Sülh bu halda olacaq: Vardanyanın gedişi təsdiqlənməsə...


Siyasət 14 Fev 2023 08:00:00 287 0

Sülh bu halda olacaq: Vardanyanın gedişi təsdiqlənməsə...

Politoloq Fərhad Mehdiyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fərhad bəy, Avropa İttifaqının missiyasının Ermənistana göndərilməsi ilə yanaşı bu ölkə İranla da sıx təmaslar qurur. Qərb-İran münasibətlərinin gərgin olduğu bir dönəmdə Ermənistanın bu cür ikili mövqeyi necə şərh oluna bilər?

- Hazırda Ermənistan çalışır ki, kontent olaraq Qərbə yönəlmiş siyasət həyata keçirsin. Amma reallıqda bu belə deyil. Çünki Ermənistan özünün milli maraqlarından yola çıxaraq Qərblə münasibətlər qurmağa çalışır. Onun işinə yaradıqca Rusiya ilə münasibətləri səhmana salmağa çalışması kimi hallar da var. Eyni zamanda Ermənistan özünün xarakterinə görə, İran və Qərblə də analoji münasibətlər saxlamaqda maraqlı olduğunu göstərir. Bu mənada Nikol Paşinyanın ümumi siyasi xəttində Avrointeqrasiya olsa da əslində o, bunu dilə gətirməkdə bir qədər ehtiyatlı davranır. Misal üçün o açıq şəkildə Ukraynanın timsalında olduğu kimi demir ki, Avrointeqrasiya xətti əsasdır. Amma buna baxmayaraq Ermənistan Avropa İttifaqı ilə Assosasiya müqaviləsi imzlayıb.

- Avrointeqrasiya xətti tutmuş Ermənistan üçün İranla yaxın siyasi münasibətlər qurmaq hansı ziddiyyətlər yaradır?

- Ermənistanın xarici siyasətinin sırf Avrointeqrasiya xətti olduğunu da demək olmaz. Burada həmçinin Ermənistan İranla özünün milli təhlükəsizlik kursunu seçir. Siyasi kursunu da daha çox ona doğru yönəldir.

- Bu, Qərbdə necə qarşılanır?

- Əslində Ermənistanın bu halda İranla yaxınlığına Qərb etiraz etməyəcək. Çünki onlar da başa düşəcəklər ki, Ermənistan özünə indi yeni himayəçi axtarır. Onun əvvəlki himayəçisi, yəni Rusiya ilə münasibətləri bir qədər korlanıb. Amma hazırda bu himayəçilik haqqında danışmaq mümkün deyil.

- Azərbaycan və Türkiyəyə qarşı Ermənistanın seçdiyi siyasi xətt nəyə əsaslanır?

- Ermənistan Qərbi inandırıb ki, Azərbaycan və Türkiyə ona qarşı düşmənçilik siyasəti həyata keçirir. Belə bir konyukturada Ermənistan özünə yaxın qonşular arasında müttəfiqlər axtarmalı olacağı da şübhəsiz idi. Bunun da məhz İranın olduğu indiki şəraitdə daha aşkar görünür. Qərbin İranla münasibətlərini pis olduğunu nəzərə alsaq onun tətbiq etdiyi sanksiyalar daha çox iqtisadiyyata yönəlib.

- Belə olduğu halda Ermənistanın İranla ticarət əlaqələri və iqtisadi münasibətləri nəyə görə Qərbdə sakit qarşılanır?

- Çünki Ermənistanın iqtisadi dövriyyəsi çox kiçikdir. Qərbin İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar fonunda onun Ermənistanla bu istiqamətdə aparmış olduğu iş birliyi onun üçün elə də ciddi bir maliyyə köməkliyi kimi qəbul edilmir. Sözsüz ki, İran da Ermənistanla iqtisadi əlaqələrdən bəhrələnib qabağa düşə bilməyəcək. Ona görə də, Qərbdən Ermənistan-İran arasındakı iqtisadi-siyasi əlaqələrə reaksiya verilmir.

- Ermənistan Azərbaycanı sülh prosesini pozmaqda ittiham edir. Ötən il bu müstəvidə iki vacib görüş olub. Üçüncü görüşdən isə Ermənistan imtina edib. Bu halda 2023-ci ili sülh prosesinə nə qədər yaxın bir təqdim hesab etmək olar?

