Mövlam Şıxəliyevin oğlu 500 min manatı vəkilə niyə verib


Kriminal 10 Fev 2023 08:34:00 331 0

Mövlam Şıxəliyevin oğlu 500 min manatı vəkilə niyə verib

Həbsdəki generalın vəkili danışdı: "Mən belə məsələlərə qarışmıram..."

Tanınmış vəkil Elçin Qəmbərovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Səbinə Məmmədzadənin icraatına verilib. Elçin Qəmbərov 2022-ci ilin iyununda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. O, Bakı şəhəri "Mərkəz" Vəkil Bürosunun rəhbəri olub. Elçin Qəmbərova qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Elçin Qəmbərovun cinayət işi üzrə zərərçəkmiş qismində Elgün Mövlam oğlu Şıxəliyev tanınıb. O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin rəisi, keçmiş general-mayor Mövlam Şıxəliyevin oğludur.

Elçin Qəmbərov 500 min manatdan yuxarı məbləğdə vəsaiti dələduzluqla ələ keçirməkdə ittiham olunur.

İş üzrə zərərçəkən Elgün Şıxəliyevin atası Mövlam Şıxəliyev 2022-ci ilin sentyabrında Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi ilə əlaqədar Prezidentə təqdimat göndərilməsi barədə qərar çıxarılıb. Həmçinin Mövlam Şıxəliyevə və ailə üzvlərinə məxsus bir sıra əmlakların müsadirə olunması barədə qərar çıxarılıb.

Mövlam Şıxəliyevin cinayət işi üzrə 36 zərərçəkəndən biri Hüseyn Səfərov keçmiş generalın oğluna qarşı dələduzluqla bağlı özünün facebook divarında status yazıb. Həmin statusu təqdim edirik:

"Elçin Qəmbərovun Mövlam Şıxəliyevin oğlundan yarım milyon manat alması haqda məlumatlarla tanış olduq. Öyrəndik ki, Elgün Şıxəliyev ona pulu atasının həbsi ilə əlaqədar verib. Belə başa düşürük ki, həmin pul Elçin Qəmbərova Mövlam Şıxəliyevin istintaq və məhkəmə dövründə azadlıqda qalması, işinin yüngülləşdirilməsi üçün verilib. İstintaq dövründə Mövlam Şıxəliyevi "Mərkəz" Vəkil Bürosundan Elçin Qəmbərovla vəkil Arzu Cavadov müdafiə ediblər. Arzu Cavadovu vicdanlı vəkil kimi tanıyırıq. Elçin Qəmbərova gəldikdə isə onun adı dəfələrlə dələduzluqda hallanıb. Mövlam Şıxəliyev necə istintaqçıdır ki, oğlunun belə bir adama yarım milyon manat verməsinə razı olub? Bundan başqa Elgün Şıxəliyev bu pulu - yəni rüşvəti Elçin Qəmbərova verməklə həm də bizə qarşı törədilmiş cinayətləri ört-basdır etməyə çalışıblar. Elgün Şıxəliyev faktiki olaraq Elçin Qəmbərovla cinayət əlaqəsinə girib. Əgər onların sövdələşməsi baş tutsaydı, bizlərə qarşı cinayətlər ört-basdır oluna bilərdi. Biz zərərçəkənlər Elçin Qəmbərovun cinayət işi üzrə prosesə qatılacağıq və orada Elgün Şıxəliyevin də istintaqa cəlb olunmasını tələb edəcəyik".

Son.az bildirir ki, "Yeni Müsavat" əməkdaşı yarım milyon manatlıq dələduzluq işi üzrə şahid qismində dindirilən Mövlam Şıxəliyevin vəkili Arzu Cavadovla əlaqə saxlayıb.

- Müvəkkiliniz, MTN generalı olmuş Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevin işi üzrə şahidsiniz?

- Bəli, şahid qismində dindirilmişəm.

- Siz "Mərkəz" Vəkil Bürosunun üzvü, təqsirləndirilən Elçin Qəmbərov isə büronun rəhbəri olub. Mövlam Şıxəliyevlə Elçin Qəmbərovu siz tanış etmisiz?

- Xeyr, mən tanış etməmişəm.

- Mövlam Şıxəliyevin cinayət işi üzrə zərərçəkənlərdən Hüseyn Səfərov iddia edir ki, Elgün Şıxəliyev Elçin Qəmbərova yarım milyon manatı rüşvət olaraq verib. Bu barədə nə deyə bilərsiniz?

- Mən bilən o pulu özü üçün alıb.

- Bu pulun qarşılığında Elçin Qəmbərov Elgün Şıxəliyevin qarşısında hansı öhdəliyi götürmüşdü?

