Bakıda oğul bayram günü atasını döyədöyə öldürdü
Kriminal 09 Fev 2023 10:24:00 309 0
CİNAYƏT İŞİ
Bu xəbəri də oxu: Əhmədin ailə üzvlərini qətlə yetirməsinə səbəb sən demə bu hadisə imiş 3 il əvvəl qəbirstanlığa gedib...
Qısa arayış...
2021-ci il martın 22-də Buzovna qəsəbəsi, Dəmir Yolu küçəsində 1954-cü il təvəllüdlü Ramiz Kərimov vəfat edir. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları meyitin üzərindəki zorakılıq əlamətlərinin səbəbini soruşub. Mərhumun arvadı və oğlu onun yüksək təzyiqi olduğundan, həmçinin bayram günü spirtli içki qəbul etdiyindən həyətdə yıxılaraq, xəsarət aldığını deyiblər.
Həkim şübhəli ölümlə bağlı Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin növbətçi hissəsinə məlumat verib.
Həmin gün şübhəli şəxs qismində mərhumun oğlu, Bakı şəhər sakini 1983-cü il təvəllüdlü İlqar Kərimov saxlanılıb. Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Son.az lent.az-a istinadən qətl hadisəsinin istintaq materiallarını təqdim edir. İstintaqla müəyyən edilib ki, Ramiz Kərimov mütəmadi münaqişə yaradıb, ailə üzvlərinə qarşı nalayiq ifadələr işlədib. Martın 20-də axşam o, araq içəndən sonra arvadı Tamilla Kərimovadan yenidən spirtli içki gətirməsini tələb edib. Arvadı imtina edəndə Ramiz Kərimov həyat yoldaşını döyüb. Oğlu İlqar Kərimov araya girib atasını sakitləşdirməyə çalışarkən, atasının onu söyməsindən hiddətlənib. Ramiz Kərimova yumruqla zərbələr vuraraq, onu yerə yıxıb. Hadisədən sonra, anası ev şəraitində ağrıkəsici tibbi vasitələrdən istifadə edib. İlkin yardım göstərməsinə baxmayaraq, R. Kərimov martın 22-i səhər saat 6-da ölüb. İş üzrə dindirilmiş İlqar Kərimov bildirib ki, bacısı 16 il əvvəl ailə həyatı qurub, həmin vaxtdan o, valideynləri ilə birlikdə qalıb. Atası son 12 ildə daim spirtli içki qəbul edib və ailədə söz-söhbət yaradıb:
"Ramiz Kərimovun hərəkətləri bizi hövsələdən çıxarsa da, bir dəfə də olsun ona heç kim əl qaldırmadı. Təzyiqi olduğundan ara-bir müvazinətini itirib, yıxılsa da, heç vaxt həkimə müraciət etməmişdi. Martın 20-də axşam bayram süfrəsinə əyləşdik. Spirtli içki qəbul edəndən sonra atam anama marketdən araq alıb gətirməsini dedi. Anam atama spirtli içkini az qəbul etməsini, bu qədər içməklə canına qəsd etdiyini və araq almayacağını bildirdi. Bundan əsəbiləşən Ramiz Kərimov anamı söyməyə başlayanda, onu sakitləşdirməyə çalışdım. Amma atam məni itələdi, masada olan boşqabı götürüb anamın başına çırpdı.
Anamın alnından qan axdığını görüb bir anlıq etdiyim hərəkəti fikirləşmədən, atamın sağ gözünə yumruqla zərbə vurdum. Zərbədən atam arxaya getdi və divanda oturdu. Həyətə çıxıb bir az özümə gələndən sonra yenidən evə keçdim və anama özümdən asılı olmayaraq atamı vurduğumu söylədim. Anam mənə darıxmamağımı və hər şeyin yaxşı olacağını dedi. Ayın 22-də səhər atam özünü narahat hiss etdi və qəflətən halı pisləşdi. Dərhal Təcili Tibbi Yardım stansiyasına zəng edib məlumat verdik. Həkimlər müayinə edib atamın öldüyünü bildirdilər. Mərhumun üzündə və bədənində xəsarǝtlər olduğu üçün həkimlər polisə məlumat verdilər. Atamın üzünə yumruqla zərbə vurduğumu polis əməkdaşlarına bildirmədim. Atamın meyiti patoloji anatomiya şöbəsində müayinə edildikdən sonra, bizə təhvil verildi. Həmin gün şübhəli şəxs qismində saxlanıldım".
Zərərçəkmiş şəxsin hüquqi varisi Saidə Allahverdizadə ifadəsində göstərib ki, ailəvi olaraq nə qədər çalışsalar da, atasının spirtli içki qəbul etməsinə mane ola bilməyiblər:
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Türki
Trend BİA ümummilli liderin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev
Slovakiya mövcud infrastrukturunu Azərbaycandan qaz idxalına uyğunlaşdırma
Fevralın 6-da Türkiyədə zəlzələdən bir neçə saniyə əvvəl səmada m
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə ə
Əməkdar artist Sevda Ələkbərzadə köhnə binaların sökülməyini istəmi
İsveç polisi Türkiyənin Stokholmdakı səfirliyi önündə Quranın yandır�
Almaniya Ukraynaya 2 "Leopard" tankı və 5 zirehli maşın göndərib
İran rejiminin imzaladığı əfv heç bir zaman Azərbaycan milli hərəkatın
Spirtli içki səbəbli qaraciyərin zədələnməsi uzun müddət spirtli içki
G7 ölkələri Çin, İran və Şimali Koreya şirkətlərinə qarşı sanksiyal
Aqrofobiya bir çox insanlarda rast gəlinən bir fobiyadır. Bu ən çox özün