- Əslində bu ilin sülh ili olacağı sualına indiki halda heç kəs cavab verə bilməyəcək. Amma sülh istiqamətində hansısa bir irəliləyişin olması ilə bağlı gözləntilər də azdır. Yaxın müddətdə belə bir gözlənti yoxdur. Belə bir irəliləyişin olması üçün onun siqnalları olmalıdır. Amma bu da hiss olunmur. Bu arada bir xəbər yayıldı ki separatçı Ruben Vardanyan Qarabağdan qaçıb. Bu xəbər təsdiqlənmiş olsa beləliklə münasibətlərdə bir irəliləyiş olar. Amma belə faktların mövcud olduğu halda sülh istiqamətində irəliləyişdən danışmaq hələ tezdir

Bakıda yataqxana yanğın like
  • 14 Fev 07:55  
Digərləri Bakıda yataqxana yanğın

Xəbər verdiyimiz kimi, Bakıda beşmərtəbəli yataqxana binasında yanğın

arrow Ətraflı
Hər bürcün öz gizli silahı olduğundan xəbəriniz var? Sizin bürcünüz hansıdır? like
  • 14 Fev 07:51  
Digərləri Hər bürcün öz gizli silahı olduğundan xəbəriniz var? Sizin bürcünüz hansıdır?

Hər bir insanın güclü və zəif tərəfləri vardır. Sizlərə hər bürcü

arrow Ətraflı
Zəlzələnin 9cu günündən  FOTOlar like
  • 14 Fev 07:45  
Dünya Zəlzələnin 9cu günündən FOTOlar

Türkiyənin zəlzələ bölgəsindən çəkilən hər bir foto ürək ağrıdı

arrow Ətraflı
Zəlzələdə xəsarət alanların vəziyyəti like
  • 14 Fev 07:25  
Dünya Zəlzələdə xəsarət alanların vəziyyəti

"Zəlzələdə zərərçəkən 19 300 nəfərdən 3 636-sı reanimasiyadad�

arrow Ətraflı
Bu test sizin güclü və zəif tərəfinizi dəqiqliyi ilə göstərəcək like
  • 14 Fev 07:21  
Digərləri Bu test sizin güclü və zəif tərəfinizi dəqiqliyi ilə göstərəcək

Şəkilə ilk baxdığınızda nə gördüyünüzü deyin və özünüzü tanıy

arrow Ətraflı
Cərrahların niyə ağ yox, göy və ya yaşıl xalat geyməyinin sirrini bilirdinizmi? like
  • 14 Fev 07:11  
Digərləri Cərrahların niyə ağ yox, göy və ya yaşıl xalat geyməyinin sirrini bilirdinizmi?

Hər bir dövrdə ağ rəng təmizliyin rəmzi hesab edilib.Bu səbəbdən də h

arrow Ətraflı
Qardaşını bu sözə görə öldürübmüş... like
  • 14 Fev 07:05  
Digərləri Qardaşını bu sözə görə öldürübmüş...

Yevlaxda qardaşı Vüqar Əsədovu bıçaqla qətlə yetirən Elşad Əsədovun

arrow Ətraflı
Əzələni artıran qidalar (Təbii Proteinlər) like
  • 14 Fev 07:01  
Digərləri Əzələni artıran qidalar (Təbii Proteinlər)

Aşağıdakı siyahıda tərkibində daşıdıqları vitamin, mineral və digər

arrow Ətraflı
Azərbaycan Türkiyədə yaraları like
  • 14 Fev 06:57  
Digərləri Azərbaycan Türkiyədə yaraları

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığın

arrow Ətraflı
Kahramanmaraşda daha bir like
  • 14 Fev 06:55  
Dünya Kahramanmaraşda daha bir

Türkiyənin Kahramanmaraş şəhərinin Göksun rayonunda 4,8 bal gücündə z�

arrow Ətraflı
DSX Akademiyasının kursantı like
  • 14 Fev 06:47  
Digərləri DSX Akademiyasının kursantı

Dövlət Sərhəd Xidmətinin Akademiyasının kursantı yol qəzasında həlak

arrow Ətraflı
"Çinli Robert de Niro və ya Dastin Xofman olmaq istəyirəm" like
  • 14 Fev 06:44  
Şou-biznes "Çinli Robert de Niro və ya Dastin Xofman olmaq istəyirəm"

Çeki Çan, heç şübhəsiz, kinomatoqrafda əfsanədir. Çoxları aktyoru sər

arrow Ətraflı
Qulaq nədir like
  • 14 Fev 06:03  
Digərləri Qulaq nədir

Qulaq orqanizmin çətin hesab edilən orqanlarından biri hesab edilir. Onun i�

arrow Ətraflı
Diş nədir? like
  • 14 Fev 05:03  
Digərləri Diş nədir?

Diş insanın sərt və çox sayda olan orqanı sayılır. Dişlər ağız boşl

arrow Ətraflı