- Bu haqda məlumatsızam.

- Siz istintaqda bu məsələ ilə bağlı şahid qismində ifadə vermisiniz axı...

- Haradan bilirsiniz ki, mən nə ifadə vermişəm?

- Büronuzun sədri Elçin Qəmbərov sizinlə qohumluq əlaqəsi olan Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevdən yarım milyon manat pul alır və bu pulun niyə verildiyi barədə sizin məlumatsız olmanız bir qədər inandırıcı görünmür.

- Mən Mövlam Şıxəliyevin başqa işdə müdafiəçisi olmuşam.

- Elçin Qəmbərov Mövlam Şıxəliyevin hansı işində müdafiəçisi olub?

- Bunu da bilmirəm.

- Bakı Ağır Cinayətlər Məhkəməsinə gəlib Elçin Qəmbərovun cinayət işi üzrə ifadə verəcəksinizmi?

- Əlbəttə ki, çağırsalar, gələcəyəm.

- Siz bilirdiniz ki, Elgün Şıxəliyev Elçin Qəmbərova yarım milyon manat pul verib?

- Yox, bu barədə mənə nəsə deyilməyib.

- Uzun müddətdir ki, Mövlam Şıxəliyevin vəkilisiniz, Elçin Qəmbərovun cinayət işi üzrə də şahidsiniz. Mövlam Şıxəliyevdən soruşmusuz ki, bu nə məsələdir? Oğlun niyə yarım milyon manat pulu aparıb Elçin Qəmbərova verib?

- Mən soruşmamışam. Bu sual mənə ünvanlanmamalıdır. Mən belə məsələlərə qarışmıram. Özləri bilər.

- Özü də deməyib?

- Yox.

- Mövlam Şıxəliyevin cinayət işi üzrə zərərçəkən Hüseyn Səfərov iddia edir ki, yarım milyon manat Elgün Şıxəliyev tərəfindən Elçin Qəmbərova rüşvət vermək üçün təqdim olunub. Bu iddiaya münasibətiniz maraqlıdır.

- Bu məsələni Hüseyn Səfərovdan soruşmaq lazımdır. Ümumiyyətlə, bu barədə məndən soruşmayın.

- Siz Azərbaycanda tanınan vəkillərdənsiniz. Bu gün də general Mövlam Şıxəliyevin vəkilisiz. Ortada Mövlam Şıxəliyevin cinayət işi üzrə yarım milyon manatlıq rüşvət iddiası var. Sizdən soruşmayaq, kimdən soruşaq?

- Mənim bu işlərə aidiyyətim yoxdur. O boyda "summa"da adım olsaydı, çoxdan səsi çıxardı. İndiyə qədər mənim adım heç vaxt dələduzluq işində hallanmayıb və bu heç vaxt mümkün də deyil.

- Həmin pul rüşvət kimi verilmək üçün alınmışdı?

- Orada ittiham rüşvətvermə deyil, dələduzluqdur.

- Elçin Qəmbərov o pulu alanda hansı öhdəlik götürmüşdü? Elgün Şıxəliyev üçün hansı işi görməli idi?

- Mən o pul veriləndə orada olmamışam.

- Orada olmasanız da, Mövlam Şıxəliyevin vəkilisiz...

- Gəlin belə danışaq, məhkəmə prosesi fevralın 22-nə təyin olunub. Orada hər şey aydın olacaq. Orada açıq məhkəmə prosesi olacaq, bilinəcək ki, kim şahiddir, o pul niyə verilib. Mən bu işlərdə adımın hallanmasını heç istəmirəm.

- Mövlam Şıxəliyevin bu məsələ ilə bağlı mövqeyi necədir?

- Mən bu məsələ ilə bağlı Mövlam Şıxəliyevlə söhbət etməmişəm.

- Mövlam Şıxəliyev uzun illər MTN-in İstintaq Baş İdarəsinin rəisi olub. İşi elə olub ki, daim vəkillərin fəaliyyəti, kimlikləri haqda bilgi ala bilib. Vəkil Elçin Qəmbərovun adı mətbuatda dələduzluğa görə dəfələrlə hallanmış, müdafiə etdiyi şəxslərin mənafeyi əleyhinə fəaliyyəti haqda yenə də mətbuatda məlumatlar var. Belə keçmişi olan birini uzun illərin istintaq rəisi necə olub ki, özünə vəkil seçib?

- Dələduz başqa necə olur ki? Elə belə olur da. Etibardan sui-istifadə edirlər.

- İttihamlar təsdiqlənsə, Elçin Qəmbərovu hansı cəza gözləyir?

