Azərbaycan elmində böhran: alimlər “2" alırsa...


Digərləri 10 Fev 2023 08:59:00 325 0

Azərbaycan elmində böhran: alimlər “2" alırsa...

Ali Attestasiya Komissiyası yanvarda hansı sahələrdə elmi adlar və dərəcələrin verilməsindən imtina edib?

2023-cü ilin yanvar ayında müxtəlif elm sahələri üzrə dissertasiya işi müdafiə edən bir çox alimlərə Ali Attestasiya Komissiyası tərəfindən mənfi cavab verilib. Daha doğrusu, onların komissiyaya təqdim etdikləri elmi işlərdən imtina edilib. Prezident yanında  Ali Attestasiya Komissiyasının bu ilin yanvarında elmi adlar və dərəcələrin verilməsi və imtina edilməsi barədə məlumatına əsasən, ən çox filologiya elmləri sahəsində yazılan dissertasiya işlərinə "yox" deyilib.

Belə ki, ilin ilk ayında filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq istəyən 4 alim namizədin dissertasiya işindən imtina edilib. Filologiya elmləri üzrə ötən ay dosent elmi adını almaq istəyən 7 alimdən  3-nün elmi işinə imtina verilib. Bu isə "antirekord" göstərici deməkdir. Təqdim olunan elmi işlərdən cəmi 4-nün qəbul edilməsi çox şeydən xəbər verir. Daha çox imtina alan alimlərin təmsil etdiyi növbəti elm sahəsi isə biologiyadır. Yanvarda Biologiya üzrə cəmi 5 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib. 3 elmi işdən isə imtina edilib. Bu sahənin daha bir mənfi göstəricisi isə dosent elmi adının alınmasındadır. Ötən ay dosent adını almaq istəyən cəmi iki bioloqdan yalnız birinə müsbət cavab verilib. Digərinin isə elmi işindən imtina edilib. Riyaziyyat sahəsində də durum ürəkaçan olmayıb. İlin ilk ayında bircə nəfər də olsun, riyaziyyatçıya fəlsəfə doktoru elmi adı verilməyib. Əvəzində iki namizədin elmi işindən imtina edilib. Eyni hal psixologiya elmləri üzrə də yaşanıb. İlin ilk ayında heç kəsə psixologiya üzrə fəlsəfə doktoru adı verilməsə də, əvəzində iki namizədin elmi işindən imtina edilib. Pedaqogika elmləri üzrə də yanvar göstəricisi eynilə psixologiyada olduğu kimidir: fəlsəfə doktoru elmi dərəcəsi üzrə 0 qəbul, 2 imtina. Texnika elmləri üzrə isə vəziyyət nisbətən qənaətbəxşdir. Doğrudur, bu sahə üzrə də 2 elmi işdən imtina edilib. Amma 6 elmi iş məqbul sayılıb.

Son.az bildirir ki, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov mövzu ilə bağlı "Yeni Müsavat"a dedi ki, ümumiyyətlə elmi adların verilməsi məsələsində ciddilik olmalıdır: "Ali Attestasiya Komissiyası ətrafında son illərdə baş verən prosesləri hər birimiz ürəkağrısı ilə seyr edirdik. Bununla bağlı mən hər zaman səsimi qaldırmışam. Hər zaman demişəm ki, hər küçədən keçənə, elmi fəaliyyətlə məşğul olmayıb yalnız prestij xətrinə adın dalınca qaçanlara elmi adlar verilməməlidir. Təəssüf ki, ciddi elmi fəaliyyətlə məşğul olan insanlar kənarda qalırdı. Parlament üzvləri, iş adamları çox asanlıqla bu elmi adları alırdılar. Tutaq ki, akademiklərin qohumları, elmi tədqiqat institutlarında inzibati vəzifə daşıyanların yaxın ətrafları  gəlib asanlıqla elmi adları, dərəcələri alırdılar. Təbii ki, bu yolverilməz idi. Bizim elmimizin hazırki durumda olmasının səbəblərindən biri kadrlarımızın yerində olmamasıdır. İndi baxın, ömür boyu bir saat belə elmi tədqiqatla məşğul olmayan şəxsin adının qarşısında fəlsəfə doktoru, yaxud elmlər doktoru yazılır. Bu həqiqi elmlə məşğul olanları sındırmaqdır və elmi ələ salmaqdır. Prezident tərəfindən elmi adların verilməsi qaydaları haqqında əsasnamədə dəyişiklik oldu. Bununla bağlı şərtlər ciddiləşdirildi. Amma  Ali Atestasiya Komissiyasının hansı səbəbdən qeyd edilən ixtisaslar üzrə alimlik dərəcəsinin verilməsinə imtina edilməsi ilə bağlı monitorinq etmədiyimə görə, hansı səbəblərdən imtina edildiyini də dəqiq bilmirəm. Amma yəqin ki, bu imtinaların arxasında ciddi arqumentlər dayanır".

