Günün qoroskopu: Tərif və dəstək gözləməyin


Digərləri 19 Noy 2024 00:01:00 74 0

Günün qoroskopu: Tərif və dəstək gözləməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - əvvəlcədən planlaşdırdığınız işlərlə səhər saatlarından etibarən məşğul olun. Nəticə pis olmayacaq. Fəaliyyətiniz ünsiyyət, daşımalar, marketinq və ya vasitəçiliklə bağlıdırsa - uğur əldə edəcəksiniz. Bütün mühüm məsələləri günün ilk yarısında həll edin.

Günün ikinci yarısında işgüzar görüşlər məhsuldar olmayacaq.

Axşam saatları yaxınlarınızla təmaslar və əyləncə üçün münasib zamandır. Sevdiyiniz insanın iradlarına həddən artıq sərt cavab verməyin və münaqişənin qarşısını alın.  

Buğa - qərarların sürətlə qəbulu və yeni situasiyaya uyğunlaşma bacarığınız sayəsində irəliləyə bilərsiniz. Məsuliyyətdən qaçmağa çalışmayın. Tək qalmayın, müstəqil fəaliyyət prinsipini ifrata çatdırmayın. Şərait sizi trivial olmayan qərarların qəbuluna vadar edir.

Günün ikinci yarısında problemlərin həllində mütəhərrik olun. Nəzakətlə davranın, bağışlamağı bacarın. Yumor hissi ən çətin situasiyadan çıxış vasitəsinə çevrilə bilər.

Tərəfdaş və müttəfiqlərlə görüş yeni qüvvələr verə bilər. Nigaranlıq və təşvişlərinizi yaxınlarınızla paylaşa bilərsiniz. Açıq söhbətdən sonra özünüzü daha yaxşı hiss edəcəksiniz.  

Əkizlər - şəxsi təmasları bir qədər azaldın. Yaranan problemlər sizi ruhdan salmamalıdır. Müqavilə, anlaşma və ya yeni layihə üçün əlverişli zaman deyil. Mühüm saydığınız bütün məsələləri günün ilk yarısında həll edin.

Günün ikinci yarısı daha sakit olacaq. Axşam saatlarında mənasız söhbətlərə qatılmayın. Problemlərinizi yaxınlarınıza yük etməyin. Maraqlı iş, hobbi üçün əlverişli vaxtdır. Mənfi təmayüllərin ömrü az olacaq.

Xərçəng - məlumat, informasiya mübadiləsi və kommunikasiyalarla bağlı fəaliyyət məhsuldardır. Həmsöhbətinizlə mövqelərinizi paylaşmaq üçün çox səy sərf etməyəcəksiniz. Mütəhərrik, çevik və qıvraq olun. Əla nəticələrə nail olmaq istəyirsinizsə, süst davranmayın.

Günün ikinci yarısında hisslərinizi etibar etdiyiniz insanlarla paylaşa bilərsiniz. Bu minvalla anlaşılmazlıq və münaqişələrin qarşısını almaqla yanaşı, münasibətlərdəki etimadı da qoruya bilərsiniz.

Təmasların harmonik inkişafına çalışın.  

Şir - önəmli layihələrdən birini təxirə salmaq olar. Sifarişin nədən ibarət olduğunu tam anlamaq üçün bir qədər nəfəs dərin. Şəraiti dəyişmək, problemlərdən qısa müddətə də olsa, kənarlaşmaq zamanıdır.

Peşəkar fəaliyyət sahəsində yeni layihəyə başlamaq üçün əlverişli zaman deyil.

Günün ikinci yarısında rutin işlərlə məşğul olun. Çətinliklərdən çıxış yolu soyuqqanlı və təmkinli şəkildə işləməkdir.

Axşam saatlarında yaxınlarınızla təmaslar sizə bezdirici fikirlər və əzablı suallardan qurtulmağa imkan verəcək. Gecə vaxtı gəzintiyə çıxmayın.

Qız - əhvalınızdakı dəyişikliklər və əməllərinizdən narazılıq hissi sizdə pessimizm yaratmamalıdır. İşgüzar fəallıq baxımından günün ilk yarısı daha münasibdir. Yeni işə başlamayın.

Günün ikinci yarısı müqavilə və anlaşmaların müzakirəsini təxirə salın. Maddi çətinliklər, maliyyə sıxıntıları yarana bilər.

