Ölkədə zəlzələ hazırlığı: ATUda yeni kafedra yaradıldı,
Digərləri 14 Fev 2023 08:20:00 264 0
Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri, professor Əlizamin Sadıqov Teleqraf.com-un sualların cavablandırıb.
Bu xəbəri də oxu: 3000 il yaşı olan məzardan görün nə çıxdı
Onunla müsahibəni təqdim edirik.
- Əlizamin doktor, Türkiyədə baş vermiş zəlzələdən sonra bəzi suallar gündəmə gəldi. Öncə bir suala vaban verməyinizi istərdik: insan uçqun altında ac-susuz nə qədər qala bilər?
- İnsanın havasız, susuz və qidasız şəraitdə nə qədər qalmasının konkret müddət yoxdur. Amma dünya ölkələrində müxtəlif sahələr üzrə tanınmış tibb alimləri hesab edir ki, insan ac-susuz 8-10, yalnız su içəndə isə 60 günədək sağ qala bilər.
- Türkiyədə baş vermiş zəlzələdə daha çox uşaqların sağ çıxdığı müşahidə olundu. Bu nə ilə bağlıdır, fizioloji baxımdan bunun özəlliyi varmı?
- Dağıntılar altından körpələrin daha çox sağ çıxmasını uşaq orqanizminin parametrlərinin kiçik olması ilə əlaqələndirirəm. Dağıntı olarkən böyük insanların bədən ölçüləri dağıntıların təsirinə daha çox məruz qala bilir. Uşaqlarınsa kiçik bir yerdə də qorunması mümkündür.
Düşünürəm ki, fiziki qanunlardan bu məsləyə yanaşmaq daha doğru olardı. Əsas məsələ budur. Yoxsa orqanizmin belə bir fizioloji xüsusiyyəti yoxdur. Təbii ki, uşaqlar daha çox həssasdır, oksigensiz şəraitə, susuzluğa və qidasızlığa daha erkən reaksiya verirlər.
Böyük insanlar dağıntılarda travmatik şok yaşayır. Müxtəlif effektlərdən çoxu dünyasını dəyişir.
- Zəlzələ şəraitində tibbi yardımın spesifikası varmı?
- Belə bir spesifik yanaşma yoxdur. Zəlzələlər, dağıntılar zamanı təxirəsalınmaz tədbirlər görən böyük mərkəzlər var. Burada hansı ilkin tibbi yardımı etmək, yanaşmalar, insanların maksimal olaraq həyatını xilas etmək kimi tədbirlər işlənib hazırlanıb. Amma elə yerlər var ki, buna hazır deyil. Hesab edirəm ki, bu xilasetmə tədbirlərinin öyrənilməsi ilə daha çox insan həyatı xilas etmək mümkün olar.
Tikintilərin, binaların daha möhkəm olması əsas şərtdir. Bu olmayanda təbii ki, dağıntılar da, insan tələfatı da çox olacaq. Nə olur-olsun, mütləq koordinasiya lazımdır. Bu koordinasiyanın əsas tərkib hissəsini həkim briqadası təşkil etməlidir. Həmin tibb personal bu sahə üzrə mütləq ixtisaslaşmalıdır. Yəni sıradan həkimi dağıntı bölgəsinə göndərsək də əlindən bir şey gəlməyəcək.
Fevralın 14-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiy
Niderland Hərbi Hava Qüvvələrinə məxsus iki "F-35" qırıcısı
Əgər sizin özünüz və ya uşağınız saqqız çeynəyirsə, o zaman reklam
Fevralın 13-də Albaniyanın paytaxtı Tiranada eks-prezident və keçmiş baş
Türkiyənin İstanbul şəhərinin Avcılar rayonunda dəniz geri çəkilib.
Politoloq Fərhad Mehdiyev Teleqraf.com-un suallarını cavablandırıb.
Xəbər verdiyimiz kimi, Bakıda beşmərtəbəli yataqxana binasında yanğın
Hər bir insanın güclü və zəif tərəfləri vardır. Sizlərə hər bürcü
Türkiyənin zəlzələ bölgəsindən çəkilən hər bir foto ürək ağrıdı
"Zəlzələdə zərərçəkən 19 300 nəfərdən 3 636-sı reanimasiyadad�
Şəkilə ilk baxdığınızda nə gördüyünüzü deyin və özünüzü tanıy
Hər bir dövrdə ağ rəng təmizliyin rəmzi hesab edilib.Bu səbəbdən də h
Yevlaxda qardaşı Vüqar Əsədovu bıçaqla qətlə yetirən Elşad Əsədovun
Aşağıdakı siyahıda tərkibində daşıdıqları vitamin, mineral və digər
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığın