Ann Buayon XİNə çağırıldı
Siyasət 20 Noy 2024 14:51:00 63 0
20 noyabr 2024-cü il tarixində Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, görüş zamanı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və sessiya zamanı Fransanın Azərbaycan sədrliyinin hədəf alınmasına etiraz bildirilib.
Bu xəbəri də oxu: Azərbaycan Ermənistanı Haaqa məhkəməsinə şikayət etdi
"Bu xüsusda, Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin bu mötəbər tədbirinin boykot edilməsinə çağırışların, bir çox dövlət başçılarının tədbirə qatılmamağa Fransa tərəfindən təşviq edilməsinin, eləcə də COP29 konfransı başlayan zaman Fransanın xüsusi səyləri ilə Avropa Parlamentində sədrliyimizi əsassız şəkildə tənqid edən, ümumilikdə isə iqlim dəyişmələri ilə mübarizə sahəsində qlobal səylərimizə qarşı çevrilmiş qətnamənin qəbulunun qəbuledilməz olduğu vurğulanıb", - məlumatda qeyd olunub. Bildirilir ki, bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, militarizmi və revanşizmi təşviq edən Fransanın addımlarının sülh prosesinə zərbə olduğu diqqətə çatdırılıb. "Azərbaycanı hədəf alan, eləcə də normallaşma prosesini təhlükə altına salan bu addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub", - məlumatda deyilir.
Əməkdar artist Aygün Bəylərin bacısı, sənətçinin mahnılarının müə
2025-ci il bəzi bürclər üçün şanslı olacaq. Onların həm eşqdə bəxti
BMT-nin İqlim Dəyişmələri Konfransında Sberbankın xüsusi sessiyası keç
Armavir vilayətinin qubernatoru David Xudatyan ərazi idarəetmə və infrastru
Aparıcı Vüsalə Əlizadə şəxsi həyatı barədə maraqlı açıqlama verib
Türk musiqisinin gənc müğənnilərindən olan solist Duyğu Kiraz dünyası
Türkiyədə yaşan hadisə görənləri təəccübləndirib.
Münasibətləri möhkəmləndirmək, yaxınlarınızla vaxt keçirmək və ya u
20 noyabr və 25 noyabr tarixi Azərbaycan xalqı üçün dərin mənəvi, siyas
Həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağ
2024-cü ilin oktyabr ayında yaşa görə pensiya alanların sayı 706 900 nəf
Azərbaycanlı müğənninin lüks saatı efirdə müzakirəyə səbəb olub.
Növbəti ildən illik dövriyyəsinin həcmi 45 min manatadək olan bir sıra x
Azərbaycanda teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik
Məcburi örtünmə və geyim qaydalarına etiraz etmək üçün soyunaraq etir