Azərbaycana "ZƏLZƏLƏ ŞOKU" hazırlayırlar
Siyasət 10 Fev 2023 10:53:00 317 0
Ermənistan, İran və ya Rusiya Türkiyədəki zəlzələdən istifadə edib Azərbaycana qarşı hansısa təxribat törədə bilərmi?
Son.az bu sualla yerli ekspertlərin fikirlərini öyrənib. Hərbi ekspert Ədalət Verdiyev yaxın gələcəkdə bölgədə İranın dəstəyi ilə Ermənistan tərəfinin yeni təxribat törətmək ehtimalının yüksək olduğunu bildirib:
"Rusiya ilə Ermənistanın hazırda münasibətlərində olan gərginliyi nəzərə alsaq, o zaman Kremlin Ermənistanla hansısa birgə təxribata imza atacağı gözlənilən deyil.
Lakin İranın həm Birinci Qarabağ, həm İkinci Qarabağ və bundan sonrakı - son 2 ildəki fəaliyyətlərini nəzərə alsaq, o zaman Tehranın İrəvanla birlikdə Azərbaycana qarşı təxribatlar törətməsi gözləniləndir. Təxribatların baş verəcəyi təqdirdə Azərbaycan Silahlı Qüvvələrinin hissə və birlikləri bu təxribatların qarşısını layiqincə alacağına heç bir şübhəmiz yoxdur.
Müharibədən sonrakı dövrdə biz dəfələrlə həm Ermənistanla sərhəddə, həm də rusların müvəqqəti nəzarətində olan Qarabağ ərazisində erməni silahlılarının dəfələrlə təxribatlar törətdiyinin və bu təxribatların nə ilə nəticələndiyinin şahidi olmuşuq.
Növbəti təxribatın da kiminlə birgə təşkil olunmasından asılı olmayaraq, nəticələri fərqli olmayacaq. Təxribat nəticəsində Ermənistan həm canlı qüvvə, həm texnika, həm də ərazi itkiləri ilə qarşılacaq".
Polkovnik Nazim Bayram isə Son.az-a açıqlamasında bildirib ki, Ermənistan təxribata cəhd etsə, sonu olacaq:
"Ermənistan istər təkbaşına, istər iranlı təlimatçıların köməkliyi ilə bizim hər hansı postumuza qarşı hər hansı təxribat törətsə, yerindəcə cavabını alacaq, daha sonra Ermənistanın sonu gələcək.
İranla hərbi əməkdaşlıq dünyanın bütün qara siyahılarına salınmış, bütün sanksiyalar altında olan SEPAH-la (İran İslam İnqilabı Keşikçiləri Korpusu) əməkdaşlıq deməkdir. Bu isə Ermənistanı Qərbin siyasi dəstəyindən avtomatik məhrum edir, informasiya məkanında, İrandan silah alan, Rusiya ilə bir sıraya qoyur... Artıq Ermənistanın KTMT və Avrasiya İqtisadi Birliyinin (Aİİ) üzvü olması, rublun erməni bankları ilə köçürülməsi və başqa gizli işləri qərb mediasında gündəmə gəlir".
Təhməz Əsədov Mİlli.Az
Moskva Qərb ölkələrinə xatırlatmaq istəyir ki, Ukrayna ərazisinə gətir
Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin (Rİ
Türkiyədə zəlzələnin baş verdiyi bölgələrdə axtarış-xilasetmə işl
Gədəbəy rayonu, Qalakənd kənd sakini, müddətdən artıq hərbi qulluqçu
Türkiyədə artıq 5 gündür ki, zəlzələdən sonra axtarış-xilasetmə iş
Xoydakı zəlzələdən uzun müddət keçib. 15 dərəcə şaxtada çöllərdə
Türkiyənin zəlzələ bölgəsi olan Malatyada yenidən 5 bal gücündə zəlz
Türkiyənin Kahramanmaraş şəhərində baş verən dəhşətli zəlzənin dah
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığın
Məşhur cütlük Sıla Gençoğlu və İlker Kaleli də zəlzələdən əziyyə
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Ə
Ermənistanın paytaxtı İrəvanda tikinti işləri zamanı qazılan torpaq qat
Türkiyədə baş verən güclü zəlzələdən zərərçəkənlərə yardım
"Meta" şirkətinin administrasiyası ABŞ-ın keçmiş prezidenti Don