Bunu gecə acanlar oxusun
Digərləri 11 Fev 2023 16:40:00 292 0
Gecəyarısı insana hərdən qəribə aclıq gəlir. Bu zaman yemək isə artıq piylərin yaranmasına gətirib çıxarır.
Bu xəbəri də oxu: Yumurtanın əsas faydalı
Son.az Axşam.az-a istinadən gecə yeməməyin 12 yolunu təqdim edir: 1. İştahanı aldat Elə ki acdın, bir stəkan limonlu, qazlı mineral su, tomat şirəsi və ya bir stəkan yaşıl çay iç. 2. İsti vanna iştahanı yox edir Aclıq sənə güc gələn kimi isti vanna qəbul et. Tərləmək arıqlama prosesini gücləndirəcək. 3.İdman toxluq yaradır Əgər dəhşətli aclıq hiss edirsənsə, yüngülvari idman və ya rəqs et. Bir neçə dəfə oturub-durmaqla da iştahaya qalib gəlmək olar. İdmandan sonra yemək ürəkbulanma yaradacaq. 4. Aromaterapiya iştahı tənzimləyir Pəhriz zamanı həmişə əlaltında qreypfrutun qabığını saxla. Onu iyləməklə bütün iştahan doyma hissi ilə əvəz olunacaq. Gül və meyvə efir yağları isə iştahanı tamamilə unutdurur. 5. Dadlı desert əhvalı yüksəldir Xoşbəxtlik hormonu şirniyyat yeməklə yaranır. Aclıq hiss edəndə meyvə, yoqurt və ya bir neçə dilim qara şokolad ye. 6. Ədviyyat iştah yaradır Pəhriz yeməklərinə heç vaxt ədviyyat qarışdırma. Onlar o qədər iştah yaradır ki, yesən belə, doymayacaqsan. 7. Yüksək kalorili yeməkləri gizlət Əl altında ancaq doğranmış meyvə-tərəvəz saxla ki, acanda əlini ancaq az kalorili yeməklərə uzada biləsən. 8. Gəzməklə arıqla Gəzmək üçün elə vaxt seç ki, qayıdanda artıq yatağa uzana biləsən. Çünki gəzmək iştah yaradır. Əgər gəzməklə yatmaq arasında boş vaxtın olsa, mütləq yeyəcəksən. 9.İştahanı saqqızla aldat 2 dilim meyvəli saqqız dad reseptorlarını aldadır və iştahı yox edir. 10. Dişlərini fırçala İnsanda belə bir refleks var ki, dişlərini fırçalayandan sonra yemək olmaz və yatağa girmək lazımdır. Sən də dişləri çirkləndirməmək üçün yemə. 11. Model şəkilləri arıqladır Çoxlu model şəkillərinə bax və özünü onlardan biri kimi təsəvvür et. Heç bu cür gözəl, gecə yemək yeyər? 12. Oxumaq, oxumaq yenə də oxumaq Gecə jurnal və ya kitab oxumaq beynini yeməkdən uzaqlaşdıracaq. Həm maariflənəcək, həm də arıqlayacaqsan.
Son.az
Qardaş Türkiyədə 6 fevralda baş vermiş dağıdıcı zəlzələ onminlərl�
Aparıcı Zümrüd Bədəlova növbəti dəfə Türkiyədəki zəlzələ ilə ba
Yaya qədər Türkiyə universitetlərində təhsil onlayn olacaq.
Qadınların gündəlik geyimlərində ən vacib parçalardan biri ayaqqabılard
"O illərdə qız övladının incəsənət sahəsində olmasını birməna
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komand
Son.az Kulis.az-a istinadən aktrisa, Xalq artisti Nübar Novruzova haqqında on
Fevralın 6-da Türkiyədə baş verən zəlzələ 1999-cu ildə baş verən fə
PAŞA Holding və onun törəmə şirkətlərinin qardaş ölkəyə yardımı T�
"Dünya malı ilə çox fəxr edirlər, amma bilsinlər ki, bu səninki dey
"Bu gün atamın sənətini layiqincə davam etdirirəm. İşim-gücüm, s�
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Geologiya və geofi
Qaziantepdə 94 saat sonra dağıntılar altından xilas edilən Adnan Muhammet
Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərər