Yatmazdan əvvəl dəstəmaz almağın savabları haqqında


Digərləri 07 Fev 2023 22:40:00 192 0

Yatmazdan əvvəl dəstəmaz almağın savabları haqqında

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: Dəstəmaz və təyəmmüm alaraq yatağına girən şəxsin savabı məsciddə namaz qılan mö'minlərin savabı ilə bərabər olar.Bu gözəl sünnəti tərk etməyin və Allah-təalanın razılığını qazanmağa çalışın. Allahı hər zaman yad edin ki, O da sizi yad etsin.

Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir: Cünüb halında yatağınıza girməyin. Qüsl və ya dəstəmaz almağa su tapmasanız torpağa təyəmmüm edin. Cünki, mö'min bir şəxs yatdığı zaman ruhu bədənindən ayrılıb Allah-təalanın dərgahına ucalar. Allah onun ruhunu qəbul edib bərəkətləndirər. Əgər onun əcəli çatarsa Allah-təala onun mübarək ruhunu Öz rəhmət dərgahına daxil edər, yox əgər əcəli çatmasa ona yaxın olan mələklərdən bir neçəsi onun ruhunu bədəninə qaytarar. Günlərin bir günü müsəlmanlar məclis qurup Peyğəmbər (s)-ı da oraya də'vət etdilər. Söhbət əsnasında Peyğəmbər (s) onlardan soruşur: Sizlərdən hansınız bütün günlər oruc tutur, gecələri ibadət edir və səhər açıldıqda Qur'anı bir dəfə xətm edirsiniz? Salman Farsi ayağa qalxıb deyir: Mən ya Rəsulullah! Ömər onun bu sözünü eşidib qəzəblə deyir: Ey müsəlmanlar, yoxsa fars (İran) əhlindən olan bir kəs özünü biz Qürəyşdən üstünmü tutmaq istəyir? Onun sözlərinə qulaq asmayın, söylədiklərinin hamısı yalandır. O bütün günlər nə oruc tutur, nə gecələr oyaq qalır və nə də gündüzlər Qur'an xətm edir. Peyğəmbər (s) onun dediklərini təmkinlə dinləyib buyurur: Ey Ömər! Salman, Loğman kimidir. Səni maraqlandıran hər nə varsa ondan soruş. O səni cavabsız qoymaz. Ömər, dediklərinin açıqlanmasını istəyir. Salman deyir: Mənim nəzərdə tutduğum bütün ilin orucu hər aya tutduğum üç günlük orucdur. Allah-təala Özü Qur'ani-Kərimdə buyurur: Hər kim bir yaxşılıq etsə mən ona etdiyi yaxşılığın on bərabərini verərəm. Bu da (30 günə), yə'ni bir ildə tutulan oruca bərabərdir. Mən Şə'ban ayından sonra hamı ilə birlikdə vacib olan Ramazan ayının orucunu tuturam. Bütün gecələri oyaq qalıram dedikdə məqsədim budur ki, gecə yatağıma girməzdən əvvəl dəstəmaz alıram. Bunun da dəlili Peyğəmbər (s)-dan eşitdiyim bu hədisdir ki, orada buyurulur: Hər kim dəstəmazlı halda yatarsa ona bütün gecəni ibadət etmiş şəxsin savabı yazılar. O ki qaldı Qur'anı gün ərzində bir dəfə xətm etməyimə, "İxlas"surəsini üç dəfə oxumağımdır. Buna da dəlilim Peyğəmbər (s)-dan eşitdiyim hədisdir. Günlərin bir günü O, Əli (ə)-ı yanına çağırıb buyurdu: Ey Əli! Bil ki,"İxlas"surəsi Qur'ana nümunə olduğu kimi, sən də insanlar üçün bir nümunəsən. Bu surəni hər gün bir dəfə oxuyan, sanki Qur'anın üçdə birini, iki dəfə oxuyan sanki Qur'anın üçdə ikisini, üç dəfə oxuyan şəxs isə sanki Qur'anı bir dəfə xətm etmiş olur. Sənə dili ilə məhəbbət göstərən imanının üçdə birini, dili və qəlbi ilə məhəbbət göstərən imanın üçdə ikisini, dili, qəlbi və əməli ilə məhəbbət göstərən şəxs isə imanını tamamlanmış və onu kamala çatdırmış olar. Ey Əli! And olsun məni haqq olaraq göndərən Allaha! Əgər yer sakinləri səni səma əhli kimi (mələklər kimi) sevsəydi Allah cəhənnəmi yaratmazdı. Bundan sonra Ömər heç bir söz demədi.

