Bakıda arvadına zülm verən avtoritet öldürüldü
Kriminal 19 Noy 2024 00:11:00 101 0
2021-ci il dekabrın 10-da Bakının Suraxanı rayonunda qətl hadisəsi olur. Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə yollanırlar. Məlum olub ki, hadisə Binə qəsəbəsinin Hövsan südçülük sovxozunda, fərdi evin həyətində baş verib. Çənəsinin altında odlu silah yarası ilə 1978-ci il təvəllüdlü Allahverdi Mirzəyevin meyiti aşkar edilib.
Bu xəbəri də oxu: Azərbaycanın Xristian icması BakıQroznı aviaqəzası qurbanlarının xatirəsini yad edib –
Həmin axşam 30-cu Polis Şöbəsinə dəvət olunan Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Taryel Qurbanov cinayəti törətdiyini etiraf edib. Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Son.az lent.az-a istinadə qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Taryel Qurbanov yeznəsi Allahverdi Mirzəyevin bacısı Təranə Mirzəyevaya xəyanət etməsi, pulları başqa qadına xərcləməsi, mütəmadi ailələrində mübahisələr baş verməsi səbəbindən onu qisas məqsədi ilə öldürmək qərarına gəlib. Dekabrın 10-u saat 19 radələrində 16 kalibrli ov tüfəngi ilə silahlanaraq bacısının evinə yollanıb. Ailə üzvlərindən xəbərsiz həyətdə gizlənərək, yeznəsinin evə qayıtmasını gözləyib. Allahverdi Mirzəyevin həyətə girdiyini görən kimi qarşısına çıxıb və tüfəngin lüləsini onun çənəaltı nahiyəsinə istiqamətləndirərək, bir dəfə atəş açıb. Nəticədə A. Mirzəyev ölüb. İş üzrə dindirilmiş Taryel Qurbanov bildirib ki, 2001-ci ildə Ülviyyə Qurbanova ilə ailə həyatı qurub, nikahdan 2 övladları dünyaya gəlib. Yaşadıqları həyətyanı sahədə digər evdə bacısı Pərvanə öz övladları ilə yaşayıb:
"Digər bacım Təranə 1994-cü ildə Allahverdi Mirzəyevlə ailə həyatı qurub. Əvvəllər məhkum olunmuş Allahverdi demək olar ki, hər gün arvadını döyürdü. Bundan başqa, yeznəm Nuranə adlı qadınla yaxın münasibətdə idi, onun üçün ev tikdirmişdi. Qardaş kimi bunu özümə sığışdıra bilmirdim. Dekabrın 10-da Allahverdi evə gələrək yenə Təranənin boynundakı qızıl boyunbağını istədi. Yoldaşı buna etiraz edəndə üzünə yumruqla vuraraq, boyunbağını ondan aldı. Bundan sonra bacım ağlayaraq "WhatsApp" tətbiqi ilə zəng edib, görüntülü anamızla danışıb. Saat 19 radələrində tüfəngi zirzəmidən götürdüm. Silahı 2 yerə qatlayıb, gödəkcəmin altında gizlədərək bacımın evinə yollandım. Darvazanın qarşısında dayanan, Allahverdiyə məxsus "İkarus" markalı avtobusun altında tüfəngi gizlədərək həyətə daxil oldum. Evdə bacım və ailəsi ilə oturub, söhbət etdim. Bir müddətdən sonra sağollaşıb çölə çıxdım. Silahı avtobusun altından götürərək, yenə sakitcə həyətə girdim və "əl damı" deyilən təsərrüfat tikilisində gizlənərək, yeznəmin evə qayıtmasını gözlədim. Təxminən 5 dəqiqədən sonra Allahverdi həyətə daxil olan kimi, əlimdə tüfənglə çıxaraq, onunla üz-üzə dayandım. Yeznəm "burda nə axtardığımı?" soruşanda, ona "bacıma deyirdin ki, qardaşların kişi deyil, ona görə gəlmişəm" dedim və nişan almadan üzünə silahdan atəş açdım. Allahverdi yerə yıxılan kimi, dərhal küçəyə çıxaraq, öz evimə qayıtdım. Tüfəngi götürdüyüm yerə qoydum. Bacım oğlu Hüseynə zəng edib, həyətə girəndə qorxmamasını və atasını öldürdüyümü dedim. 30-cu Polis Şöbəsində törətdiyim cinayəti etiraf etdim".
Zərərçəkmiş şəxsin hüquqi varisi Yaşa Süleymanova ifadəsində göstərib ki, oğlu Allahverdinin ailəsi ilə birlikdə yaşayıb:
"Hadisədən təxminən 1 il əvvəl oğlum Nuranə adlı qadınla tanış olub. Allahverdi əlinə düşən pulları aparıb Nuranəyə vermişdi, hətta bankdan pul götürüb onun üçün ev tikdirmişdi. Bundan sonra oğlumla gəlinimin münasibəti soyumuşdu. Hətta Nuranə bir neçə dəfə yaşadığımız ünvana gələrək evimizin və nəvəm Hüseynin avtomobilinin pəncərələrini sındırıb. Dekabrın 10-da Hüseynin dünyaya gəlmiş övladını səhər saatlarında xəstəxanadan çıxarıb evə gətirdik. Axşam ailə üzvlərimlə evdə olanda Təranənin qardaşı Taryel də bizə qonaq gəldi. Çay içib söhbət edəndən sonra Taryel sağollaşaraq, çıxıb getdi. Təxminən 10-15 dəqiqədən sonra Allahverdi qətlə yetirildi".
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Akın Akınözünün yeni layihəsi bəlli olub. Son.az xəbər verir ki, ekr
Tanzaniyanın Dar əs-Salam şəhərində binanın çökməsi nəticəsində öl
Aparıcı Zaur Baxşəliyev "Vətəndaş A" serialının atmacasına c
Bakıdan Neftçalaya qonaq gələn üç yaşlı uşaq suda boğularaq ölüb.
"Şeron" qrupunun rəhbəri, müğənni Rüstəm Zeynallı "Gün�
Rusiyada quql bəzi məzmunlara girişi bloklamadığı üçün cərimələnib.
Türkiyənin hava sahəsi İsrail təyyarələrinə bağlı olduğuna görə bu
Noyabrın 18-də Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa c
Gürcüstanda azərbaycanlıların kopmakt yaşadığı Marneuli şəhərində a
Abşeronun Masazır ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib, 6 n
Nazilə Səfərlinin qarğıdalı saçağını yeməsi başına iş açıb.
Böyük görücü nəinki gələcəyi proqnozlaşdırırdı, həm də astrologiy