Bənövşəni xalq təbabətində necə istifadə edirlər?


Digərləri 28 Yan 2023 08:01:00 396 0

Bənövşəni xalq təbabətində necə istifadə edirlər?

Xalq arasında dəvərəgöz bənövşə adı ilə adlandırılan bu çiçəyin elmi adı üçrəng bənövşədir(viola tricolor). Bu çiçək müxtəlif ölkələrdə müxtəlif cür adlandırırlır. Tarixi Bu çiçəyin tarixi Yaponiya və Çinə gedib çıxır. Bənövşə rənglərinin gözəlliyinə görə dünyada ən məşhur çiçəklərdən hesab edilir. Bu bitki barədə bir çox tarixi və müasir ədəbiyyatda da tez-tez rast gəlinir. Əfsanələr və söyləntilər Dəvərəgöz bənövşə haqqında çoxlu əfsanələr danışılır. Qədim Poma mifalogiyasında bənövşə heyrətin, sevginin, sevgiyə sadiqliyin rəmzi hesab edilir. Qədim Rus əfsanələrində bu çiçəyi soyuqqanlılıqla öldürülmüş Anyutanın gözlərinə də bənzədirlər. Başqa bir əfsanədə isə sevgilisindən zorla ayrı salınan qızın həsrətdən ölməsi və onun qəbrinin üstündə bu bənövşələrdən bitməsi barədə bəhs edilir. Bir çox ölkələrdə dəvərəgöz bənöbşə ilə bağlı müxtəlif adətlər var. Məsələn, İngiltərədə sevgililər günündə bir-birlərinə bənövşə verirlər. Polşada qızlar öz nişanlıları və ya ərləri ilə uzun müddət həsrətdən sonra görüşdükdə onlara bənövşə verirlərmiş. Dəvərəgöz bənövşə bizim ədəbiyyatımızda saflıq, təmizlik və məsumluq mücəssəməsi kimi ifadə olunur. Növləri Üçrəng bənövşənin bir çox hibridləşmiş növləri var. Bunlardan ən məşhuru Vimmroka növüdür. Bənövşənin Vimmroko növü rəngləri və rənglərinin parlaqlığı ilə digər növlərindən seçilir. Seleksionerlər bənövşənin tez-tez yeni gözəl və uzunömürlü növlərini əldə edirlər. Bənövşə müxtəlif hava şəraitinə, müxəlif bölgələrə uyğun olaraq yetişirlər. Bənövşənin əksər növləri ikiillik və çoxillik olur. Onların boyu 15-30 sm-ə qədər qalxa bilir, rənglərinin müxtəlifliyi ilə hamını heyran qoyur. Bənövşə növündən asılı olaraq aprel ayından sentyabr ayına qədər çiçək açır. Əkilməsi və qulluq edilmə qaydaları Bənövşə toxum və ya körpə şitillər vasitəsilə yetişdirilir.Adətən onu yazın ilk gülərində əkirlər. May ayında əkilərsə o zaman onun çiçək açması yubanır və gözəl çiçəkləri olmur. Onu əkərkən iqilimi nəzərə almaq lazımdır. Bənövşə soyuğa, qara davamlı bitkidir. Onun toxumları torpağa sıçradıqda hava qızmar olmasa yenidən böyüyə bilir. Toxumları qar altında, suda donub qalmasa yenidən inkişaf etmək qabiliyyətinə malik olur. Bənövşə əkərkən onun müxtəlif növlərini müxtəlif yerlərdə əkmək lazımdır. Çünki, onlar bir-birinə çox yaxın olarlarsa o zaman tozlanma səbəbli əvvəlki kimi açmaya bilirlər. Bənövşə toxumlarını günəş şüaları və külək düşməyən yerdə qurutmaq lazımdır. Qurudarkən isə bəzən onları arabir çevirmək lazıçmdır ki, hər tərəfindəki nəmlik aradan qalxsın .Onun toxumlarını tam qurutduqdan sonra şüşə bankada 2 il saxlamaq mümkündür. Bənövşənin yabanı növlərinə parklarda, xiyabanlarda, çəmənliklərdə, meşələrdə rast gəlmək mümkündür. Bənövşə (Viola tricolor)nın Tərkibi