Ekspert əlavə edib ki, Ali Atestasiya Komissiyasının bu məsələdə sərtləşməni tətbiq etməyinin tərəfdarıdır: "Biz keyfiyyətə daha çox işləməliyik, nəinki kəmiyyətə. Elmi dərəcə alan çox az sayda olsun, amma bunlar həqiqi olsunlar. Bizdə cəmiyyətdə əvvəlki kimi elmi adları tapşırıqla, yaxud hər hansısa bir çirkli yollarla almaq barədə insanlar düşünə bilməsinlər. Bu baxımdan hesab edirəm ki,  Ali Attestasiya Komissiyasının imtina cavablarının arxasında yəqin ki, ciddi arqumentlər dayanır.

Konkret suala gəlincə isə hesab etmirəm ki, şərtlər qəlizdir. Şərtlər daha da qəliz olmalıdır. Şərtlərin qəliz olması, arqument ola bilməz, yaxud, bu ittiham ola bilməz. Görünən odur ki, zamanında bu mühitdə çatışmazlıqlardan istifadə edən adamlar, hələ də alim adı almaq üçün çalışan insanlar hazırki qəliz filtrlərdən keçə bilmirlər. Təbii ki qaydalar dəyişdi. Təbii ki, imtahan verən hər bir şəxsi ittiham etmək istəmirəm. Ola bilər ki, o insanlar şərtləri diqqətlə oxuya bilmirlər. Məsələ bundan ibarətdir ki, burada dissertasiya şuralarının da məsuliyyət məsələsi var. Dissertasiya Şurasının tərkibi kifayət qədər seçilmiş alimlərdən təşkil olunur. Dissertasiya Şurasında elmi iş müdafiə olunur. Dissertasiya Şurasına qədər hələ proses müvafiq şöbədən keçir. İşin icra olunduğu müəssisədə bu işə baxılır. Digər tərəfdən aparıcı təşkilat müəyyənləşdirilir. Həmin təşkilatda ona müvafiq rəylər verilir. Həmin sahə üzrə kifayət qədər peşəkar mütəxəssislər tərəfindən rəylər verilir. Ən yekunda Dissertasiya Şurasında iş müdafiə olunur. Onda sual olunur, o  Dissertasiya Şurası nəyə baxırdı?

"Böyük bəladayıq, müharibə ola bilər" like
  • 10 Fev 08:56  
Dünya "Böyük bəladayıq, müharibə ola bilər"

Əgər "Şimal axını"na hücum ABŞ hakimiyyəti tərəfindən Konqr

arrow Ətraflı
Ukrayna HHQ Rusiya helikopteri vurub like
  • 10 Fev 08:53  
Dünya Ukrayna HHQ Rusiya helikopteri vurub

Ukrayna silahlı qüvvələri döyüşlər zamanı Rusiyaya məxsus Mi-24 heliko

arrow Ətraflı
Güneylilər də Türkiyəyə yardım üçün səfərbər oldu like
  • 10 Fev 08:51  
Digərləri Güneylilər də Türkiyəyə yardım üçün səfərbər oldu

