Quran nəzərində "Əbrar" (yaxşılar) kimlərdir?


Digərləri 04 Fev 2023 19:50:00 217 0

Quran nəzərində "Əbrar" (yaxşılar) kimlərdir?

Yaxşı insan olmaq hər bir şəxsin arzusudur. Hər bir insan özünü yaxşı hesab edir ya yaxşı olduğunu göstərmək istəyir. Heç bir halda pis olduğunu qəbul etmək istəmir.

Amma buna diqqət etmək lazımdır ki, hər bir məktəb özünə görə yaxşılıq üçün meyar təyin etmişdir. Bunun əsasında bəziləri yaxşı bəziləri isə pis insan sayılır.

İnsanların xaliqi olan Allah bəşərin hidayəti üçün göndərdiyi səmavi kitabda kimlərin yaxşı insan olduğunu bəyan edir. Yaxşılığın meyarlarını qeyd edir. Onların xüsusiyyətlərini sayır.

Bu xüsusiyyətlərə toxunmaqdan əvvəl yaxşılığı məna edəcəyik. Onun lüğət və termin mənalarını qeyd edəcəyik.

"Əbrar" sözü "Barr" (isimi-fail) sözünün və ya "Bərr" (sifəti-müşəbbəhə) sözünün cəm formasıdır. "Birr" sözü lüğətdə "yaxşılıq və lütf", "çox yaxşı iş görmək" və "başqaları qarşısında işin yaxşılığı" mənasındadır.

"Birr" sözü "ehsan" xeyirxahlıq deməkdir. Onun reallaşması elədir ki, insan öz işini yaxşı görür, yaxşı bir işi savab və təşəkkür üçün deyil, yaxşı olduğu üçün və ya başqalarının xeyiri onda olduğuna görə edir.

Quran təfsirçiləri "birr" (yaxşılıq) üçün müxtəlif mənalar ifadə etmişlər;

- Allaha hər hansı itaətə "birr" (yaxşı iş) deyilir.

- "Birr" Allaha yaxınlıq amili olan yaxşılıq, xeyirxahlıq və Allahı razı salan hər bir işə deyilir.

Həmçinin Quranın təfsirçilərinin "Əbrar" sözünün mənasında müxtəlif tərifləri və ya təbirləri var; "Əbrar" Allaha tam itaət edib, Onun razılığını qazanıb və günahlardan çəkinən şəxslərdir. Yaxud Allaha, Peyğəmbərə (s) və axirət gününə bəsirətlə iman gətirənlərdir.

Allah "Bəqərə" surəsinin 177-ci ayəsində buyurur:

"لَیْسَ الْبِرَّ أَنْ تُوَلُّوا وُجُوهَکُمْ قِبَلَ الْمَشْرِقِ وَ الْمَغْرِبِ وَ لکِنَّ الْبِرَّ مَنْ آمَنَ بِاللّهِ وَ الْیَوْمِ الْآْخِرِ وَ الْمَلائِکَةِ وَ الْکِتابِ وَ النَّبِیِّینَ وَ آتَى الْمالَ عَلى حُبِّهِ ذَوِی الْقُرْبى وَ الْیَتامى وَ الْمَساکینَ وَ ابْنَ السَّبیلِ وَ السّائِلینَ وَ فِی الرِّقابِ وَ أَقامَ الصَّلاةَ وَ آتَى الزَّکاةَ وَ الْمُوفُونَ بِعَهْدِهِمْ إِذا عاهَدُوا وَ الصّابِرینَ فِی الْبَأْساءِ وَ الضَّرّاءِ وَ حینَ الْبَأْسِ أُولئِکَ الَّذینَ صَدَقُوا وَ أُولئِکَ هُمُ الْمُتَّقُونَ"

"Yaxşı əməl heç də (namaz vaxtı) üzünüzü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövləti çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (səfər əsnasında pulu qurtarıb yolda qalan yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbir edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlar məhz onlardır. Müttəqilər də elə onlardır!".

Ayənin nazil olma səbəbi barədə "Şeyx Tusi" deyir: "O zaman ki, qiblə Kəbə evi oldu, əvvəlki qiblənin nəsx edildiyini hamı müşahidə etdi. Xüsusən də yəhudi və xristianlar bu məsələdən danışdılar.

Allah bu ayəni ona görə göndərmişdir ki, onlar yaxşı əməllərin yalnız üzü qibləyə durub namaz qılmaqdan ibarət olduğunu zənn etməsinlər. Daha doğrusu bilsinlər ki, başqa itaətlər də var ki, onlar xeyirxah əməllərdən sayılır.

Bu ayədə yaxşıların sifətləri üç əqidə, əxlaq və əməli sahəni ehtiva edir.

Allah yaxşı insanların xüsusiyyətlərini qeyd edir. Bununla da yaxşılığın meyarlarını bizə vurğulayır. İnşallah gələn bəhsimizdə bu xüsusiyyətləri diqqətinizə çatdırıb onların əhəmiyyətindən danışacayıq.

