Xilasedicilərimiz dağıntılar altında köməksiz qalan qadını belə xilas etdilər


Digərləri 10 Fev 2023 09:41:00 232 0

Xilasedicilərimiz dağıntılar altında köməksiz qalan qadını belə xilas etdilər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Son.az xəbər verir ki, FHN-in xilasediciləri indiyə qədər axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 9-u uşaq olmaqla 44 nəfəri sağ, 164 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 8-də isə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə göndərilib. Bunlardan əlavə mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət, insanların yerləşdirilməsi üçün çadırlar, adyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb. Daha sonra yardım məqsədilə 13 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi də Türkiyə yola salınıb.

Eyni zamanda Birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib.

Bakıda, Gəncədə, Naxçıvanda Türkiyəyə yardım məqsədilə toplama məntəqələri yaradılıb. Azərbaycan vətəndaşları könüllü şəkildə bu yardım məntəqələrinə gələrək yardımlarını edirlər.

3 uşağın təhsil xərclərini üzərinə götürdülər like
  • 10 Fev 09:36  
Şou-biznes 3 uşağın təhsil xərclərini üzərinə götürdülər

Məşhur cütlük Sıla Gençoğlu və İlker Kaleli də zəlzələdən əziyyə

arrow Ətraflı
Mehriban Əliyevanın göstərişi ilə daha bir humanitar yardım təyyarəsi Türkiyəyə yola düşür like
  • 10 Fev 09:30  
Siyasət Mehriban Əliyevanın göstərişi ilə daha bir humanitar yardım təyyarəsi Türkiyəyə yola düşür

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Ə

arrow Ətraflı
“İrəvanda ekoloji fəlakətlər baş verəcək” like
  • 10 Fev 09:28  
Dünya “İrəvanda ekoloji fəlakətlər baş verəcək”

Ermənistanın paytaxtı İrəvanda tikinti işləri zamanı qazılan torpaq qat

arrow Ətraflı
Bakıda 14 yaşlı qız dəm qazından öldü like
  • 10 Fev 09:21  
Digərləri Bakıda 14 yaşlı qız dəm qazından öldü

Bakıda yeniyetmə qız dəm qazından boğulub.

arrow Ətraflı
Canlı yayımda Türkiyə üçün 4 milyon topladılar like
  • 10 Fev 09:14  
Digərləri Canlı yayımda Türkiyə üçün 4 milyon topladılar

Türkiyədə baş verən güclü zəlzələdən zərərçəkənlərə yardım 

arrow Ətraflı
Donald Trampın “Facebook” və “Instagram” hesabı bərpa edilib like
  • 10 Fev 09:07  
Dünya Donald Trampın “Facebook” və “Instagram” hesabı bərpa edilib

"Meta" şirkətinin administrasiyası ABŞ-ın keçmiş prezidenti Don

arrow Ətraflı
Azərbaycan elmində böhran: alimlər “2" alırsa... like
  • 10 Fev 08:59  
Digərləri Azərbaycan elmində böhran: alimlər “2" alırsa...

Ali Attestasiya Komissiyası yanvarda hansı sahələrdə elmi adlar və dərəc

arrow Ətraflı
"Böyük bəladayıq, müharibə ola bilər" like
  • 10 Fev 08:56  
Dünya "Böyük bəladayıq, müharibə ola bilər"

Əgər "Şimal axını"na hücum ABŞ hakimiyyəti tərəfindən Konqr

arrow Ətraflı
Ukrayna HHQ Rusiya helikopteri vurub like
  • 10 Fev 08:53  
Dünya Ukrayna HHQ Rusiya helikopteri vurub

Ukrayna silahlı qüvvələri döyüşlər zamanı Rusiyaya məxsus Mi-24 heliko

arrow Ətraflı
Güneylilər də Türkiyəyə yardım üçün səfərbər oldu like
  • 10 Fev 08:51  
Digərləri Güneylilər də Türkiyəyə yardım üçün səfərbər oldu

Türkiyədə baş verən zəlzələyə yardım etmək məqsədi ilə Güney Azə

arrow Ətraflı
"Zəlzələ bölgəsində binaları tikənlərlə bağlı araşdırma başladılıb" like
  • 10 Fev 08:48  
Dünya "Zəlzələ bölgəsində binaları tikənlərlə bağlı araşdırma başladılıb"

"Zəlzələyə məruz qalan bütün vilayətlərimizdə mövcud olan binala

arrow Ətraflı
Zəlzələ bölgəsindən ürək parçalayan FOTOLAR like
  • 10 Fev 08:45  
Dünya Zəlzələ bölgəsindən ürək parçalayan FOTOLAR

Episentri Kahramanmaraş olan güclü zəlzələdən artıq dörd gün keçib. B

arrow Ətraflı
Rusiya sülhməramlılarına məxsus minik avtomobili Laçın yolundan keçib  FOTO like
  • 10 Fev 08:43  
Digərləri Rusiya sülhməramlılarına məxsus minik avtomobili Laçın yolundan keçib FOTO

Bu gün Rusiya sülhməramlılarına məxsus bir mülki minik avtomobili Laçın

arrow Ətraflı
Rusiyada partlayış nəticəsində ölənlərin sayı 13ə çatıb like
  • 10 Fev 08:42  
Dünya Rusiyada partlayış nəticəsində ölənlərin sayı 13ə çatıb

Novosibirskdə beşmərtəbəli binada qaz partlayışı nəticəsində ölənl�

arrow Ətraflı
Bu yollarda sıxlıq var  SİYAHI like
  • 10 Fev 08:39  
Digərləri Bu yollarda sıxlıq var SİYAHI

Yollardakı son vəziyyət açıqlanıb.

arrow Ətraflı