Dəvərəgöz bənövşənin tərkibi müxtəlif kimyəvi maddələrlə zəngindir. Onun tərkibində insulin, askorbin turşusu, salisil turşusu, C vitamini, efir yağları, tanin, alkoloid turşusu, violaementin, polisaxaridlər var. Bu bitki orqanizmə ödqovucu, disikqovucu, antiseptik təsir göstərir. Onun dəmləməsindən qadın xəstəlikləri, dəri xəstəlikləri, bronxit, soyuqdəymə, mədə-bağırsaq xəstəlikləri, sidik ifrazı sisteminin xəstəlikləri zamanı istifadə edilir. Tərkibində sink, selen və kaliumun çox olmasına görə ondan ən çox kosmetologiya sahəsində istifadə edilir. Bənövşə (Viola tricolor)nın Xeyri Qrip xəstəliyi zamanı 1 xörək qaşığı xırdalanmış quru bənövşə yarpaqlarını 1 stəkan qaynar suya salın 15 dəqiqədən az olmamaq şərti ilə qaynatmaq və soyutmaq lazımdır. Dəmləməni gündə 3-4 dəfə olmaqla yeməkdən əvvəl 1/3 stəkan içmək yuxarıda adları çəkilən xəstəliklərin sağalmasına səbəb olur. Ümumi soyuqlama əlamətləri olduğu zaman termosa 1 xörək qaşığı xırdalanmış quru bənövşə yarpaqları tökülür və üzərinə 1 stəkan qaynar su əlavə edilib 6-8 saat dəmləməyə qoyulur. Alınan qarışımdan gündə 3-4 dəfə 2 xörək qaşığı içmək soyuqlama əlamətlərini aradan qaldırır. Dəri xəstəlikləri zamanı bənövşə yağını dəriyə sürtmək xəstəliyin sağalmasına səbəb olur. Bənövşə yağını özünüz də ev şəraitində hazırlaya bilərsinixz. Bunun üçün 2 xörək qaşığı qurudulmuş bənövşə çiçəklərini və əməklöməci yarpaqlarını qaba qoyub üzərinə 150 ml zeytun yağı əlavə etmək lazımdır. Qarışımı 15 dəqiqə qaynadıb soyuduqdan sonra şüşə qabda soyuducuda saxlamaq lazımdır. Dəri xəstəlikləri zamanı salfetkanı bu yağda isladıb xəstə nahiyəyə qoyduqda əlamətlər aradan qalxır. Qida sənayesində istifadəsi Bənövşə çiçəklərindən ən məşhur lokumların hazırlanmasında istifadə edilir. Onun çiçəklərini çay kimi dəmləyib içşmək və ya dəm çaynikinə əlavə etmək olur. Bənövşənin ləçəklərindən tortların və salatların bəzədilməsi məqsədilə də geniş istifadə olunur. Kosmetologiyada Kosmetologiya sahəsində ən çox bənövşənin yağından istifadə edilir. Bu yağ dəriyə qulluq vasitələri arasında ön sıralarda durur. Ondan kosmetik kremlərin, mazların, saçlara qulluq vasitələrinin hazırlanmasına geniş istifadə olunur. Müxtəlif sahələrdə istifadəsi Dəvərəgöz bənövşədən hazırlanan ekstrat ürək fəaliyyətini yaxşılaşdırır, ateresklerozun, damar xəstəliklərinin, dermatitlərin, psoriazın, eqzemanın sağalmasını sürətləndirir. Bənövşə (Viola tricolor)nın Ziyanı Sarı rəngli bənövşənin çiçəklərində təbii E 161- vikoloksantin boyası var. Bu maddə orqanizm üçün çox təhlükəli sayılır. Müalicə məqsədilə bu rəngdə olan çiçəklərdən istifadə etdikdə mədə-bağırsaq problemləri, allaergik reaksiyalar, selikli qişalarda iltihabi proseslər meydana çıxa bilir. Hepatitdən və qlomerulonefritdən əziyyət çəkən xəstələrə də bənövşə dəmləmələrindən istifadə etmək olmaz. Bəzən bənövşə dəmləməi ürəkbulanmaya, qusmaya və dəri səpgilərinə səbəb ola bilir.

