Vardanyanın Xankəndidən Moskvaya həmişəlik qaçdığının əlamətləri görünür...
Siyasət 11 Fev 2023 11:27:00 345 0
Elşad Həsənov: "Ruben Vardanyanın Qarabağda nəsə yaradacağı, nəsə iş görəcəyi ssenarisi puç oldu"
Bu xəbəri də oxu: İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Qondarma rejimin "dövlət naziri" Ruben Vardanyan 4 gündür ki, Moskvadadır. Onun Moskvaya necə, hansı yolla və kimin vasitəsilə getməsi müzakirə mövzusu olsa da, erməni mediası iddia edir ki, Ruben Vardanyan Moskvaya qaçıb.
Nəşr yazıb: "Qarabağdan alınan etibarlı məlumata görə, təxminən 10 gün əvvəl Arayik Arutyunyan Rusiyanın Qarabağla bağlı mövqeyini və siyasətini aydınlaşdırmaq üçün Rusiyaya gedib. O, 3-4 gün əvvəl Qarabağa qayıdıb. Onun ardınca "dövlət naziri" Ruben Vardanyan da Moskvaya gedib. Bu günlərdə o, hələ də Moskvadadır. Ruben Vardanyan, böyük ehtimalla, geri qayıtmayacaq. Çünki etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Ruben istefa verib".
Bildirilir ki, Moskvanın layihəsi olduğu üçün Vardanyan Ermənistanın rəhbərliyi üçün də arzuolunmaz şəxsə çevrilib. Onun Nikol Paşinyanla da münasibıtlərinin gərgin olduğu bildirilir.
Vardanyanın Qarabağa yenidən dönüşü mümkündürmü?
Siyasi şərhçi Elşad Həsənov "Bakı-Xəbər"ə bildirdi ki, Ruben Vardanyan Qarabağda "dövlət naziri" təyin olunandan sonra Rusiya vətəndaşlığından imtina etdi: "O özünü qondarma "Qarabağ respublikası"nın vətəndaşı sayır. Hətta oradakı ermənilərə onları "cənnətə" çıxaracağı ilə bağlı vəd də verib. Vardanyan Qarabağa göndəriləndə də Arayik Arutunyan Moskvaya çağırılmışdı. Maraqlıdır ki, indi də bənzər proses yaşanır. Vardanyandan əvvəl Arutunyan Moskvaya gedib-gəldi. Vardanyan Rusiyanın layihəsidir və buna kimsə şübhə etmir. Ermənistanın hazırkı rəhbərliyi Rusiyaya qarşı olduğunu açıq-aydın bəyan edir. Ona arxa çevirərək, üzünü Qərbə tutur. Paşinyan addımları ilə bunu təsdiq edir. KTMT-nin təlimlərinə icazə vermədi, həmin qurumun yekun sənədini İrəvanda keçirilən tədbirdə imzalamadı. Artıq məlumdur ki, Qərb Ermənistan-Azərbaycan sərhədinə 200 nəfərlik müşahidə missiyası göndərir. Onlardan 70 nəfərinin hərbçi olduğu təsdiqini tapır. Hətta İran da bu addımı dəstəklədi. Belə olan təqdirdə, Rusiya Paşinyana qarşı müəyyən təzyiqlərdən istifadə etməyə çalışır. Vardanyan da həmin layihənin tərkib hissəsi idi. Ancaq ona populyarlıq qazanmağa mane oldular. Arayik Arutuntan Vardanyanı sıxmaqla, həm də Paşinyana olan sədaqətini nümayiş etdirməyə çalışır. O, Vardanyanın ən yaxın adamı olan Aşot Akopçiyanı da "vəzifədən" azad etməklə ona zərbə vurmuş oldu".
Ekspertin sözlərinə görə, hazırda Vardanyanın geri qayıdıb-qayıtmamağı Rusiyanın müəyyən siyasi dairələrindən asılıdır: "Hər halda, onlar siyasi vəziyyəti analiz edirlər, müxtəlif planlar qurulur yəqin. Eyni zamanda onu da deyim ki, Rusiyanın həmin siyasi dairələrinin Azərbaycanla da bazarlıq etməsi ola bilər. Yəni bildiyiniz kimi, Azərbaycan da qəti olaraq Vardanyanın bura gəlməsinə etiraz edib. Bunu Ermənistan rəhbəri Paşinyan da, Azərbaycan da istəmir. Burada müəyyən məsələlər yaranıb ki, hazırda siyasi müstəvidə görünür, bilinir. Ona görə də, bu gün Vardanyanın qayıdıb Qarabağda nələrsə edəcəyi real görünmür. Çox güman ki, onun gəlməsinə Rusiya icazə verməyəcək. Rusiyada öz işinə, biznesinə davam edəcək. Ancaq mən onu başa düşürəm ki, Rusiya Paşinyanın bu hərəkətinə səssiz qalmayacaq. Ermənistan ondan qopa bilməyəcək. Çünki Ermənistanın iqtisadiyyatının 70 faizdən çoxu rusların əlindədi. Onların orda 102-ci hərbi bazası var. Eyni zamanda Rusiya sərhədlərini, Ermənistan sərhədlərini də rus əsgərləri, qoşunları qoruyur. Bu gün Rusiyanın Ermənistan bölgəsində olan hərbi imkanları çox güclüdür. Ermənistan ondan qopmaq istəyir, ancaq bunun üçün də yuxarıda göstərdiyimiz amilləri nəzərə almaq lazımdır. Bu kontekstdə Ruben Vardanyanın Qarabağda nəsə yaradacağı, nəsə iş görəcəyi ssenarisi puç oldu. Bunun puç olması üçün də Azərbaycan da öz işini gördü. Vardanyan miliyarder oliqarxdır. O , Qarabağa gələndən iki həftə sonra Azərbaycanın ərazisində olan qızıl, mis yataqlarını istismara başladı və bizim ekofəallarımız buna etiraz etdilər. Gördü ki, artıq burda qalıb heç nə edə bilmir. Ona görə də Moskvaya getdi. Güman edirəm ki, onun qayıtmasına heç bir lüzum yoxdur. Əgər qayıdacaqsa, daha da acınacaqlı vəziyyətə düşəcək".
Ukrayna ordusu son sutkada Rusiyanın 1140 hərbçisini məhv edib.
Bir neçə gün əvvəl zəlzələdən əziyyət çəkənlərə öz maşını il
Milli Aviasiya Akademiyasının ikinci kurs tələbəsi Asəf Salahov vəfat edi
Kahramanmaraşın Tevekkeli kəndində kilometrlərlə uzanan fay xəttindəki q
Müğənni və rejissor Mahsun Kırmızıgül zəlzələ bölgəsində gördükl
Türkiyənin Kahramanmaraş şəhərində 70 yaşlı Menekşe Tabak 122 saat son
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrailə başsağlığı verib.
Qardaş ölkədə minlərlə insanın ölümü ilə nəticlənən təbii fəlak�
Qardaş ölkədə yaşanan zəlzələ faciəsinə dünyanın bir çox ölkələr
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Ə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığın
Azərbaycanlı sənətçilər növbəti dəfə örnək addım atıb.