Tarixin ən uzun sürən pandemiyaları Neçə il davam edib,


Digərləri 07 Fev 2023 22:30:00 237 0

Tarixin ən uzun sürən pandemiyaları  Neçə il davam edib,

ÜST mütəxəssislərinin fikrincə, Koronavirus pandemiyası İspanka kimi 2 ilə bitməyəcək və bəlkə də tarixə uzun sürən pandemiyalardan biri kimi düşəcək.

Son 200 ildə Yer üzü bir neçə qlobal pandemiyanı yola salıb. Onlardan ən uzun çəkəni və çətini hansılar olub? Tarixdə ən yadda qalan pandemiya hansıdır?

Medicina.az ən iri infeksion epidemiyaların reytinqini araşdırıb. Qeyd edək ki, Pandemiya infeksiyanın planetdə ən azı 4 qitəni əhatə etdiyi, çoxsaylı yoluxma və ölümə səbəb olduğu halda elan edilir.

BUBON TAUNU

Müxtəlif mənbələrə görə, taun ümumilikdə 100-130 milyon insanın ölümünə səbəb olub.

Tarixdə 3 nəhəng taun epidemiyası olub. Onların ikisi qədim və orta əsrlər dövrünə düşüb. Bu xəstəlik tarixə "qara ölüm" kimi düşüb.

Üçüncü yeni yoluxma halları 1855-ci ildən 1960-cı ilə kimi ayrı-ayrı yerlərdə qeydə alınıb, təxminən 100 il davam edib və təkcə Çində 12 milyon insanın ölümünə səbəb olub.

Epidemiyanın qarşısı peyvənd yox, streptomisin adlı antibiotikin hazırlanmasından sonra alındı.

QARA ÇİÇƏK

Virusun epidemiyası planetdə orta əsrlərdən başlayıb və 200 il davam edib. Tarixçilər hesab edir ki, asteklər və inklər kimi sivilizasiyaların yer üzündən silinməsinə səbəb çiçək epidemiyası olub. 1870-ci ildə xəstəlik Avropada yayılmağa başlayıb və 5 il davam edib.

Xəstəliyin tarixi boyu 4 milyard insan çiçəyin qurbanı olub.

İnfeksiya bədəndə və selikli qişalarda çoxsaylı, ağır, qabarcıqlı səpkilərlə başlayır. Epidemiya əhalinin tam peyvəndlənməsi ilə başa çatdı. Hesab edilir ki, yer üzündə çiçək xəstəliyi daha yoxdur.

VƏBA

Kəskin bağırsaq infeksiyası olan vəba müxtəlif vaxtlarda baş qaldırıb. Onlardan ən qısası 1816-1824-cü illərdə 8 il çəkib, ən uzunu isə 24 il çəkib, 1923-cü ildə bitib.

İnfeksiya xüsusi bakteriya ilə törənir, çirkli su ilə bağırsağa düşür, xəstə ağırlaşır, su itkisindən 1 sutkaya ölə bilir. XIX əsrdə vəbadan 40 milyon insan ölüb.

İndiyə kimi vəba ara-sıra bəzi kasıb ölkələrdə, su problemi olan ərazilərdə, Afrikada, sel-sulardan sonra qığılcımlanır. Hər il dünyada 1 milyondan çox insanda vəba aşkarlanır.

Kütləvi pandemiyanın qarşısı vaksinlə alınıb, xəstələr isə xüsusi antibiotiklə müalicə edilir.

İSPANKA qripi

1918-1920-ci illərdə yayılıb, insanlıq tarixində ən dəhşətli qrip epidemiyası kimi qalıb. Məzh bu epidemiyada bütün insanlara maska, əlcək taxmaq məcburi idi.

Epidemiyanın ilk mənbəyi İspaniya idi. Birinci dünya müharibəsindən sonra aclıq, antisanitariya epidemiyanın sürətlə digər ölkələrə yayılmasına səbəb oldu.

2 il ərzində adi qrip hesab edilən ispanka ştammından 100 milyon insan öldü, Yer üzü əhalisinin 35%-i bu virusa yoluxmuşdu.

Məhz ispankada gedişat koronavirusdakı kimi dalğalarla olmuşdu.

Bu xəstəliyin ağır mərhələsində ağciyər qanaması olurdu və xəstələr qan qusurdu.

Çox ölkələrdə məktəblər, kino, teatr və kütləvi yerlər başlanmışdı. Ciddi karantin tədbirləri görülürdü. Epidemiyanın yayılmasının səngiməsi və yoxa çıxmasının səbəbi indiyə kimi məlum deyil. İspanka gəldiyi kimi də getdi. Ona qarşı vaksin isə epidemiyadan 100 il sonra tapılıb.

KORONAVİRUS

Bu hələ ki, dünyanı bütünlükdə əhatə edən sonuncu pandemiyadır. Mütəxəssislər ilk başda onun adi qrip olduğunu güman edib, cəmi 2-3 ilə aradan qalxacağını proqnozlaşdırsalar da, indi gedişat dəyişib.

