Təqlid nədir?


Digərləri 14 Fev 2023 21:40:00 289 0

Təqlid nədir?

Təqlid (تَقْليد) kəlməsi, "təqib etmək, bir şeyi boynuna taxmaq, bağlanmaq, arxasına düşüb izləmək" mənalarına gəlir.

Təqlid, bir insanı, ortaya qoyduğu fikirlərini və yorumlarını incələmədən, düşünmədən kor-koruna təqib etməkdir. Təqliddən təəssüb yaranır ki təəssüb, qəbul etdiyi bir görüşü ya da insanı kor-koruna müdafiə etməkdir. Biz buna fanatizm də deyirik.

Qurani Kərim, insanları təqliddən, təqlidçilikdən uzaqlaşdırmağa və oxuyub öyrənməyə təşviq edən bir kitabdır. Bu səbəblə ilk əmri " Oxu!" olmuş və ən çox nazil olan ayələrdə "niyə düşünmürsüz, ağlınızı işlətmirsiz?" kimi ifadələr yer almışdır.

Təəssüf ki, ənənəvi din mənsubları hər hansı bir məzhəbi və o məzhəbin alimlərini təqlid etməyi vacib görmüşlər. Eynilə, Yəhudi və Xristianlarda olduğu kimi. Məkkə müşrikləri də təqlid məsələsində eyni fikrə sahib olmuş və özlərinin İbrahimin dinində olduğunu iddia etmişlər. Peyğəmbərimizin gətirdiklərinə qarşı belə deyirdilər:

Onlara: "Allahın nazil etdiyinə və elçisinə (gətirdiklərinə) tərəf gəlin!" - deyildiyi zaman: "Atalarımızın getdiyi yol bizə bəsdir", - deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə, onda necə?!" (Maidə 5/104)

Bir başqa ayədə: "Onlara: 'Allahın nazil etdiyinə itaət edin!'- deyildikdə, onlar: 'Yox! Biz əcdadımızın (sələfin) getdiyi yolu tutub gedəcəyik!'- deyərlər. Əgər şeytan onları (Cəhənnəm) odunun əzabına doğru sürükləyirsə necə olsun?" (Loğman, 31/21.)

Məkkə müşrikləri, "biz sənə deyil, babalarımızın qulluq etdiyinə qulluq edərik. Çünki onlar bizdən daha elmli və daha xeyirli idilər" kimi sözlərlə qarşılıq verirdilər.

Özlərini sələf adlandıran insanların da tez-tez dilə gətirdikləri buna bənzər sözlər sizə də yad deyil. Şiə məzhəbinə mənsub olanlar da onlardan geri qalmır və hər şiənin özünün "mərci-təqlidi" var. Üstəlik Şiə, təqlid məsələsində təkcə bir insanın dini biliyini deyil, eyni zamanda həmin insanın nəsəbini də nəzərə alırlar.

Peyğəmbərimiz əleyhissəlam, Allahın nazil etdiyi kitabı tərk edən və öz din xadimlərini müqəddəsləşdirən, onlara kor-koruna bağlı qalanlar üzərindən bu ümmətin düşdüyü vəziyyəti 1400 il əvvəlcədən belə xəbər verir:

"Siz, sizdən əvvəlkilərin izini arşın-arşın, qarış-qarış təqib edəcəksiniz. Onlar bir kərtənkələ yuvasına girmiş olsalar, siz də girəcəksiniz. Dedik ki; yəhudi və xristianlarımı (təqib edəcəyik?)? Əlbəttə, bəs kimi olacaq ki?"- dedi.[1]

Fəxrəddin Razi, İslam aləminin əhli Kitabla eyni aqibətə məruz qalmasını, müəllimi vasitəsiylə belə çatdırır:

"Fakihləri təqlid edən bir qrup gördüm. Bəzi mövzularla əlaqədar olaraq bir çox ayə oxudum. Məzhəb fikirləri bu ayələrə zidd idi. Bu ayələri qəbul etmədilər və heç iltifat göstərmədilər. Təəccüblə mənə baş qaldırdılar. "Əcdadımız belə dediyi halda bu ayələrin zahiriylə necə əməl edilə bilər?"- dedilər. Artıq bu xəstəliyin bir çox dünya əhlinin damarlarına nüfuz etdiyini görürsən."[2]

Əhli Beyt imamlarının heç biri təqlidi xoş görməmişdir və özlərini təqlid etmək barədə onlar adından edilən rəvayətlərin hamısı əsassızdır.

Məzhəb imamlarından Əbu Hənifə, müqəllidləri tənqid edərək belə deyir: "Hardan aldığımı bilmədiyiniz sözümü qəbul etməyiniz halal olmaz." Dəlilimi bilmədən mənim görüşümlə fətva verənə ayıb olsun!"

