İran zəlzələdən çirkin siyasəti üçün istifadə etdi
Digərləri 09 Fev 2023 10:33:00 334 0
Yanvarın 28 və 29-da Güney Azərbaycanın Xoy şəhərində zəlzələ oldu. Hakimiyyət öz sakinlərini başsız buraxdı. Lakin Suriyada 6 fevralda baş verən zəlzələ fəlakətinə səssiz qalmadı. Qısa vaxt ərzində yardıma qaçdı.
Bu xəbəri də oxu: COP29un doqquzuncu günündən
Son.az xəbər verir ki, bu sözləri Axar.az-a İran məsələləri üzrə tanınmış ekspert Mehdi Nəimi deyib.
Xoy sakinlərinin zəlzələdən sonra soyuq hava şəraitində çöldə qaldığına diqqət çəkən ekspert fövqalədə vəziyyətdə insanların ilk olaraq hökumətə göz dikdiyini vurğulayıb:
"Xoy sakinlərinin rəsmi qurumlardan yardıma dair gözləntiləri vardı, lakin onların ümidi özünü doğrulatmadı. Tehran rejimi bu məsələni həll etmək üçün yetərincə səy göstərmədi. Nə özü kömək etdi, nə də qardaş ölkələrin yardımını qəbul etdi. Zəlzələdən qısa vaxt keçməmiş Azərbaycan və Türkiyə yardım təklifi etsə də, Tehran rejimi təklifi geri çevirdi. Türkiyə İrana görə daha müasir imkanlara malikdir. Ona görə də İran rəqib ölkənin üstünlüklərinin nəzərə çarpmasından ehtiyat edirdi. Türkiyə Xoy əhalisinə yüksək səviyyədə yardım etsəydi, Xoy sakinlərinin onlara qarşı rəğbəti arta bilərdi. Quzey Azərbaycanın da yardıma gəlməsi eyni cür nəticələnəcəkdi. Bu da Güney və Quzey əlaqələrini daha da sıxlaşdıracaqdı. İran da bundan qorxduğu üçün yardıma izn vermədi".
Türkiyənin Tehran rejimindən fərqli olaraq İranın köməyini qəbul etməsinə toxunan ekspert qardaş ölkənin insan faciəsi üzərindən siyasət yürütmədiyini vurğulayıb:
"Xoya yardım məsələsində bu qədər sıxıntı çəkən və ya özünü elə göstərən İran Suriyaya yardım edir. Hansı ki, aralarındakı məsafə çox da yaxın deyil, qonşu sayılmazlar. Zəlzələ baş verəndən dərhal sonra həmin ölkəyə köməyə qaçdılar. Doğrudur, yardım etmək yaxşı addımdır. Amma əvvəlcə gərək öz vətəndaşlarının dərdinə şərik olasan. İranın addımlarını analiz edəndə, görürsən ki, zəlzələdən də siyasi məqsədləri üçün istifadə edir. Suriya məsələsində İran və Türkiyə uzun illərdir ciddi şəkildə anlaşa bilmir. Suriyaya sahiblənmək uğrunda yarış gedir. İran isə öz xalqını əzmək bahasına bu savaşda uduzmaq istəmir".
Mehdi Nəimi İranın Xoy zəlzələsindən siyasi məqsədlərinə çatmaq və Rusiyaya dost münasibətini göstərmək üçün yararlandığını bildirib:
"İran rəsmiləri və media qurumları Rusiyadan Xoy zəlzələsinə kömək məqsədi ilə yardım gələcəyini xüsusi vurğulayır. Rusiyanın Ermənistan yolu ilə Xoya yardım göndərəcəyini deyirdilər. Hansı ki, bu yardım Azərbaycan Respublikası və ya Gürcüstan sərhədlərindən də keçə bilərdi. Sadəcə, Tehran Rusiya-Ermənistan-İran müttəfiqliyini qabardaraq insan faciəsi üzərindən çirkin oyunlarını oynayır. Əslində, belə bir yardımın gəlib-gəlmədiyi bəlli də deyil".
Ötən gün Türkiyədə saat 13.24-də mərkəzi Elbistan olan daha 7,6 bal gü
"Bu gün 59-cu gündür ki, ekofəalların aksiyaları davam edir. Hazırda
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Türki
Trend BİA ümummilli liderin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev
Slovakiya mövcud infrastrukturunu Azərbaycandan qaz idxalına uyğunlaşdırma
Fevralın 6-da Türkiyədə zəlzələdən bir neçə saniyə əvvəl səmada m
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə ə
Əməkdar artist Sevda Ələkbərzadə köhnə binaların sökülməyini istəmi
İsveç polisi Türkiyənin Stokholmdakı səfirliyi önündə Quranın yandır�
Almaniya Ukraynaya 2 "Leopard" tankı və 5 zirehli maşın göndərib
İran rejiminin imzaladığı əfv heç bir zaman Azərbaycan milli hərəkatın