Yaxın ətrafınızdakı insanlardan bəzilərinə inanmaq çətindir. Bir qədər şübhəli davransanız da, bədgümanlıqda ifrata varmayın. Açıq söhbətlərə qatılmayın, planlarınızı bölüşməyin.

Tərəzi - işlərdə problemlər yaransa da, əhvalınızı pozmayın. Fəaliyyətin sonucları sizi tam təmin etməyəcək. Yeni layihələrə başlamayın. Amma problemlərin həllində yaradıcı yanaşma nümayiş etdirin.

Günün ikinci yarısında bilik və bacarıqlarınızı artırmağa səy göstərin.

Nikbin olsanız, ailənizdə harmonik situasiya yarada bilərsiniz. Axşam saatları dostlar və qohumlarla təmaslar üçün yaxşı zamandır.

Əqrəb - çoxdan başladığınız işi günün ilk yarısında başa vura bilərsiniz. Maraqlandığınız işlə bağlı yeni məlumatlar əldə edə bilərsiniz. Bacarıqlarınızı artırın, təcrübənizi zənginləşdirin. Yeni nə isə öyrənməyə çalışın.

Günün ikinci yarısında diqqətiniz yayınmasın. Əsas məsələni qoyub ikinci dərəcəli nüanslarla məşğul olmayın. Yaşamınızın müxtəlif sahələrini kontrolda saxlayaraq vaxtınızı məntiqi şəkildə bölüşdürün.

Başqalarının sizin prinsiplərə uyğun hərəkət edəcəklərini gözləməyin. Fərdi dəyərlərinizi absolyut saymayın. Bunu etsəniz, yaxın ətrafınızdakı insanlar arasında sizdən narazılıq artacaq.

Oxatan - işgüzar tərəfdaşlarla ünsiyyət üçün günün ilk yarısı daha əlverişlidir. Səhər saatlarından etibarən aktiv çalışın. Əldə etdiyiniz nəticələri səbatlı edin. Mövqelərinizi möhkəmləndirin. Münaqişəli vəziyyətlərdə etika çərçivəsindən kənar çıxmayın. Kobudluq etməyin.

Günün ikinci yarısında mənasız, heç bir əsası olmayan risklərə yol verməyin.

Şəxsi münasibətlərdə yaranan situasiya sizə yaşanan anlaşılmazlıq və çətinlikləri dəf etməyə imkan verəcək. Duruma nəzarət edin. Romantik etiraflar zamanı deyil. Hadisələrə süni təkan verməyin.

Oğlaq - ötən həftədən bəri qarşılaşdığınız və "vidalaşa" bilmədiyiniz gərgin situasiya bu gün çözüləcək.

Bununla belə, mürəkkəb və eyni zamanda məsuliyyətli iş üçün əlverişli zaman deyil. İşdə rəhbərliklə müzakirəni ertələməyə çalışın. Yeni layihələr, mühüm sənədlərin imzalanması üçün münasib vaxt sabahdır.

Günün ikinci yarısında ətalətə qapılmayın. Maraqlandığınız işlə məşğul olun. Yaxınlarınız sizi dəstəkləyəcəklər. Axşam saatlarında sakit şəraitdə istirahət edin.

Dolça - bacarıqlarınızı nümayiş etdirə bilərsiniz. Hadisələrə süni təkan verməyin. Yaxın ətrafınızdakı insanların prosesə dərhal müsbət mövqe sərgiləyəcəklərini düşünməyin. Tərif və dəstək gözləməyin.

Günün ikinci yarısında kölgəyə çəkilməyin. Bacarıqlarınızla imkanlarınızı yanlış dəyərləndirə bilərlər.

Sevdiyiniz insanla münasibətlərdə qayğıkeş və həlim olun. Axşam saatlarını ailəvi istirahətə həsr edin.

Balıqlar - yaşanan situasiyanın yaratdığı çətinlikləri ürəyinizə salmayın. Yaranmış vəziyyətə fərqli baxış bucağından baxmağı bacarın. Tale sizə yaxşı dərs verəcək.

Münaqişələri kəskinləşdirməyin. Düşmən və ya bədxahın aktivləşməsinə imkan verməyin.

Günün ikinci yarısında qüvvənizə qənaət edin. Həddən ziyadə enerji və məsrəf tələb edən işə başlamayın. Yardım gözlədiyiniz anda dərhal kömək alacağınızı düşünməyin. Yaxınlarınız sizdən kömək istəyirlər. Öz problemlərinizi də unutmayın.