Ümidvarıq ki, Mütəal Allah bizi yaxşılardan (Əbrar) qərar versin.

Rusiya nefti üçün qiymət həddi like
  • 04 Fev 19:49  
Digərləri Rusiya nefti üçün qiymət həddi

ABŞ maliyyə naziri Canet Yellen Rusiya neft məhsullarına yuxarı qiymət hə

arrow Ətraflı
Paşinyanın ofisi “troll fabriki”inə 1,3 milyon like
  • 04 Fev 19:48  
Siyasət Paşinyanın ofisi “troll fabriki”inə 1,3 milyon

Ermənistanın baş nazirinin ofisi cəmiyyətdə daha çox "feyklər QHT&q

arrow Ətraflı
Azərbaycanda ata qızlarına işgəncə verib, spirtli içki içməyə like
  • 04 Fev 19:47  
Digərləri Azərbaycanda ata qızlarına işgəncə verib, spirtli içki içməyə

"Sığınacağa 3 qız uşağı qəbul etdik. Böyük qız digər bacılar�

arrow Ətraflı
Yüksək təzyiqdən əziyyət çəkənlər üçün 5 faydalı məhsul like
  • 04 Fev 19:45  
Digərləri Yüksək təzyiqdən əziyyət çəkənlər üçün 5 faydalı məhsul

Ümumdünya Səhiyyə Təşkilatının son tövsiyələrinə görə, normal arte

arrow Ətraflı
Duz niyə süfrənin bərəkəti sayılır? like
  • 04 Fev 19:40  
Digərləri Duz niyə süfrənin bərəkəti sayılır?

Duz elə qida məhsullarındandır ki, müalicəvi xarakterə malikdir. Əhli-be

arrow Ətraflı
Sülh sazişindən imtina Ermənistanı yeni fəlakətlərlə üzüzə qoyacaq like
  • 04 Fev 19:37  
Siyasət Sülh sazişindən imtina Ermənistanı yeni fəlakətlərlə üzüzə qoyacaq

Sülh sazişindən imtina siyasəti Ermənistanı yeni fəlakətlərlə üz-üz�

arrow Ətraflı
İşğaldan azad edilən ərazilərə səfər böyük şərəfdir like
  • 04 Fev 19:36  
Siyasət İşğaldan azad edilən ərazilərə səfər böyük şərəfdir

Qarabağ bölgəsi təkcə təbii gözəlliyi ilə deyil, həm də burada yollar

arrow Ətraflı
Uşaqlarda qocalıq xəstəliyi nədir? like
  • 04 Fev 19:35  
Digərləri Uşaqlarda qocalıq xəstəliyi nədir?

Həkim uşaqlarda geri dönüşü olmayan qocalıq xəstəliyindən danışıb.

arrow Ətraflı
Baş ağrısını azaltmaq üçün like
  • 04 Fev 19:30  
Digərləri Baş ağrısını azaltmaq üçün

Baş ağrısı ən yayılmış şikayətlərdən biridir. Əksər hallarda baş

arrow Ətraflı
Emrahın gəlini ilə bağlı yeni məlumat: like
  • 04 Fev 19:29  
Şou-biznes Emrahın gəlini ilə bağlı yeni məlumat:

Türk müğənni Emrahın oğlu Tayfun Erdoğanın nişanından sonra sosial ş�

arrow Ətraflı
Xaş yeyənlərə botoks lazım olmur like
  • 04 Fev 19:25  
Digərləri Xaş yeyənlərə botoks lazım olmur

Türkiyəli daxili xəstəliklər və kardiologiya mütəxəssisi sağlam qidala

arrow Ətraflı
Dostluqda və düşmənçilikdə həddi qorumalı like
  • 04 Fev 19:20  
Digərləri Dostluqda və düşmənçilikdə həddi qorumalı

İmam Əli (ə) buyurur: "Dostunla dostluqda həddi qoru! Ona görə ki, ol

arrow Ətraflı
Yaddaş pozulması. like
  • 04 Fev 19:15  
Digərləri Yaddaş pozulması.

Yaddaş pozulmasının səbəbləri müxtəlif ola bilər. Risk faktorları aras

arrow Ətraflı
Dua mənbələrində irfan və əxlaq like
  • 04 Fev 19:10  
Digərləri Dua mənbələrində irfan və əxlaq

Bağışlayan və mehriban Allahın adı ilə. Həmd olsun aləmlərin rəbbi ol

arrow Ətraflı
Dönər xəçəng yaradır– Şişə səbəb olan like
  • 04 Fev 19:05  
Digərləri Dönər xəçəng yaradır– Şişə səbəb olan

Fevralın 4-ü Ümumdünya Xərçənglə mübarizə günüdür.

arrow Ətraflı