“İrəvanda ekoloji fəlakətlər baş verəcək”


Dünya 10 Fev 2023 09:28:00 304 0

“İrəvanda ekoloji fəlakətlər baş verəcək”

Ermənistanın paytaxtı İrəvanda tikinti işləri zamanı qazılan torpaq qatının daşınması sahəsində hökm sürən qarışıqlıq ekoloji fəlakətlərə gətirib çıxaracaq.

Son.az "Report"a istinadən xəbər verir ki, bu barədə yerli mətbuata müsahibəsində İrəvan Dövlət Universitetinin coğrafiya-geologiya fakültəsinin dekanı, geologiya elmləri namizədi, dosent Marat Qriqoryan mövcud vəziyyəti şərh edərkən deyib.

"Razdan (Aşağı Axta - Azərbaycan toponimi - red) dərəsinə daşlı torpaqlar nəzarətsiz şəkildə tökülür. Bu, dik yamaclarda süni bəndlər yaradır ki, bu da sonradan sürüşmə və çökmələrə səbəb ola bilər. Tikinti tullantıları yolu doldura və ya Razdan çayının (Zəngi çayı - Azərbaycan-red) yatağını bağlaya bilər. Bu, ekoloji fəlakətlərlə nəticələnə bilər və insanların həyatı üçün çox təhlükəlidir", - ekspert bildirib.

Bundan əvvəl, fevralın 7-də "Veolia Jur" şirkəti "Arzni 2-İrəvan" magistral su kəmərində növbəti qəza barəsində məlumat verib. Hadisə nəticəsində İrəvanın Ərəbkir inzibati ərazi dairəsinin bir hissəsinin su təchizatı dayandırılıb.

Şirkətdən bildirilib ki, baş verən hadisə birinci qəza deyil və bu dəfə də dərəyə qeyri-qanuni daşlı torpağın tökülməsi, qayanın uçmasına səbəb olub. Son nəticədə magistral su borusuna ziyan dəyib.

"Bunlar adi mənada tikinti tullantıları sayıla bilməz. Özül çuxurlarından çıxan torpaqdır, kənd təsərrüfatı məqsədləri - ağac əkmək və ya ot biçmək üçün istifadə edilə bilən münbit torpaqdır. Yəni, bu torpağı sadəcə atmaq çox təəssüf doğurur. Çıxarılan torpaq daşlar olmayan yerə aparılsa, ekoloji təhlükə yarada bilər", - Qriqoryan bununla bağlı həyəcan siqnalı çalıb.

Ermənistanda tikinti tullantılarının atıldığı qeyri-qanuni yerlər çoxdur, lakin onların əksəriyyəti boş ərazidə yerləşir, mütəxəssislər və ictimaiyyət yalnız hansısa fəlakət baş verəndə onlardan xəbər tutur.

Göründüyü kimi, ermənilər İrəvanda da ekoloji fəlakət təhlükəsi yaradıblar.

Qeyd edək ki, artıq 2 aydan çoxdur Azərbaycanın Qarabağ iqtisadi rayonunda da faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda etiraz aksiyası keçirilir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə davam edir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb və 61 gündür davam edir.

Son.az 

Bakıda 14 yaşlı qız dəm qazından öldü like
  • 10 Fev 09:21  
Digərləri Bakıda 14 yaşlı qız dəm qazından öldü

Bakıda yeniyetmə qız dəm qazından boğulub.

arrow Ətraflı
Canlı yayımda Türkiyə üçün 4 milyon topladılar like
  • 10 Fev 09:14  
Digərləri Canlı yayımda Türkiyə üçün 4 milyon topladılar

Türkiyədə baş verən güclü zəlzələdən zərərçəkənlərə yardım 

arrow Ətraflı
Donald Trampın “Facebook” və “Instagram” hesabı bərpa edilib like
  • 10 Fev 09:07  
Dünya Donald Trampın “Facebook” və “Instagram” hesabı bərpa edilib

"Meta" şirkətinin administrasiyası ABŞ-ın keçmiş prezidenti Don

arrow Ətraflı
Azərbaycan elmində böhran: alimlər “2" alırsa... like
  • 10 Fev 08:59  
Digərləri Azərbaycan elmində böhran: alimlər “2" alırsa...