Son.az

Akın Akınözü yeni serialda like
  • 18 Noy 23:44  
Şou-biznes Akın Akınözü yeni serialda

Akın Akınözünün yeni layihəsi bəlli olub. Son.az xəbər verir ki, ekr

arrow Ətraflı
Tanzaniyada bina çökdü  13  ölü, 84 yaralı var like
  • 18 Noy 23:29  
Dünya Tanzaniyada bina çökdü 13 ölü, 84 yaralı var

Tanzaniyanın Dar əs-Salam şəhərində binanın çökməsi nəticəsində öl

arrow Ətraflı
Zaur “Vətəndaş A”dan belə qisas aldı like
  • 18 Noy 23:19  
Şou-biznes Zaur “Vətəndaş A”dan belə qisas aldı

Aparıcı Zaur Baxşəliyev "Vətəndaş A" serialının atmacasına c

arrow Ətraflı
Neftçalaya qonaq gedən üç yaşlı uşaq faciəvi şəkildə öldü like
  • 18 Noy 23:03  
Digərləri Neftçalaya qonaq gedən üç yaşlı uşaq faciəvi şəkildə öldü

Bakıdan Neftçalaya qonaq gələn üç yaşlı uşaq suda boğularaq ölüb.

arrow Ətraflı
Rüstəm efirdə ağladı: "Üç aydır..." like
  • 18 Noy 22:50  
Şou-biznes Rüstəm efirdə ağladı: "Üç aydır..."

"Şeron" qrupunun rəhbəri, müğənni Rüstəm Zeynallı "Gün�

arrow Ətraflı
35 yaşlı kişi faciəvi şəkildə öldü like
  • 18 Noy 22:41  
Digərləri 35 yaşlı kişi faciəvi şəkildə öldü

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

arrow Ətraflı
Rusiya "Google"a qalib gəldi like
  • 18 Noy 22:25  
Digərləri Rusiya "Google"a qalib gəldi

Rusiyada quql bəzi məzmunlara girişi bloklamadığı üçün cərimələnib.

arrow Ətraflı
Türkiyənin bu ölkə ilə gərginliyi Bakıya təsir edir like
  • 18 Noy 22:16  
Siyasət Türkiyənin bu ölkə ilə gərginliyi Bakıya təsir edir

Türkiyənin hava sahəsi İsrail təyyarələrinə bağlı olduğuna görə bu

arrow Ətraflı
Maşını qaçırıb stadiona daxil olmaq istədi like
  • 18 Noy 22:06  
Kriminal Maşını qaçırıb stadiona daxil olmaq istədi

Noyabrın 18-də Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa c

arrow Ətraflı
Gürcüstanda azərbaycanlı gənci öldürdülər like
  • 18 Noy 22:02  
Kriminal Gürcüstanda azərbaycanlı gənci öldürdülər

Gürcüstanda azərbaycanlıların kopmakt yaşadığı Marneuli şəhərində a

arrow Ətraflı
Abşeronda ağır qəza  xeyli sayda yaralı var like
  • 18 Noy 21:49  
Digərləri Abşeronda ağır qəza xeyli sayda yaralı var

Abşeronun Masazır ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib, 6 n

arrow Ətraflı
Nazilə: "Siz itin, pişiyin, donuzun ətindən hazırlanmış..." like
  • 18 Noy 21:40  
Şou-biznes Nazilə: "Siz itin, pişiyin, donuzun ətindən hazırlanmış..."

Nazilə Səfərlinin qarğıdalı saçağını yeməsi başına iş açıb.

arrow Ətraflı
Vanqa bürclər haqqında bunları deyibmiş: bəziləri şanslı. digərləri zülm üçün yaradılıb like
  • 18 Noy 21:28  
Digərləri Vanqa bürclər haqqında bunları deyibmiş: bəziləri şanslı. digərləri zülm üçün yaradılıb

Böyük görücü nəinki gələcəyi proqnozlaşdırırdı, həm də astrologiy

arrow Ətraflı
"Whatsapp"da möhtəşəm yenilik like
  • 18 Noy 21:17  
Digərləri "Whatsapp"da möhtəşəm yenilik

"Whatsapp" messencerində yeni funksiya yaradılıb.

arrow Ətraflı