“Bəlkə də musiqinin başqa janrında ifa etsəydim icazə verməzdilər”


Şou-biznes 11 Fev 2023 16:11:00 408 0

“Bəlkə də musiqinin başqa janrında ifa etsəydim icazə verməzdilər”

"O illərdə qız övladının incəsənət sahəsində olmasını birmənalı qarşılamırdılar. Mənim də valideynlərim sənətə gəlməyimə razı deyildilər. Məni sənətdən uzaqlaşdırmaq üçün qarmon sinfinə qoydular. Fikirləşdilər ki, bəlkə müğənni yox, musiqiçi olaram. Sənətdə hər zaman ailəm mənə dəstək olub. Hamı bilir ki, həyat yoldaşım qohumum, dayımoğlu olub. Qaynatam da ədəbiyyatı, qəzəlləri, klassikləri sevən bir şəxsiyyət idi. Onun köməkliyi ilə həm bizim ailəmizin möhkəmliyi oldu, həm də mənə sənətdə böyük dəstək verdi. Yeni ailə həyatı quranda əlbəttə ki, yoldaşım da istəmirdi ki, sənətlə məşğul olum, amma yenə də qaynatam bunun qarşısını aldı. Bəlkə də musiqinin başqa janrlarında ifa etsəydim icazə verməzdilər. Mən hər zaman deyirəm ki, insanın rahatlığı ailədən başlayır. Mən konsertlərə, tədbirlərə ailədən hazırlaşıb gedirdim. O sevgi ilə evdən çıxmasaydım, o sənətimi sevgi ilə səhnədən tamaşaçıya necə ötürə bilərdim?! O qayğı ilə əhatələnməli idim ki, bunu mən tamaşaçılara da yansıda bilim".

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında sevilən xanəndə, xalq artisti, "Şöhrət" ordenli Səkinə İsmayılova deyib.

"Muğam çox ağır sənətdir. Mənim oxuduğum illərdə, elə bu gün də görün muğam sinfini nə qədər xanəndələr bitirir, amma hər kəs bunu davam etdirə bilmir. Bilirsiniz ki, mən ilk addımlarımı opera səhnəsində atmışam. 30 il sərasər bu səhnədə böyük sənətkarlarla tərəf müqabili olmuşam. 30 il bu səhnədə mən dünya səhnələrinə alışmağı öyrənmişəm. Opera səhnəsindən sonra bütün dünya səhnələri mənim üçün adiləşdi. Çünki 3 saat canlı-canlı tamaşada iştirak etmək, oxumaq çətin bir iş idi" deyə sənətkar bildirib.   Xalq artisti efirlərdə tez-tez görünməməsinin səbəblərindən də danışıb.

"Göründüm, ad olsun deyə hər verilişdə iştirak edə bilmərəm. O verilişdə mütləq özümü görməliyəm. Ekran qarşısında əyləşib baxan tamaşaçı da bizdən nəsə öyrənməlidir, bəhrələnməlidir, qidalanmalıdır. Zərrə-zərrə xalqın sevgisini, hörmətini qazanmışam. Bu hörməti, dəyəri reytinq arxasınca qaçan aparıcının və onun verilişinin qurbanı edə bilmərəm. Azərbaycan televiziyalarının bu günki musiqi zövqümüzə birbaşa təsiri var. Yaxşı olardı ki, televiziyalar bu istiqamətdə məsuliyyətlərini hiss etsinlər. O illərdə efirə çıxmaq asan deyildi. Amma bu gün hər yerindən duran müğənni efirdə özünü sənətkar adlandırır. Sənətkar tarixdə qlamaq üçün səhnəyə çıxmalıdır, pul qazanmaq üçün yox. Pul qazanmaq xatirinə səhnəyə çıxmaq sənətə hörmətsizlikdir. Gənc xanəndələrə də tövsiyyəm odur ki, ucuz qalmaqalların, səviyyəsiz verilişlərin oyuncağına çevrilməsinlər" deyə sənətkar bildirib.

