Eqnoqun orqanizmə faydaları
Digərləri 28 Yan 2023 07:01:00 252 0
Eq-noq süd və toyuq yumurtasından hazırlanmış şirin kokteyldir. Eq-noq alkohollu və alkoholsuz şəkildə hazırlanır. Alkohollu eq-noq hazırlamaq istədikdə ona viski, rom, brendi, likör və ya şərab əlavə edilir. Eq-noq tərkibinə görə dünyanın bir çox ölkələrində hazırlanan qoqol-moqol içkisinə çox yaxındır. Eq-noq kokteylini ilk dəfə Şotlandlar hazırlayıblar. Onlar Yeni ili bu kokteyllə qarşılamağa adət ediblər. Eq-noq kokteyli İngiltərə, Fransa, ABŞ və bir sıra ölkələrin sevimli kokteylidir. Onu bahalı axşam yeməklərində və elit dəvətlərdə servis edirlər. İçkinin hazırlanması zamanı müxtəlif alkohol və ədviyyat əlavələrindən də istifadə edilir. Klassik alkoholsuz eq-noq 1 ədəd yumurta, 2 çay qaşığı şəkər tozu və 100 ml süddən hazırlanır. Bu zaman ona qida əlavəsi kimi qoz, darçın, vanil və s. əlavə edilir. Onu hazırlamaq üçün əvvəlcə yumurtanın sarısı ağından ayrılır. Sonra yumurtanın sarısı şəkər tozu və süd blenderdə çalınır, qədəhlərə tökülür, üzərinə ədviyyatlar, buz kubukləri əlavə edilir. Blenderdə çalınmış kokteyli qədəhlərə tökərkən ehtiyyatlı olmaq lazımdır ki, onun köpüyü yatışıb azalmasın. Qədəhlərə tökülmüş eq-noqun üst hissəsi tünd şokolat qırıntıları və ya üyüdülmüş kofe ilə bəzədilir. Alkohollu eq-noq hazırlamaq istədikdə yumurta sarısı çalındıqdan sonra ona brendi, rom və ya digər alkohollu içki əlavə edilir. Eq-noq kiçik hündürlükdə və ağzı enli qədəhlərdə içilir. Onu hazırladıqdan sonra qısa bir zamanda içmək lazımdır. Bunun səbəbi isə saxlanılan zaman onun strukturunun dəyişilməsidir. Eq-noqnın Tərkibi Kokteylin tərkibi A, C, E, PP, H, D, B qrup vitaminləri, kalium, kalsium, dəmir, fosfor, kolbat, maqnium və s. minerallar, amin turşuları var. Tərkibində çoxlu miqdarda faydalı maddələr olduğuna görə eq-noq beynin işini yaxşılaşdırır, yaddaşı möhkəmləndirir, yorğunluğu aradan qaldırır, orqanizmə enerji verir. Eq-noqnın Xeyri Zehni və fiziki işlə məşgul olanlar üçün eq-noq ən faydalı içki hesab edilir. O fiziki və zehni yorğunluğu aradan qaldırmaq qabiliyyətinə malikdir. Eq-noqun qidalılıq dəyəri çox yüksəkdir. Ağır xəstəliklərdən, cərrahi əməliyyatlardan sonra orqanizmin gücünü bərpa etməsi üçün eq-noq içmək çox faydalıdır. Bəzi ölkələrdə qeysəriyyə əməliyyatından 2 gün sonra zahı qadınlara eq-noq kokteyli içirilir. Bu kokteylin tərkibində olan amin turşuları hormonların ifrazını artırır, fol turşusunun əmələ gəlməsi prosesini sürətləndirir. Mütəxəssislər hamiləliyin ilk üçaylığında eq-noq içməyin uşaq və ana üçün faydalı olduğunu söyləyirlər. Eq-noqnın Ziyanı Hamilə, uşaq əmizdirən qadınlara, sükan arxasında olanlara və 18 yaşadək olan uşaqlara alkohol əlavə edilmiş eq-noqdan istifadə etmək məsləhət görülmür. Yumurtaya və laktozaya qarşı allergiyası olanlara eq-noq içmək tövsiyə edilmir. Xəstə toyuğun yumurtasından hazırlanan kokteyl qida zəhərlənmələrinə səbəb ola bilir.
Bu xəbəri də oxu: 2025ci il rəsmən başladı: Yeni ili ilk bu ölkə qarşıladı
Qaraciyər yağlanması son zamanlar yeyilən keyfiyyətsiz qidalar səbəbində
Məşhur "iPhone 12" modelinin qiyməti təxminən 2 dəfə ucuzlaşı
Ayaq baş barmağında çıxıntı, ayaqda ağrıların səbəbi sevə-sevə gey
Türkiyənin məşhur etnoloq, yazıçı və kolleksiyaçısı Sabiha Tansuğ 88
Hazırda doğulan hər 68 uşaqdan birinə təsir edən autizm xəstəliyinin bi
37 yaşlı supermodel İrina Şeyk Paris küçələrində gəzişib. O, müvafiq
Öd kisəsi əksər zaman böyük ağrılar yaratmaz. Ancaq zədələndiyi zaman
Britaniyalı aktyor Rege Jan-Peyc dünyanın ən yaraşıqlı kişisi seçilib.
Xarici hamiləlik, mayalanmış yumurtanın uşaqlıqdan kənarda yerləşib bö
Hər münasibət bərabərlik üzərində qurulmur. Çünki münasibətlərdə h
Protez dişlərdən istifadə edənlər qidaları çeynəmədən udduqları üç
Banqladeşdə uşaqların gizlənpaç oyunu zamanı maraqlı hadisə baş verib.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu
Qüdsün Neve Yaakov rayonunda sinaqoqa törədilən terror aktını şiddətlə