çıxışlara qarşı dərhal ölçü götürülərdi. Lakin reallıq belə deyil.

Son dövrlərdə Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən idarə edildiyi ehtimal olunan bu kampaniyada, müxtəlif vasitələrlə Azərbaycan hədəf alınır. Bəzən neonasistlərin dili ilə hədələr səsləndirilir, bəzən isə "Komsomolskaya Pravda" kimi platformalarda uydurma və sifarişli məqalələr yayımlanır. Bu addımlar yalnız gülünc vəziyyət yaradır və Rusiyanın azsaylı dostlarını da itirməkdə maraqlı olduğunu göstərir.

Bu təhqir kampaniyası Azərbaycan-Rusiya münasibətlərində qarşılıqlı etimadı ciddi şəkildə zədələyir. Rusiyanın bir tərəfdən özünü beynəlxalq hüququn müdafiəçisi kimi təqdim etməsi, digər tərəfdən isə qonşu dövlətə qarşı belə ritorika sərgiləməsi böyük təzad təşkil edir.

Azərbaycan cəmiyyətində belə yanaşmanın səbəbləri və məqsədləri barədə müxtəlif fikirlər mövcuddur. Bəzi ekspertlər bunun məqsədli şəkildə regional gərginliyi artırmaq üçün həyata keçirildiyini vurğulayır. Digərləri isə bunu Rusiya daxilində ictimai rəyi manipulyasiya etməyə yönəlmiş bir addım kimi qiymətləndirir.

Azərbaycan xalqı və ictimaiyyəti Rusiyanın məsuliyyətli davranış sərgiləyəcəyinə, ədalətli istintaq apararaq cinayətkarları cəzalandıracağına və zərərçəkənlərə kompensasiya ödənəcəyinə ümid edir. Bu, yalnız iki dövlət arasındakı dostluq münasibətlərinin qorunması üçün deyil, həm də beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğunluq baxımından vacibdir.

İslam Son.az

Hakan Fidan sabah Azərbaycana gələcək like
  • 17 Yan 14:42  
Siyasət Hakan Fidan sabah Azərbaycana gələcək

Türkiyə xarici işlər naziri Hakan Fidan sabah Azərbaycana işgüzar səfər

arrow Ətraflı
Paşinyan Putini Aİ ilə münasibətlərlə bağlı məlumatlandırıb like
  • 17 Yan 14:39  
Digərləri Paşinyan Putini Aİ ilə münasibətlərlə bağlı məlumatlandırıb

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan a

arrow Ətraflı
Azərbaycan və Gürcüstan hökumətləri arasında bir sıra sənədlər imzalandı like
  • 17 Yan 14:31  
Siyasət Azərbaycan və Gürcüstan hökumətləri arasında bir sıra sənədlər imzalandı

Baş nazirlər Əli Əsədov və İrakli Kobaxidze Azərbaycan Respublikası il�

arrow Ətraflı
ŞAD XƏBƏR  Bakıda bu ərazidə evlər UCUZLAŞACAQ like
  • 17 Yan 14:27  
Digərləri ŞAD XƏBƏR Bakıda bu ərazidə evlər UCUZLAŞACAQ

Xırdalanda satışa çıxarılan evlərin sayı artıb.

arrow Ətraflı
Bu bürclər ilin əvvəlində çətin günlər yaşayacaq like
  • 17 Yan 14:16  
Digərləri Bu bürclər ilin əvvəlində çətin günlər yaşayacaq

Deyirlər ki, çətinliklər sərtləşir və xarakter yaradır. Əlbəttə, ç�

arrow Ətraflı
Mineral qazlı suya qatıb gündə 1 stəkan için  Böyrəkləri "saat kimi işlədir" like
  • 17 Yan 14:14  
Digərləri Mineral qazlı suya qatıb gündə 1 stəkan için Böyrəkləri "saat kimi işlədir"

Mineral qazlı su və limonun təbii birləşməsi bədəninizə yenilənmək v

arrow Ətraflı
İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər like
  • 17 Yan 14:09  
Siyasət İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

arrow Ətraflı
Gürcüstan üçtərəfli əməkdaşlıq təşəbbüsü təklif edib like
  • 17 Yan 14:06  
Siyasət Gürcüstan üçtərəfli əməkdaşlıq təşəbbüsü təklif edib

Gürcüstan Cənubi Qafqazın hər üç ölkəsinin iştirakını nəzərdə tut

arrow Ətraflı
Azərbaycanda məktəbli qızın "tiktok"da biabırçı videosu: Canlı yayımda görün nə etdi... like
  • 17 Yan 14:00  
Digərləri Azərbaycanda məktəbli qızın "tiktok"da biabırçı videosu: Canlı yayımda görün nə etdi...

Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 saylı məktəbdə məktəbli qız

arrow Ətraflı
Atası Çimnazın ölümündən danışdı like
  • 17 Yan 13:53  
Şou-biznes Atası Çimnazın ölümündən danışdı

Aktrisa Çimnaz Sultanovanın atası Mütəllim Heybətov qızının ölümünd�

arrow Ətraflı
Tramp bu aktyorları səfir təyin etdi like
  • 17 Yan 13:50  
Dünya Tramp bu aktyorları səfir təyin etdi

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp məşhur aktyorlar Silvestr Sta

arrow Ətraflı
Gecə vaxtı Çimnazın məzarını ziyarət edən aktyor kimdir? – like
  • 17 Yan 13:44  
Şou-biznes Gecə vaxtı Çimnazın məzarını ziyarət edən aktyor kimdir? –

Xəbər verdiyimiz kimi, aktrisa Çimnaz Sultanova bir neçə gün əvvəl düny

arrow Ətraflı
Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda mozaika kompozisiyalarının restavrasiyası aparılacaq like
  • 17 Yan 13:28  
Kriminal Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda mozaika kompozisiyalarının restavrasiyası aparılacaq

Bakı şəhərinin bir sıra rayonlarında xalqımızın tarixi mədəni irsinin

arrow Ətraflı
Bakıda yağış yağacaq like
  • 17 Yan 13:22  
Digərləri Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

arrow Ətraflı