Təvəsüllün nəticəsi


Digərləri 04 Fev 2023 20:25:00 222 0

Təvəsüllün nəticəsi

Bəhlulun ömür səhifəsini vərəqləyərkən hər səhifəsində bir ibrət, bir hikmət görürsən. Yetər ki, ibrət götürən olsun. Yenə də acılı-şirinli zindan xatirələrindən birini Bəhlulun öz dilindən eşidək: Əfqanıstanda məni ilk dəfə həbsxanada tək nəfərlik kameraya salanda qaldığım yer taxtabiti ilə dolu idi. Balaca, qırmızı rəngə çalan bu həşərat canımı boğazıma yığmışdı. Sancdığı yer qızarıb qabar atır, bir saat acışma verib şiddətli qaşınmağa başlayırdı. Bu cücünün olduqca pis qoxusu olurdu. Xüsusilə də gecələr hücuma keçir, səhərə qədər mənə divan tuturdular. Düz üç gecə bu həşəratların əlindən yata bilmədim. Üçüncü gün səhərə yaxın Allahla minacat edib məni bu bəladan qurtarmasını istədim. Ağlayıb deyirdim: İlahi! Mən din yolunda hər cür məşəqqətlərə qatlaşmağa razıyam. Amma bilim ki, bu zəhmətlərimin dinə bir faydası olacaq. Əgər bu həşəratların məni sancmasının dinə bir xeyri varsa, mən heç bir söz demirəm, səbir edərəm. Amma bu ağrı-acılara dözməyimin dinə heç bir faydası olmadığı üçün, Səni and verirəm Həzrət Məhəmməd (s) və onun pak ailəsinin izzətinə bu bəlanı öz bəndənin üstündən götür! ...Bu cür minacat edib Allahla dərdləşirdim. Məni nə vaxt yuxu apardığını bilmirəm... Ayılanda gördüm gün qalxıb. Qəribə də olsa bədənimin heç bir yerində nə qaşınma hiss etdim, nə də bir qızartı gördüm. Gözlərimi ovuşdurub tam ayılanda bir də gördüm-İlahi!... Bu nədir?-Hücrəni başdan-başa balaca qarışqalar başına götürüb; o qədər qarışqa dolub ki, otağın ağ divarları qarışqa əlindən qara görsənir. Elə bil divarları qara örtüklə örtmüşdülər. Qarışqalar nə ki taxtabiti var, hamısını tutub öldürürdülər. Hətta yarıqların dibində, həsirlərin, stol-stulun arasında olan taxtabiti yumurtalarını tapıb məhv edirdilər. Küncdə-bucaqda elə bir yer yox idi ki, qarışqalar oranı zəbt etməmiş olsunlar. Günorta çağı artıq nə taxtabitidən xəbər var idi, nə də qarışqadan. Sanki hər yer dizinfeksiya olunub təmizlənmişdi. (Seyyid Abbas Musəvi Mütləq, "U`cubeyi-əsr", səh. 82, 83.)

Məhəbbət dini like
  • 04 Fev 20:20  
Digərləri Məhəbbət dini

Insanın məhəbbət cazibəsi o qədərdir ki, insanı qul olma həddinə qəd�

arrow Ətraflı
Sərxoş halda avtomobil idarə edən şəxs like
  • 04 Fev 20:16  
Digərləri Sərxoş halda avtomobil idarə edən şəxs

Yardımlı rayonu ərazisində hərəkətdə olan "VAZ-2106" markalı

arrow Ətraflı
Yatmazdan neçə saat əvvəl yemək olar? like
  • 04 Fev 20:15  
Digərləri Yatmazdan neçə saat əvvəl yemək olar?

Bu sual bir çox insanları maraqlandırır.

arrow Ətraflı
"2024cü ildə Azərbaycandan təbii qaz alacağımıza ümid edirik” like
  • 04 Fev 20:14  
Digərləri "2024cü ildə Azərbaycandan təbii qaz alacağımıza ümid edirik”

Serbiya 2024-cü ilin əvvəlində Azərbaycanın təbii qazının tədarükün�

arrow Ətraflı
Azərbaycanda yeni cərimələr olacaq like
  • 04 Fev 20:12  
Digərləri Azərbaycanda yeni cərimələr olacaq

Müvafiq icazə olmadan radioelektron vasitələrin layihələndirilməsi, qura�

arrow Ətraflı
Yəqin məqamı like
  • 04 Fev 20:10  
Digərləri Yəqin məqamı

عن ابی الحسن الرضا (علیه السلام): " أَحْسِن

arrow Ətraflı
Xalça, palazda xərçəng yaradan maddələr var like
  • 04 Fev 20:05  
Digərləri Xalça, palazda xərçəng yaradan maddələr var

Avropa Sağlamlıq Birliyinin araşdırmaçıları bütün Avtropa boyu xalça v

arrow Ətraflı
İçdiyiniz çayın saxta olmasını belə bilmək olur like
  • 04 Fev 20:01  
Digərləri İçdiyiniz çayın saxta olmasını belə bilmək olur

Çayın saxta olub-olmadığını necə anlamaq olar? Bu mümkündürmü?

arrow Ətraflı
Ramiz Mehdiyev 16 min manat cərimələndi like
  • 04 Fev 20:00  
Digərləri Ramiz Mehdiyev 16 min manat cərimələndi

Prezident Administrasiyasının sabiq rəhbəri, Elmlər Akademiyasının prezid

arrow Ətraflı
Pakistanda “Wikipedia”ya giriş like
  • 04 Fev 19:58  
Dünya Pakistanda “Wikipedia”ya giriş

Pakistanda "Wikipedia" onlayn ensiklopediyasına giriş bloklanıb.

arrow Ətraflı
İran rejiminin süqutu qaçılmazdır like
  • 04 Fev 19:56  
Siyasət İran rejiminin süqutu qaçılmazdır

İranda mövcud olan islam quruluşuna daxildən və xaricdən təzyiqlər artd�

arrow Ətraflı
Yalanın acı nəticələri like
  • 04 Fev 19:55  
Digərləri Yalanın acı nəticələri

İslam mətnlərində yalanın mahiyyəti, onun fərdi və ictimai təsirləri,

arrow Ətraflı
Almaniya öz vətəndaşlarını İranı like
  • 04 Fev 19:51  
Siyasət Almaniya öz vətəndaşlarını İranı

Almaniya öz vətəndaşlarını İranı tərk etməyə çağırıb.

arrow Ətraflı
Quran nəzərində "Əbrar" (yaxşılar) kimlərdir? like
  • 04 Fev 19:50  
Digərləri Quran nəzərində "Əbrar" (yaxşılar) kimlərdir?

Yaxşı insan olmaq hər bir şəxsin arzusudur. Hər bir insan özünü yaxşı

arrow Ətraflı
Rusiya nefti üçün qiymət həddi like
  • 04 Fev 19:49  
Digərləri Rusiya nefti üçün qiymət həddi

ABŞ maliyyə naziri Canet Yellen Rusiya neft məhsullarına yuxarı qiymət hə

arrow Ətraflı