Virusa qarşı bir neçə cür vaksin olsa da mütəxəssislər pandemiyanın 2023-cü ilə kimi davam edəcəyini bildirir. Bir çox alimlər isə pandemiyanın ən azı 5 il davam edəcəyini deyir. Artıq 2 ildir bəşəriyyət pandemiya rejimində yaşayır. Koronavirusun tarixdə hansı yeri tutacağının canlı şahidləri bizlər olacağıq.

Yumurta yemək ürəyi bu xəstəliklərdən like
  • 07 Fev 22:25  
Digərləri Yumurta yemək ürəyi bu xəstəliklərdən

Alimlər yeni elmi araşdırmada müəyyən miqdar yumurta yeməyin ürək-damar

arrow Ətraflı
Vəsiyyət edən like
  • 07 Fev 22:20  
Digərləri Vəsiyyət edən

İndi isə vəsiyyət edənin kimliyini aydınlaşdıraq. Həzrət (ə) özünü

arrow Ətraflı
Qolaltı antiperspirantların ziyanı like
  • 07 Fev 22:15  
Digərləri Qolaltı antiperspirantların ziyanı

Tərə qarşı müasir antiperspirantlar artıq yayda yox, bütün fəsillərdə

arrow Ətraflı
Zirehini soyunub döyüşən şəhid like
  • 07 Fev 22:10  
Digərləri Zirehini soyunub döyüşən şəhid

Müslim ibn Əqil Kufədə beyət toplayarkən, öz fəaliyyətinin nəticələr

arrow Ətraflı
Şəkər xəstəliyinin şirniyyat yeməklə əlaqəsi yoxdur – like
  • 07 Fev 22:05  
Digərləri Şəkər xəstəliyinin şirniyyat yeməklə əlaqəsi yoxdur –

Şirin qidalar və un məmulatları yemək şəkərli diabetin yaranmasında əs

arrow Ətraflı
Yılmaz Vural futbolçusunun öldüyünü ağlayaraq açıqladı like
  • 07 Fev 22:04  
Dünya Yılmaz Vural futbolçusunun öldüyünü ağlayaraq açıqladı

Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalan "Yeni M

arrow Ətraflı
Yıldız Tilbeni sosial şəbəkələrdə linç etdilər  “Mənim üçün pişiyin və ya itin like
  • 07 Fev 22:02  
Dünya Yıldız Tilbeni sosial şəbəkələrdə linç etdilər “Mənim üçün pişiyin və ya itin

Müğənni Yıldız Tilbe ötən günlərdə "İnsan həyatı təbiətdəki

arrow Ətraflı
Bağırsaqları yeyən “Kron” xəstəliyinin 9 əlaməti – Azərbaycanda like
  • 07 Fev 22:01  
Digərləri Bağırsaqları yeyən “Kron” xəstəliyinin 9 əlaməti – Azərbaycanda

Son 10 ildə dünyada bağırsaqların ən ağır iltihabi xəstəliyi olan Kron

arrow Ətraflı
Kərbəla şəhidlərinin cənazəsini kim dəfn etdi? like
  • 07 Fev 21:55  
Digərləri Kərbəla şəhidlərinin cənazəsini kim dəfn etdi?

Aşura günündə İmam Hüseyn (ə) və silahdaşları şəhid edildikdən sonr

arrow Ətraflı
Təməttö Həccinin qaydaları like
  • 07 Fev 21:50  
Digərləri Təməttö Həccinin qaydaları

Təməttö Həccinin qaydaları

arrow Ətraflı
Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım etmək like
  • 07 Fev 21:49  
Dünya Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım etmək

Türkiyədə zəlzələdən zərər çəkənlərə "AFAD" adına açı

arrow Ətraflı
Çox xəstəliklərinizin səbəbi AVİTAMİNOZ  Bu əlamətlər varsa... like
  • 07 Fev 21:45  
Digərləri Çox xəstəliklərinizin səbəbi AVİTAMİNOZ Bu əlamətlər varsa...

Həyati vacib vitamin və mineralların defisiti AVİTAMİNOZ adlanır. Avitamin

arrow Ətraflı
İbrahim bütləri sındırmaq niyyətinə düşdü like
  • 07 Fev 21:40  
Digərləri İbrahim bütləri sındırmaq niyyətinə düşdü

İbrahim əvvəldə ədəblə, məntiqi sübutlarla və öyüd-nəsihətlə Azə

arrow Ətraflı
Xilasedicilər zəlzələ bölgəsində 11 nəfərin həyatını like
  • 07 Fev 21:38  
Dünya Xilasedicilər zəlzələ bölgəsində 11 nəfərin həyatını

Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin Türkiyənin zəlzələ böl

arrow Ətraflı
Qrip epidemiyası nə vaxt bitəcək? like
  • 07 Fev 21:35  
Digərləri Qrip epidemiyası nə vaxt bitəcək?

Qrip epidemiyasının hələ bir müddət davam edəcəyi açıqlanıb.

arrow Ətraflı