“Atamın oxunmayan mahnılarından birini Manaf Ağayevə verdim, oxudu, amma...”
Şou-biznes 11 Fev 2023 13:27:00 1935 0
"Bu gün atamın sənətini layiqincə davam etdirirəm. İşim-gücüm, sənətim budur. Hələ ki, özəl telekanallara çıxmıram. Sağ olsunlar dəvət edirlər, atamı xatırlayırlar. Sonuncu dəfə İctimai televiziyada yayımlanan "Ötən günlər" verilişinin atama həsr olunmuş buraxılışında qonaq olmuşam. Nardaran, Maştağa, bir sözlə atam hansı ki, o illərdə kimlərin ki, toyunu oxuyub, onu sevənlər məni öz övladlarının toylarına dəvət edirlər. Yalandan deyə bilmərəm ki, hər gün toydayam. Olandan-olana gedib iştirak edirəm. Bundan başqa atamın yutub kanalını işlədirəm, klip çəkdirirəm. Bir neçə mahnı yazdırmışam".
Bu xəbəri də oxu: İlkin ona "qocalıb" yazan izləyicisini paylaşdı
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Məmmədbağır Bağırzadənin oğlu Rahim Bağırzadə deyib.
"Allah camaatımızdan razı olsun. Atamızın adı, onun qazandığı hörmət bu gün mənə bir növ sənət və çörək verib. Atamın dostları onu hər gün xatırlayır, vaxtaşırı zəng edib maraqlanırlar. Onlardan yerdən-göyə qədər razıyam. Çox sevinirəm ki, atamın adına iki küçə var. Onlardan biri Maştağadadır, digəri isə Nardaranda. Noyabr ayında Muzey mərkəzində atamın adına guşə açıldı. Bu bizim üçün böyük bir dəyər idi. Xatirə gecəsi keçirildi. Xalq və dövlətimiz atamı heç vaxt unutmur. Bu gün atam haqda 4 kitab çıxıb, 7 sənədli film var. Bütün bu diqqətlər, qayğılar bizi yaşadır" deyə sənətkarın övladı deyib.
Rahim Bağırzadə bildirib ki, atasının oxunmayan mahnılarından birini müğənni Manaf Ağayevə verib.
"Bu günlərdə Manaf Ağayevə atamın oxunmamış mahnılarından birini verdim. Gözəl də oxuyub, klip də çəkdirib. Amma Türkiyədə baş vermiş hadisələrlə bağlı hələ ki, klipi təqdim edə bilmir. Sahib İbrahimov, İlkin Əhmədov, Tural Salmanov və s. müğənnilər bu gün atamın mahnılarını ifa edir. Üstəlik də gənc müğənnilər də oxuyur, efir vasitəsilə atamın adını qeyd edirlər. Həqiqətən də gözlərim dolur, kövrəlirəm ki, görəsən atamın ruhu bunu görür, hiss edirmi?! Həm sevinirik, həm də qürurlanırıq. Anamı 45, atamı isə 55 yaşında itirmişəm. Məmmədbağır Bağırzadə elə bir sənətkar idi ki, o dövrdə də, indi də hamı onun xətrini çox istəyib. Atam sənətə yeni gələndə ona "Bala Arif" deyirdilər. Bu sözdən o qədər sevinirdi, qürurlanırdı ki, məni Arif Babayevə oxşadırlar!" deyə sənətkarın övladı bildirib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Geologiya və geofi
Qaziantepdə 94 saat sonra dağıntılar altından xilas edilən Adnan Muhammet
Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərər�
Türkiyədə baş verən dəhşətli zəlzələdən zərərçəkənlərə yardı
Küçədə tanımadığı şəxsə və polisə yaxınlaşaraq içkili halda zara
Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəl
Elşad Həsənov: "Ruben Vardanyanın Qarabağda nəsə yaradacağı, nəs�
Ukrayna ordusu son sutkada Rusiyanın 1140 hərbçisini məhv edib.
Bir neçə gün əvvəl zəlzələdən əziyyət çəkənlərə öz maşını il
Milli Aviasiya Akademiyasının ikinci kurs tələbəsi Asəf Salahov vəfat edi
Kahramanmaraşın Tevekkeli kəndində kilometrlərlə uzanan fay xəttindəki q
Müğənni və rejissor Mahsun Kırmızıgül zəlzələ bölgəsində gördükl
Türkiyənin Kahramanmaraş şəhərində 70 yaşlı Menekşe Tabak 122 saat son
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrailə başsağlığı verib.