İ. Malik, "Mən bir insanam. Düz də deyə bilərəm, səhv də. Görüşümə baxın: Kitab və Sünnəyə uyğun isə alın, deyilsə tərk edin!" İslam alimlərindən Elmalılı Hamdi yazır: Yəhudi və Xristianlar, Dində hökm qoya bilmə hüquqlarının olduğuna inanmışlar. O halda yəhudi və xristianları müahizə etdiyimiz kimi öz din alimlərimizə, ülul-əmr adlanan dövlət başçılarımıza itaəti də Allaha itaət ölçüsündə etməliyik. Bu səbəbdən, bir kimsənin Allahın əmrinə uyğun davranıb davranmadığını hesaba qatmayaraq, onun əmrinə tabe olmaq və xüsusilə dinin hökmləri açıq olan xüsuslarda onu hökm qoyma səlahiyyətlisi bilib; nə desə, nə əmr etsə doğru fərz etmek, Allahın əmrinə tərs düşməyini düşünmədən, onun əmrlərini ibadət edərcəsinə yerinə yetirmək onu Rəbb olaraq qəbul etmək və ona ibadət etmək deməkdir."[3]

Təəssüf ki, İslam aləmi əsrlərdir Yəhudi və Xristianlar kimi öz din xadimlərini Rəbb qəbul etmişlər. Yəni, sırf Rəbbimizə məxsus səlahiyyətləri öz din xadimlərinə vermişlər.[4]

Uca Allah, insanların bir birinə qul olmaması və bir birini kor-koruna təqlid etməmələri üçün düşünmək qabiliyyəti vermiş və Kitabı hər kəsin başa düşəcəyi şəkildə nazil etmişdir ki, sonra bir bəhanələri qalmasın:

"...Həlak olan da açıq bir dəlillə həlak olsun, yaşayan da açıq bir dəlillə yaşasın..." (Ənfal 8/42)

Təqlidçilik, insanların yaradılış qayəsinə də ziddir və daha çox heyvanlara məxsusdur. Təqlidçi insanlar, yaradıcı olmazlar və özlərinə təqdim olunanları doğru əyri olduğunu muhakimə etməkdən çox kor-koruna müdafiə etməyə çalışırlar. Belə insanların əksəriyyətinin dünyada doğru yola gəlməyəcəyi və axirətdə böyük peşmançılıq çəkəcəkləri Qurani Kərimdə belə  bildirilir:

"Üzləri odda o yan bu yana döndəriləcəyi gün onlar deyəcəklər: "Kaş biz Allaha itaət edəydik, kaş ki Elçisinə itaət edəydik!" Onlar deyəcəklər: "Ey Rəbbimiz! Biz əfəndilərimizə (din xadimlərinə) və böyüklərimizə (qəbilə və dövlət başçılarına) itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar. (Əhzab 66-67)

"Rəbbinin hüzurunda; zəif olanlar təkəbbürlü kimsələrə: "Əgər siz olmasaydınız, biz mömin olardıq!" - deyəcəklər. Təkəbbürlənənlər isə zəiflərə belə deyəcəklər: "Sizə doğru yol gəldikdən sonra sizi (doğru yoldan) bizmi döndərdik? Əksinə, siz özünüz günahkar idiniz. Zəiflər də təkəbbürlənənlərə: "Əksinə, siz gecə-gündüz hiylə qururdunuz. O zaman bizə Allahı inkar etməyimizi və Ona şəriklər qoşmağımızı əmr edirdiniz", - deyəcəklər. Onlar əzabı gördükləri zaman peşmançılıqlarını gizlədəcəklər. Biz kafirlərin boyunlarına zəncirlər vuracağıq. Onlar yalnız etdikləri əməllərə görə cəzalandırılacaqlar." (Səba31-33).

Dünyada hər bir insan üçün ən dəyərli şey, doğru biliyə yiyələnməkdir. Ancaq bu kifayət deyil, gərək əldə etdiyin bu biliyə əməl edib onu doğru məqsədlərə yönləndirməyi bacarasan. O zaman insanlığımızdan zövq alar, dünya və axirət səadətinə nail olmuş olarıq. Bu kimi dəyərlərdən məhrum qalan, doğru-əyri və halal-haram dərdi olmayan məsuliyyətsiz insanlar, dünyanı da axirətini də məhv edərlər. Öyrəndikləri və həyata keçirmək istədikləri şeylər sadəcə öz mənfəətlərinə uyğun olanlarıdır. Bunlar çoxunluqdadır və bilə-bilə həqiqətlərin üstünü örtər, görməzlikdən gələrlər. Məsuliyyət daşımaqdan qaçdıqları üçün inkara baş vurur və bilmədikləri şeyləri iddia edib onun arxasına düşərlər. Onların bu psixoloji halını Rəbbimiz belə xatırladır:

"Əgər yer üzündəkilərin çoxuna tabe olsan, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və yalan uydururlar." (Ənam, 6/116)

Zəlzələ həyatlnı itirənlərin ailəsinə 100 min lirə verilir like
  • 14 Fev 21:39  
Siyasət Zəlzələ həyatlnı itirənlərin ailəsinə 100 min lirə verilir

Zəlzələ həyatlnı itirənlərin ailəsinə 100 min lirə verilir.

arrow Ətraflı
Bu dəfə Sevgililər Günü hiss like
  • 14 Fev 21:37  
Digərləri Bu dəfə Sevgililər Günü hiss

Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da Sevgililər Günü qeyd

arrow Ətraflı
Uşaqları boğub öldürə biləcək qidalar like
  • 14 Fev 21:25  
Digərləri Uşaqları boğub öldürə biləcək qidalar

Uşaqların mədəsi göbələkləri, qoyun ətindəki yağları, konservantlar�

arrow Ətraflı
Müsəlman olmayanların Kəbəni ziyarət etməsi qadağandırmı? like
  • 14 Fev 21:20  
Digərləri Müsəlman olmayanların Kəbəni ziyarət etməsi qadağandırmı?

Uca Allah, Tövbə surəsinin 28-ci ayəsində: "Ey müminlər! O müşrikl

arrow Ətraflı
Sülhməramlılara aid 14 təminat avtomobili like
  • 14 Fev 21:18  
Digərləri Sülhməramlılara aid 14 təminat avtomobili

Bu gün Rusiya sülhməramlılarına məxsus 14 təminat avtomobili Laçın yolu

arrow Ətraflı
Bu ölkədə gənclər yaşlıların kütləvi şəkildə öldürülməsini istəyir  FOTO like
  • 14 Fev 20:51  
Dünya Bu ölkədə gənclər yaşlıların kütləvi şəkildə öldürülməsini istəyir FOTO

Yaponiyada uzunömürlülər həddindən artıq çoxdur, bu səbəbdən gənclə

arrow Ətraflı
Yeni Zelandiyada fövqəladə vəziyyət elan edildi like
  • 14 Fev 20:24  
Dünya Yeni Zelandiyada fövqəladə vəziyyət elan edildi

Yeni Zelandiya hökuməti ölkəni cənginə alan fırtına və onun ardınca ba

arrow Ətraflı
Dağıntılar altından çıxarılan heyvanlar üçün ərazi aldı like
  • 14 Fev 20:20  
Digərləri Dağıntılar altından çıxarılan heyvanlar üçün ərazi aldı

Hatayda dağıntılar altından çıxarılan heyvanlar üçün məşhur simalar

arrow Ətraflı
61 yaşlı kişi əvvəl arvadını sonra özünü yaraladı like
  • 14 Fev 20:11  
Kriminal 61 yaşlı kişi əvvəl arvadını sonra özünü yaraladı

Oğuzda kişi arvadına və özünə xəsarətlər yetirib.

arrow Ətraflı
Silahlı hücuma görə məhkəməlik oldu like
  • 14 Fev 20:00  
Şou-biznes Silahlı hücuma görə məhkəməlik oldu

Kanadalı müğənni Castin Biber məhkəməlik olub.

arrow Ətraflı
Təranə Səmədova həbs olundu like
  • 14 Fev 19:50  
Şou-biznes Təranə Səmədova həbs olundu

Tanınmış prodüser Təranə Səmədova həbs olunub.

arrow Ətraflı
Bu gün Xankəndi yolundan RSKya məxsus 46 avtomobil keçib  FOTO like
  • 14 Fev 19:44  
Digərləri Bu gün Xankəndi yolundan RSKya məxsus 46 avtomobil keçib FOTO

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus av

arrow Ətraflı
Fransa üzərində Yer atmosferinə çırpılan asteroid görüntüləndi  VİDEO like
  • 14 Fev 19:40  
Dünya Fransa üzərində Yer atmosferinə çırpılan asteroid görüntüləndi VİDEO

Fransa üzərində kiçik asteroid Yer atmosferinə çırpılıb.

arrow Ətraflı
12 və 14 yaşlı qızlar ərəb turistin pulunu oğurladı like
  • 14 Fev 19:31  
Digərləri 12 və 14 yaşlı qızlar ərəb turistin pulunu oğurladı

Bakıda ərəb turistin cibindən pul oğurlanıb.

arrow Ətraflı
Əli Əsədov BƏƏyə işgüzar səfər edib  FOTO like
  • 14 Fev 19:30  
Siyasət Əli Əsədov BƏƏyə işgüzar səfər edib FOTO

Azərbaycanın Baş naziri Əli Əsədov fevralın 14-də Dünya Hökumət Sammi

arrow Ətraflı