Ali Attestasiya Komissiyası yanvarda hansı sahələrdə elmi adlar və dərəc

arrow Ətraflı
"Böyük bəladayıq, müharibə ola bilər" like
  • 10 Fev 08:56  
Dünya "Böyük bəladayıq, müharibə ola bilər"

Əgər "Şimal axını"na hücum ABŞ hakimiyyəti tərəfindən Konqr

arrow Ətraflı
Ukrayna HHQ Rusiya helikopteri vurub like
  • 10 Fev 08:53  
Dünya Ukrayna HHQ Rusiya helikopteri vurub

Ukrayna silahlı qüvvələri döyüşlər zamanı Rusiyaya məxsus Mi-24 heliko

arrow Ətraflı
Güneylilər də Türkiyəyə yardım üçün səfərbər oldu like
  • 10 Fev 08:51  
Digərləri Güneylilər də Türkiyəyə yardım üçün səfərbər oldu

Türkiyədə baş verən zəlzələyə yardım etmək məqsədi ilə Güney Azə

arrow Ətraflı
"Zəlzələ bölgəsində binaları tikənlərlə bağlı araşdırma başladılıb" like
  • 10 Fev 08:48  
Dünya "Zəlzələ bölgəsində binaları tikənlərlə bağlı araşdırma başladılıb"

"Zəlzələyə məruz qalan bütün vilayətlərimizdə mövcud olan binala

arrow Ətraflı
Zəlzələ bölgəsindən ürək parçalayan FOTOLAR like
  • 10 Fev 08:45  
Dünya Zəlzələ bölgəsindən ürək parçalayan FOTOLAR

Episentri Kahramanmaraş olan güclü zəlzələdən artıq dörd gün keçib. B

arrow Ətraflı
Rusiya sülhməramlılarına məxsus minik avtomobili Laçın yolundan keçib  FOTO like
  • 10 Fev 08:43  
Digərləri Rusiya sülhməramlılarına məxsus minik avtomobili Laçın yolundan keçib FOTO

Bu gün Rusiya sülhməramlılarına məxsus bir mülki minik avtomobili Laçın

arrow Ətraflı
Rusiyada partlayış nəticəsində ölənlərin sayı 13ə çatıb like
  • 10 Fev 08:42  
Dünya Rusiyada partlayış nəticəsində ölənlərin sayı 13ə çatıb

Novosibirskdə beşmərtəbəli binada qaz partlayışı nəticəsində ölənl�

arrow Ətraflı
Bu yollarda sıxlıq var  SİYAHI like
  • 10 Fev 08:39  
Digərləri Bu yollarda sıxlıq var SİYAHI

Yollardakı son vəziyyət açıqlanıb.

arrow Ətraflı
Alət ola bilmərik, Bakı ilə danışacağıq  Arşakyan like
  • 10 Fev 08:37  
Siyasət Alət ola bilmərik, Bakı ilə danışacağıq Arşakyan

Münaqişə baş verərsə, bunun üçün lazım olan bütün vasitələr tətbi

arrow Ətraflı
Mövlam Şıxəliyevin oğlu 500 min manatı vəkilə niyə verib like
  • 10 Fev 08:34  
Kriminal Mövlam Şıxəliyevin oğlu 500 min manatı vəkilə niyə verib

Həbsdəki generalın vəkili danışdı: "Mən belə məsələlərə qarı

arrow Ətraflı
ABŞ Türkiyə və Suriyaya 85 milyon dollar ayıracaq like
  • 10 Fev 08:31  
Dünya ABŞ Türkiyə və Suriyaya 85 milyon dollar ayıracaq

ABŞ administrasiyası Türkiyə və Suriyadakı zəlzələlərdən sonra humani

arrow Ətraflı