Rəisidən xüsusi göstəriş: Səfirliyə like
  • 28 Yan 08:00  
Siyasət Rəisidən xüsusi göstəriş: Səfirliyə

İran Prezidenti İbrahim Rəisi Tehranda Azərbaycan səfirliyinə qarşı tör

arrow Ətraflı
Erməni diplomat sükan arxasında like
  • 28 Yan 07:55  
Siyasət Erməni diplomat sükan arxasında

Ermənistanın ABŞ-dakı səfirinin sabiq müavini Armen Xarazyan 56 yaşında

arrow Ətraflı
Klementin like
  • 28 Yan 07:51  
Digərləri Klementin

Klementin sitrus bitkisi olub tanjelonun müxtəlif növlərindən biri sayılı

arrow Ətraflı
Terrorçu Səhər TVyə müsahibə verdi like
  • 28 Yan 07:45  
Siyasət Terrorçu Səhər TVyə müsahibə verdi

Daim Azərbaycana qarşı qaralama kampaniyası aparan İranın "Səhər&qu

arrow Ətraflı
40 yaşdan yuxarı olanlar üçün kakaonun faydaları like
  • 28 Yan 07:41  
Digərləri 40 yaşdan yuxarı olanlar üçün kakaonun faydaları

Dadlı kakao içkisi insan orqanizminə enerji verir, onu virus və infeksiyalar

arrow Ətraflı
Səfirliyimizə hücumla bağlı türk generaldan like
  • 28 Yan 07:35  
Siyasət Səfirliyimizə hücumla bağlı türk generaldan

Azərbaycanın İrandakı səfirliyinə hücum edən terrorçu bilərəkdən ora

arrow Ətraflı
Ballı spirtli içki like
  • 28 Yan 07:31  
Digərləri Ballı spirtli içki

Ballı spirtli içki tərkibində bal və 5 - 16*spirt olan alkohollu içkidir.

arrow Ətraflı
Azərbaycan İsrailə başsağlığı like
  • 28 Yan 07:25  
Siyasət Azərbaycan İsrailə başsağlığı

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İsrailə bu ölkədə törədil

arrow Ətraflı
Mədə xərçəngi nədir?  Əlamətləri like
  • 28 Yan 07:21  
Digərləri Mədə xərçəngi nədir? Əlamətləri

Qarnın sol bölgəsində mövcud olan və yediklərimizin içərisində toplana

arrow Ətraflı
Fransadakı səfirimiz ilə Senatın Komitə sədri arasında like
  • 28 Yan 07:15  
Siyasət Fransadakı səfirimiz ilə Senatın Komitə sədri arasında

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Senatının Xarici �

arrow Ətraflı
Meyvə şirələri sandığınız qədər faydalı deyil like
  • 28 Yan 07:11  
Digərləri Meyvə şirələri sandığınız qədər faydalı deyil

Günlük qidalanmamız zamanı mütləq şəkildə meyvə və tərəvəzlərdən

arrow Ətraflı
Tehran və İrəvanın Bakıya savaşı – like
  • 28 Yan 07:05  
Siyasət Tehran və İrəvanın Bakıya savaşı –

İş başlamadan, İrandakı səfirliyimizə hücum haqda heç bir məlumat yay�

arrow Ətraflı
Eqnoqun orqanizmə faydaları like
  • 28 Yan 07:01  
Digərləri Eqnoqun orqanizmə faydaları

Eq-noq süd və toyuq yumurtasından hazırlanmış şirin kokteyldir. Eq-noq al

arrow Ətraflı
Qaraciyər yağlanmasının qarşısını alan qidalar like
  • 28 Yan 06:02  
Digərləri Qaraciyər yağlanmasının qarşısını alan qidalar

Qaraciyər yağlanması son zamanlar yeyilən keyfiyyətsiz qidalar səbəbində

arrow Ətraflı
Bu “iPhone” modelinin qiyməti 2 dəfə ucuzlaşdı like
  • 28 Yan 05:22  
Digərləri Bu “iPhone” modelinin qiyməti 2 dəfə ucuzlaşdı

Məşhur "iPhone 12" modelinin qiyməti təxminən 2 dəfə ucuzlaşı

arrow Ətraflı