“O ölümün ağzından çıxarılan anda da dedi ki, “yox, başım açıqdır, çıxa bilmərəm” FOTO
Şou-biznes 14 Fev 2023 05:22:00 269 0
"Gözümdə qara eynək olsa belə, bu gün tamaşaçılar yolda məni görüb tanıyırlar. Sual verirlər ki, niyə filmlər çəkilmir?! Deyirəm ki, hər gün, hər il çəkilir. Yenidən sual ünvanlayırlar ki, bəs niyə onları biz görmürük?! Bilmirəm, bəlkə də bu günki filmlərin təbliğatı zəifdir?! Deyirlər ki, əvvəlki kinolara 100 dəfə də baxırıq, amma bu günki filmlər bizə ləzzət etmir. Bunun səbəbini axtarıb tapıb, bu problemi həll etmək lazımdır. O illərdə çəkilən filmlərimizdə ibrətamiz, tərbiyəvi mövzular qoyulurdu. Kino bu gün ancaq maddiyata işləyir. Müəllif filmlərindən başqa. Çünki müəllif filmləri festivallar üçün nəzərdə tutulub və bildiyim qədərilə uğur da qazanıb. Başqa mənada rejissorlar düşünürlər ki, pul qoyub film çəkim, sonra o filmdən pul qazanım. Həmin rejissor kütləni heç nə ilə cəlb edə bilməyəcək. Ona görə də kütləni açıq-saçıq, cinayət səhnələri ilə cəlb etməyə çalışırlar ki, film baxılsın".
Bu xəbəri də oxu: "Ətrafımdakı kişilər mənə saf sevgi ilə YANAŞMIRLAR" VİDEO
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, sevilən aktrisa Xalidə Quliyeva deyib.
"Alnıma yazılan taleyə etirazımı yalnız oynadığım rollar vasitəsilə bildirmişəm. Yəqin rejissorların peşəkarlığındandır ki, məni duyublar, hiss ediblər ki, bu cür rolları mənə həvalə ediblər. Məsələn, "Nəsimi" filmində oynadığım Fatimə obrazı kişi paltarında gəzmək istəmir, istəyir ki, qadın kimi görünsün. "Tütək səsi" filmindəki Milli obrazı qara məktubları insanlardan gizlədir, bütün məsuliyyəti öz üzərinə götürür və bununla da inanır ki, o insanlar ölməyib. Ümumiyyətlə kinoda yaratdığım bütün qadın obrazları öz cəsarəti ilə seçilib" deyə aktrisa bildirib.
"Türkiyə xalqına təskinlik üçün heç bir sözüm yoxdur".
Alimlər on illərlə hər gü və günün hansı saatlarında duş qəbul etmə
Pensilvaniya İnformasiya Elmləri və Texnologiyaları Kollecinin alimləri Ken
"Space" telekanalında aparıcı Elçin Əlibəylinin verilişində ma
Qadın gözəlliyini qiymətləndirmək mürəkkəb bir prosesdir, çünki hər
Müasir ölkələrin əksəriyyətində müxtəlif dillərdə danışanlar yaşa
2022-ci ildə uşaqlarda ən çox aşkarlanan xəstəliklər məlum olub.
Goranboyda zorlanma hadisəsi baş verib.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Azərbaycanın Avropa Birliyinə üzv olan əksər dövlətlərlə əməkdaşlı