Son.az  

Hərbi həkimlərimiz zəlzələ bölgəsində 25 nəfəri əməliyyat etdilar like
  • 11 Fev 16:04  
Digərləri Hərbi həkimlərimiz zəlzələ bölgəsində 25 nəfəri əməliyyat etdilar

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komand

arrow Ətraflı
Ərdoğan: 6 fevralda baş verən zəlzələ 1999cu ildəkindən 3 dəfə güclü olub like
  • 11 Fev 15:56  
Dünya Ərdoğan: 6 fevralda baş verən zəlzələ 1999cu ildəkindən 3 dəfə güclü olub

Fevralın 6-da Türkiyədə baş verən zəlzələ 1999-cu ildə baş verən fə

arrow Ətraflı
"PAŞA Holding"in qardaş Türkiyəyə yardımı Türkiyə mediasının diqqət mərkəzindədir like
  • 11 Fev 15:55  
Siyasət "PAŞA Holding"in qardaş Türkiyəyə yardımı Türkiyə mediasının diqqət mərkəzindədir

PAŞA Holding və onun törəmə şirkətlərinin qardaş ölkəyə yardımı T�

arrow Ətraflı
Gövhər Rzayeva: "Canlı efirdə geyinibsoyunurlar, birbirilərini söyürlər" like
  • 11 Fev 15:51  
Şou-biznes Gövhər Rzayeva: "Canlı efirdə geyinibsoyunurlar, birbirilərini söyürlər"

"Dünya malı ilə çox fəxr edirlər, amma bilsinlər ki, bu səninki dey

arrow Ətraflı
“Atamın oxunmayan mahnılarından birini Manaf Ağayevə verdim, oxudu, amma...” like
  • 11 Fev 13:27  
Şou-biznes “Atamın oxunmayan mahnılarından birini Manaf Ağayevə verdim, oxudu, amma...”

"Bu gün atamın sənətini layiqincə davam etdirirəm. İşim-gücüm, s�

arrow Ətraflı
SOCARın keçmiş vitseprezidenti vəfat edib like
  • 11 Fev 12:24  
Digərləri SOCARın keçmiş vitseprezidenti vəfat edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Geologiya və geofi

arrow Ətraflı
Anasının güllərini yeyərək 94 saat SAĞ QALDI like
  • 11 Fev 12:21  
Dünya Anasının güllərini yeyərək 94 saat SAĞ QALDI

Qaziantepdə 94 saat sonra dağıntılar altından xilas edilən Adnan Muhammet

arrow Ətraflı
Balakən, Beyləqan və Zərdab rayonları Türkiyəyə yardım göndərib like
  • 11 Fev 12:12  
Digərləri Balakən, Beyləqan və Zərdab rayonları Türkiyəyə yardım göndərib

Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərər�

arrow Ətraflı
Türkiyəyə göndərilən gödəkçənin cibindən görün nə çıxdı like
  • 11 Fev 11:59  
Dünya Türkiyəyə göndərilən gödəkçənin cibindən görün nə çıxdı

Türkiyədə baş verən dəhşətli zəlzələdən zərərçəkənlərə yardı

arrow Ətraflı
Küçədə cərimə yazılan şəxsi ələ saldı, like
  • 11 Fev 11:48  
Kriminal Küçədə cərimə yazılan şəxsi ələ saldı,

Küçədə tanımadığı şəxsə və polisə yaxınlaşaraq içkili halda zara

arrow Ətraflı
Azərbaycan könüllüləri Türkiyəyə yardıma gedir like
  • 11 Fev 11:45  
Siyasət Azərbaycan könüllüləri Türkiyəyə yardıma gedir

Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəl

arrow Ətraflı
Vardanyanın Xankəndidən Moskvaya həmişəlik qaçdığının əlamətləri görünür... like
  • 11 Fev 11:27  
Siyasət Vardanyanın Xankəndidən Moskvaya həmişəlik qaçdığının əlamətləri görünür...

Elşad Həsənov: "Ruben Vardanyanın Qarabağda nəsə yaradacağı, nəs�

arrow Ətraflı
Ukrayna ordusu son sutkada Rusiyanın daha like
  • 11 Fev 11:26  
Dünya Ukrayna ordusu son sutkada Rusiyanın daha

Ukrayna ordusu son sutkada Rusiyanın 1140 hərbçisini məhv edib.

arrow Ətraflı