Mənzil almaq istəyənlərin nəzərinə: Yeni dəyişikliklər qüvvəyə mindi
Siyasət 08 Fev 2023 16:46:00 265 0
"İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
Bu xəbəri də oxu: Kəlbəcər və Ağdam: Qurtuluşdan Böyük Qayıdışa
Son.az Prezident.az-a istinadla xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliklə aşağıdakı məzmunda maddələr əlavə edilib:
"12.3-1. Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
14.2-1. İpotekanın əlavə dövlət qeydiyyatı üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir".
Bundan başqa, dövlət başçısı Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Dəyişikliklə məcəlləyə aşağıdakı məzmunda maddələr əlavə edilib:
"21.2-1. Bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
24.2-1. Bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir".
Həmin məcəllənin 51.4-cü maddəyə aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilib:
"Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir".
"Türkiyə tərəfi işlənmiş paltarların ölkəyə girişinə qadağa q
Mənim göstərişimlə bütün yardım məsələləri bir mərkəzdən idarə o
Suriyanın müxtəlif bölgələrində zəlzələ nəticəsində ölənlərin sa
Türkiyədə bərpa işlərinə də biz qoşulmağa hazırıq.
Azərbaycanlıların Türkiyədə baş vermiş zəlzələdən zərərçəkmiş i
Məşhur aktyor, Oktay Kaynarca sosial media hesabında paylaşım edərək, zə
Bütün Azərbaycan xalqı bu gün qardaş türk xalqının yanındadır.
Türkiyədə kran sürücüsü Osman Aydemir atasının dağıntılar altından
Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qarda�
Sosial şəbəkələrdə yayılan video etiraz doğurub.
Ötən gündən bəri Azərbaycan vətəndaşları Türkiyənin Bakıdakı səfi
Şərqi Timor Prezidenti Joze Ramuş-Orta bu ilin mart ayında Bakıya səfər e
Xəbər verdiyimiz kimi, bloger Səbinə Kətanova avtomobillə piyadanı vurmaq