- Bu maddənin sanksiyasında 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

- Belə görünür ki, Elçin Qəmbərovun xüsusi inandırmaq bacarığı var ki, illərin istintaq rəisindən, həm də xüsusi xidmət orqanının istintaqının rəisindən, üstəlik generalından yarım milyon manat aldatmaqla ala bilib.

- Bunu özləri bilərlər. Mən bu haqda danışmaq istəmirəm.

ABŞ Türkiyə və Suriyaya 85 milyon dollar ayıracaq like
  • 10 Fev 08:31  
Dünya ABŞ Türkiyə və Suriyaya 85 milyon dollar ayıracaq

ABŞ administrasiyası Türkiyə və Suriyadakı zəlzələlərdən sonra humani

arrow Ətraflı
Seysmoloqlar bina tikintisindən niyə uzaqlaşdırılıb like
  • 10 Fev 08:28  
Digərləri Seysmoloqlar bina tikintisindən niyə uzaqlaşdırılıb

Tikintidə təhlükəsizlik üzrə mütəxəssislər deyir ki, əsas risk qrupun

arrow Ətraflı
Etirazlar 61 gündür davam edir  FOTO like
  • 10 Fev 08:25  
Digərləri Etirazlar 61 gündür davam edir FOTO

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba

arrow Ətraflı
AB rəsmilərindən Mirzoyana şok: Monoloqunuz yersizdir like
  • 10 Fev 08:22  
Dünya AB rəsmilərindən Mirzoyana şok: Monoloqunuz yersizdir

Əvvəl Brüsselə, sonra Berlinə səfər etmiş Ermənistanın xarici işlər

arrow Ətraflı
Bakıda körpünü buz bağlayıb, like
  • 10 Fev 08:17  
Digərləri Bakıda körpünü buz bağlayıb,

Bakının Xətai rayonunda yol qəzası baş verib.

arrow Ətraflı
ATƏT Türkiyəyə hər cür dəstəyə hazırdır like
  • 10 Fev 07:55  
Dünya ATƏT Türkiyəyə hər cür dəstəyə hazırdır

ATƏT-in Baş katibi Helqa Mariya Şmid Türkiyəyə zəlzələ zamanı çoxsayl

arrow Ətraflı
Azərbaycan əsilli Rusiya vətəndaşı like
  • 10 Fev 07:49  
Digərləri Azərbaycan əsilli Rusiya vətəndaşı

İş adamı, əslən azərbaycanlı olan Rusiya vətəndaşı Hatayada baş ver�

arrow Ətraflı
Türklərdən çağırış: Xoya köməyi əsirgəməyin like
  • 10 Fev 07:45  
Digərləri Türklərdən çağırış: Xoya köməyi əsirgəməyin

Sosial şəbəkə üzərindən yaradılan Güney Azərbaycan qrupunun üzvləri

arrow Ətraflı
Litva Ukraynaya 36 "Bofors L70" verəcək like
  • 10 Fev 07:41  
Dünya Litva Ukraynaya 36 "Bofors L70" verəcək

Litva Ukrayna Silahlı Qüvvələrinə (AFU) 36 ədəd "Bofors L70" ze

arrow Ətraflı
Rusiya miqrantlardan rüsum tələb edə bilər like
  • 10 Fev 07:37  
Dünya Rusiya miqrantlardan rüsum tələb edə bilər

Rusiyada hökumət əcnəbilərin ölkədə qalma şərtlərini sərtləşdirə

arrow Ətraflı
ÜSTnin rəhbəri Suriyaya gedib like
  • 10 Fev 07:32  
Dünya ÜSTnin rəhbəri Suriyaya gedib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebr

arrow Ətraflı
Ukrayna döyüş gəmiləri ala bilər like
  • 10 Fev 07:27  
Dünya Ukrayna döyüş gəmiləri ala bilər

Ukrayna partnyor dövlətlərdən döyüş gəmiləri ala bilər.

arrow Ətraflı
İran Rusiyaya verdiyi PUAları modifikasiya edib like
  • 10 Fev 07:22  
Dünya İran Rusiyaya verdiyi PUAları modifikasiya edib

İran Rusiyaya tədarük etdiyi zərbə dronlarını modifikasiya edib.

arrow Ətraflı
Xilasedicilərimiz dağıntılar altından like
  • 10 Fev 07:14  
Digərləri Xilasedicilərimiz dağıntılar altından

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azər

arrow Ətraflı
Dünya Bankı Türkiyəyə yardım üçün like
  • 10 Fev 07:04  
Dünya Dünya Bankı Türkiyəyə yardım üçün

Dünya Bankı (DB) dağıdıcı zəlzələlərdən sonra Türkiyəyə yardım v�

arrow Ətraflı