Ərdoğan təyyarəyə görə Paşinyana təşəkkür etdi – like
  • 07 Fev 22:39  
Siyasət Ərdoğan təyyarəyə görə Paşinyana təşəkkür etdi –

Ermənistan Baş naziri Nikol Paşinyan ilə Türkiyə prezidenti Rəcəb Tayyib

arrow Ətraflı
Qan xərçənginin müalicəsi varmı? like
  • 07 Fev 22:35  
Digərləri Qan xərçənginin müalicəsi varmı?

Leykemiya sümük iliyi xəstəliyinə aiddir və qan hüceyrələrinin (əsasə

arrow Ətraflı
Mövlud Çavuşoğlu yardım üçün Azərbaycana like
  • 07 Fev 22:33  
Dünya Mövlud Çavuşoğlu yardım üçün Azərbaycana

Hər zamanki kimi Türkiyəyə yardım üçün ilk gələn Azərbaycan oldu.

arrow Ətraflı
Türk Hava Yolları 900a yaxın insanı like
  • 07 Fev 22:31  
Dünya Türk Hava Yolları 900a yaxın insanı

Türk Hava Yolları (THY) Türkiyədə zəlzələ bölgəsi olan Adıyamandan 90

arrow Ətraflı
Tarixin ən uzun sürən pandemiyaları  Neçə il davam edib, like
  • 07 Fev 22:30  
Digərləri Tarixin ən uzun sürən pandemiyaları Neçə il davam edib,

ÜST mütəxəssislərinin fikrincə, Koronavirus pandemiyası İspanka kimi 2 i

arrow Ətraflı
Yumurta yemək ürəyi bu xəstəliklərdən like
  • 07 Fev 22:25  
Digərləri Yumurta yemək ürəyi bu xəstəliklərdən

Alimlər yeni elmi araşdırmada müəyyən miqdar yumurta yeməyin ürək-damar

arrow Ətraflı
Vəsiyyət edən like
  • 07 Fev 22:20  
Digərləri Vəsiyyət edən

İndi isə vəsiyyət edənin kimliyini aydınlaşdıraq. Həzrət (ə) özünü

arrow Ətraflı
Qolaltı antiperspirantların ziyanı like
  • 07 Fev 22:15  
Digərləri Qolaltı antiperspirantların ziyanı

Tərə qarşı müasir antiperspirantlar artıq yayda yox, bütün fəsillərdə

arrow Ətraflı
Zirehini soyunub döyüşən şəhid like
  • 07 Fev 22:10  
Digərləri Zirehini soyunub döyüşən şəhid

Müslim ibn Əqil Kufədə beyət toplayarkən, öz fəaliyyətinin nəticələr

arrow Ətraflı
Şəkər xəstəliyinin şirniyyat yeməklə əlaqəsi yoxdur – like
  • 07 Fev 22:05  
Digərləri Şəkər xəstəliyinin şirniyyat yeməklə əlaqəsi yoxdur –

Şirin qidalar və un məmulatları yemək şəkərli diabetin yaranmasında əs

arrow Ətraflı
Yılmaz Vural futbolçusunun öldüyünü ağlayaraq açıqladı like
  • 07 Fev 22:04  
Dünya Yılmaz Vural futbolçusunun öldüyünü ağlayaraq açıqladı

Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalan "Yeni M

arrow Ətraflı
Yıldız Tilbeni sosial şəbəkələrdə linç etdilər  “Mənim üçün pişiyin və ya itin like
  • 07 Fev 22:02  
Dünya Yıldız Tilbeni sosial şəbəkələrdə linç etdilər “Mənim üçün pişiyin və ya itin

Müğənni Yıldız Tilbe ötən günlərdə "İnsan həyatı təbiətdəki

arrow Ətraflı
Bağırsaqları yeyən “Kron” xəstəliyinin 9 əlaməti – Azərbaycanda like
  • 07 Fev 22:01  
Digərləri Bağırsaqları yeyən “Kron” xəstəliyinin 9 əlaməti – Azərbaycanda

Son 10 ildə dünyada bağırsaqların ən ağır iltihabi xəstəliyi olan Kron

arrow Ətraflı
Kərbəla şəhidlərinin cənazəsini kim dəfn etdi? like
  • 07 Fev 21:55  
Digərləri Kərbəla şəhidlərinin cənazəsini kim dəfn etdi?

Aşura günündə İmam Hüseyn (ə) və silahdaşları şəhid edildikdən sonr

arrow Ətraflı
Təməttö Həccinin qaydaları like
  • 07 Fev 21:50  
Digərləri Təməttö Həccinin qaydaları

Təməttö Həccinin qaydaları

arrow Ətraflı