Türkiyədə baş verən zəlzələyə yardım etmək məqsədi ilə Güney Azə

arrow Ətraflı
"Zəlzələ bölgəsində binaları tikənlərlə bağlı araşdırma başladılıb" like
  • 10 Fev 08:48  
Dünya "Zəlzələ bölgəsində binaları tikənlərlə bağlı araşdırma başladılıb"

"Zəlzələyə məruz qalan bütün vilayətlərimizdə mövcud olan binala

arrow Ətraflı
Zəlzələ bölgəsindən ürək parçalayan FOTOLAR like
  • 10 Fev 08:45  
Dünya Zəlzələ bölgəsindən ürək parçalayan FOTOLAR

Episentri Kahramanmaraş olan güclü zəlzələdən artıq dörd gün keçib. B

arrow Ətraflı
Rusiya sülhməramlılarına məxsus minik avtomobili Laçın yolundan keçib  FOTO like
  • 10 Fev 08:43  
Digərləri Rusiya sülhməramlılarına məxsus minik avtomobili Laçın yolundan keçib FOTO

Bu gün Rusiya sülhməramlılarına məxsus bir mülki minik avtomobili Laçın

arrow Ətraflı
Rusiyada partlayış nəticəsində ölənlərin sayı 13ə çatıb like
  • 10 Fev 08:42  
Dünya Rusiyada partlayış nəticəsində ölənlərin sayı 13ə çatıb

Novosibirskdə beşmərtəbəli binada qaz partlayışı nəticəsində ölənl�

arrow Ətraflı
Bu yollarda sıxlıq var  SİYAHI like
  • 10 Fev 08:39  
Digərləri Bu yollarda sıxlıq var SİYAHI

Yollardakı son vəziyyət açıqlanıb.

arrow Ətraflı
Alət ola bilmərik, Bakı ilə danışacağıq  Arşakyan like
  • 10 Fev 08:37  
Siyasət Alət ola bilmərik, Bakı ilə danışacağıq Arşakyan

Münaqişə baş verərsə, bunun üçün lazım olan bütün vasitələr tətbi

arrow Ətraflı
Mövlam Şıxəliyevin oğlu 500 min manatı vəkilə niyə verib like
  • 10 Fev 08:34  
Kriminal Mövlam Şıxəliyevin oğlu 500 min manatı vəkilə niyə verib

Həbsdəki generalın vəkili danışdı: "Mən belə məsələlərə qarı

arrow Ətraflı
ABŞ Türkiyə və Suriyaya 85 milyon dollar ayıracaq like
  • 10 Fev 08:31  
Dünya ABŞ Türkiyə və Suriyaya 85 milyon dollar ayıracaq

ABŞ administrasiyası Türkiyə və Suriyadakı zəlzələlərdən sonra humani

arrow Ətraflı
Seysmoloqlar bina tikintisindən niyə uzaqlaşdırılıb like
  • 10 Fev 08:28  
Digərləri Seysmoloqlar bina tikintisindən niyə uzaqlaşdırılıb

Tikintidə təhlükəsizlik üzrə mütəxəssislər deyir ki, əsas risk qrupun

arrow Ətraflı
Etirazlar 61 gündür davam edir  FOTO like
  • 10 Fev 08:25  
Digərləri Etirazlar 61 gündür davam edir FOTO

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba

arrow Ətraflı
AB rəsmilərindən Mirzoyana şok: Monoloqunuz yersizdir like
  • 10 Fev 08:22  
Dünya AB rəsmilərindən Mirzoyana şok: Monoloqunuz yersizdir

Əvvəl Brüsselə, sonra Berlinə səfər etmiş Ermənistanın xarici işlər

arrow Ətraflı
Bakıda körpünü buz bağlayıb, like
  • 10 Fev 08:17  
Digərləri Bakıda körpünü buz bağlayıb,

Bakının Xətai rayonunda yol qəzası baş verib.

arrow Ətraflı