Kamaləddin Qafarov: “Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi”


Digərləri 20 Noy 2024 11:10:00 46 0

Kamaləddin Qafarov: “Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi”

"Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti  bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayonu olmuşdur." Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Bu xəbəri də oxu: Xamenei gedir, yerinə

Millət vəkili bildirib ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək məqsədilə qanunsuz məskunlaşma siyasəti yürüdürdü. "1993-cü il 23 iyul tarixində ərazisinin 73 faizi işğal olunmuş Ağdamın rayon mərkəzi ilə birgə 90 kəndi düşmənin əlinə keçmiş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdur . 2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək "Akna" qoymuş və rayonun işğal edilmiş ərazilərində xaricdən gətirilmiş 360 nəfər etnik ermənini qanunsuz olaraq məskunlaşdırmışdılar. Bu isə, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması demək idi. Xarici jurnalistlər tərəfindən "Qafqazın Xirosiması" adlandırılmış Ağdam şəhərinin tamamilə dağıdılması hətta II Dünya müharibəsinin gedişində belə nadir hallarda müşahidə olunmuş xüsusi qəddarlıq və barbarlıqdan xəbər verir. Böyük təəssüf hissi ilə də olsa etiraf olunmalıdır ki, bütün bu cinayətlər faktiki olaraq aşkar şəraitdə, dünya ictimaiyyətinin gözü qarşısında baş verib."       

K.Qafarov xüsusi olaraq qeyd edib ki, rəsmi İrəvanın hərbi cinayətlərinin və ermənilərin ölkəmizə və xalqımıza qarşı terror siyasətinin bütün işğal dövründə davam etməsini şərtləndirən əsas amillərdən biri müəyyən Qərb ölkələrinin və beynəlxalq təşkilatların yürütdükləri ikili standartlar siyasəti olub: "Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi hərbi və siyasi-diplomatik strategiya nəticəsində Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı II Qarabağ savaşında həm hərbi, həm də siyasi-diplomatik müstəvilərdə parlaq qələbələrə imza atdı. Şanlı Ordumuzun Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əsasən həmin il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı. Bu, cənab Prezident İlham Əliyevin birbaşa səyləri nəticəsində Azərbaycan diplomatiyasının əldə etdiyi böyük nailiyyət idi. 2020-ci il noyabrın 26-da "Ağdamın azad olunmasına görə" medal təsis edildi. Dövlət başçımızın sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu "Ağdamın azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.  Prezident  İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 20 noyabr Ağdam Şəhəri Günü kimi müəyyən olunub. Bu gün Ağdam  yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir. Möhtərəm dövlət başçımızın dediyi kimi, indi  Ağdam üçün yeni dövr başlayıb və bu dövr işğaldan azad olunmuş bütün bölgələrimizin möhtəşəm inkişafı ilə səciyyələnir".

Əsrin duelindən kim qalib çıxacaq? like
  • 20 Noy 11:09  
Siyasət Əsrin duelindən kim qalib çıxacaq?

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
İlham Bayramova yüksək vəzifə verildi like
  • 20 Noy 11:07  
Digərləri İlham Bayramova yüksək vəzifə verildi

İlham Bayramov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavin

arrow Ətraflı
37 min il əvvəl pişiklər belə görünüb  FOTO like
  • 20 Noy 11:00  
Digərləri 37 min il əvvəl pişiklər belə görünüb FOTO

37 min il əvvələ aid pişik mumiyası tapılıb

arrow Ətraflı
Oqtay 3cü övladını göstərdi  VİDEO like
  • 20 Noy 10:59  
Şou-biznes Oqtay 3cü övladını göstərdi VİDEO

Xəbər veridyimiz kimi, meyxanaçı Oqtay Kamilin üçüncü övladı dünyaya

arrow Ətraflı
ABŞdə yaşayan Azərbaycanlı jurnalisti ölümlə hədələdilər like
  • 20 Noy 10:50  
Digərləri ABŞdə yaşayan Azərbaycanlı jurnalisti ölümlə hədələdilər

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanı ölümlə təhdid edirlər.

arrow Ətraflı
Paşinyan niyə nazirləri işdən çıxarıb, like
  • 20 Noy 10:25  
Digərləri Paşinyan niyə nazirləri işdən çıxarıb,

Nikol Paşinyan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla telefon danı

arrow Ətraflı
Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış like
  • 20 Noy 10:13  
Digərləri Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyas

arrow Ətraflı
Bakıda ikiotaqlı mənzillərə istilik verilmir like
  • 20 Noy 10:12  
Digərləri Bakıda ikiotaqlı mənzillərə istilik verilmir

Bakının Xətai rayonu, Əliağa Şıxlinski küçəsi 19 ünvanında istilikl�

arrow Ətraflı
Ermənistanın yeni Daxili İşlər Naziri qadın oldu like
  • 20 Noy 10:09  
Dünya Ermənistanın yeni Daxili İşlər Naziri qadın oldu

Ermənistan Daxili İşlər Nazirliyinə nazir müavini postunu tutan Arpin Sark

arrow Ətraflı
Azərbaycan Ermənistanı Haaqa məhkəməsinə şikayət etdi like
  • 20 Noy 10:08  
Siyasət Azərbaycan Ermənistanı Haaqa məhkəməsinə şikayət etdi

Azərbaycan Daimi Arbitraj Məhkəməsinə Ermənistanın enerji resursları il�

arrow Ətraflı
Xatirə bu paylaşımının şərh bölümünü BAĞLADI  VİDEO like
  • 20 Noy 10:00  
Şou-biznes Xatirə bu paylaşımının şərh bölümünü BAĞLADI VİDEO

Müğənni Xatirə İslam instaqram hesabında paylaşımlarında şərh bölüm

arrow Ətraflı
"Rusiya Avropada ilk bu ölkələri vura bilər"  Ekspert like
  • 20 Noy 09:59  
Dünya "Rusiya Avropada ilk bu ölkələri vura bilər" Ekspert

NATO-nun Ukrayna üzərindən Rusiyaya nüharibəyə hazırlaşdığı iddia edi

arrow Ətraflı
Mütləq yeməli olduğumuz MEYVƏLƏR like
  • 20 Noy 09:58  
Digərləri Mütləq yeməli olduğumuz MEYVƏLƏR

Sağlam həyat tərzi keçirmək üçün qidalanma vərdişləri çox vacibdir.

arrow Ətraflı
Bu ərazimizə qar yağdı  FOTO like
  • 20 Noy 09:55  
Digərləri Bu ərazimizə qar yağdı FOTO

Bu gün saat 9:00-a olan faktiki hava açıqlanıb.

arrow Ətraflı
Yeni dəyişiklik: benzinin qiyməti necə hesablanacaq? like
  • 20 Noy 09:55  
Digərləri Yeni dəyişiklik: benzinin qiyməti necə hesablanacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycanda bir neçə aydır ki, Aİ-95 markalı ben

arrow Ətraflı