Sahibkarlara ŞAD XƏBƏR:
Digərləri 20 Noy 2024 12:29:00 60 0
Növbəti ildən illik dövriyyəsinin həcmi 45 min manatadək olan bir sıra xidmət sahələri üzrə fəaliyyət göstərən mikro sahibkar olan fiziki şəxslər əldə etdikləri gəlirlərinin 75 faizi hər hansı şərt tətbiq edilmədən (3 işçi və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması tələbi) vergidən azad edilir.
Bu xəbəri də oxu: Polislərin maaşı
Son.az xəbər verir ki, bu Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Qeyd edilən xidmət sahələri aşağıdakılardır:
- Proqram təminatının işlənməsi;
-layihə-dizayn və dekorasiya sahəsində xidmətlər;
- tərcümə xidmətləri;
- reklam xidmətləri;
- araşdırma və tədqiqat sahəsində fəaliyyət;
- elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər;
- Hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri;
- Jurnalistlərin fəaliyyəti;
- Bazar konyukturunun öyrənilməsi;
- Qiymətləndirmə fəaliyyəti;
- Avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla sifarişlərin çatdırılması və kuryer xidməti;
- Turizm bələdçiliyi;
- İxrac xidməti.
Xatırladaq ki, bu ilin yanvarın 1-dən Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi gəlir vergisindən azad edilib.
Əlavə edək ki, təklif edilən güzəştlər yalnız fiziki şəxslərə aiddir, hüququ şəxslər isə əvvəlki qaydada (yəni il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmamaq) şərtləri yerinə yetirdikdən sonra güzəştlərdən istifadə edə biləcəklər.
Bu Qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Azərbaycanda teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik
Məcburi örtünmə və geyim qaydalarına etiraz etmək üçün soyunaraq etir
Ölkəmizdə taksi xidmətlərinə dair tətbiq edilən yeni qaydalar nəticəsi
Paytaxtda maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrindən birinin
Antalyada baş tutan toyda cütlüyə it balası hədiyyə edilib. Bu maraqlı
Aktrisa Meryem Üzərli uzun fasilədən sonra yenidən ekranlara qayıdıb.
Hindistanlı neyrocərrah Dr. Arun Naik saçları yuyarkən başın arxaya əyil
Yenidoğan şəbəkəsi ilə bağlı irəli sürülən ittiham aktında adı ç�
Rusiya Federasiyasının İstintaq Komitəsi keçmiş müdafiə nazirinin müavi
FSB Polşadan Kalininqrad vilayətinə təxribat törətmək məqsədilə daxil
"Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlaya
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
İlham Bayramov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavin