Ballı spirtli içki
Digərləri 28 Yan 2023 07:31:00 305 0
Ballı spirtli içki tərkibində bal və 5 - 16*spirt olan alkohollu içkidir. Onun tərkibinin 8-10%-i şəkərdən ibarət olur. Ballı spirtli içkinin tarixi çox qədimdir. Arxeoloji qazıntılar zamanı bizim eradan 7-6 əsr əvvələ aid tapılan qida qalıqlarının siyahısında ballı spirtli içkinin adı var. Bu içki rus xalqının milli içkilərindən hesab edilir. Qədim zamanlarada ballı spirtli içkinin insana müdriklik, ölümsüzlük, həyat enerjisi, sağlamlıq və sehirli güc vediyi barədə inanaclar olub. Uzun illər əvvəl ballı içkini arıçılar hazırlayırdılar. Onlar balı palıd çəlləklərə dolduraraq onu torpaqda basdırıblar. Çəllək torpağın altında 5-20 il qalmış və təbii yollarla qıcqırmışdır. Sonra balı qaynatmış və soyuduqdan sonra su ilə qarışdırmışlar. Bu içkidən uşaq dünyaya gəldikdə və bayram günlərində qəbul edilib. Hazırlanma üsulundan asılı olaraq ballı spirtli içkinin müxtəlif növləri var. * sərtlik dərəcəsinə və saxlanma müddətinə görə(gənc, adı, sərt, üzünömürlü) * spirtli və spirtsiz olmasına görə * tərkibində balın miqdarının az və ya çox olmasına görə * tərkibində spirtin miqdarının az və ya çox olmasına görə * qıcqırma prosesinin hansı dərəcədə getdiyinə görə * tərkibində olan xmel, zəncəfil, darçın, mixək, itburnu və acı istiotun miqdarına görə. Ballı içkinin ev şəraitində hazırlanması çox asandır. Onu aşağıdakı qaydada hazırlayırlar: 1. Qaynatmamaq üsulu ilə Bir litr qaynar suya 50 qram bal və təmiz yuyulmuş kişmiş əlavə edilir. Bal suda tamamilə həll edilir. Kişmişin əlavə edilməsində məqsəd ballı suyun tərkibində qıcqırma bakteriyalarının əmələ gəlməsinə nail olmaqdır. Sonra qarışım otaq temperaturunda 2 gün saxlanılır. Qarışım ikiqat tənzifdən süzülür, şüşələrə doldurulur və ağzı kip bağlanır. Zövqə görə qarışıma müxtəlif təbii dadlandırıcılar əlavə etmək olar. Dadlandırıcıları ballı su qaynadılan zaman əlavə etmək lazımdır. 2. Qaynatmaq üsuli ilə Bu çoxlu miqdarda balla(5,5 kq bal) hazırlanır. Bu zaman 5,5 kq bal, 19 litr su, 1 ədəd limon və 10 qram mayadan istifadə edilir. Hazırlamaq üçün bal 6 litr suda limonla birlikdə qaynadılır. Qaynama prosesi 15 dəqiqə olmalıdır. Soyuduqdan sonra isə maya əlavə edilib yenidən qarışdırılır. Qarışım şüşə qablalara tökülür və 4-6 ay müddətində saxlanılır. Qarışımı yeməkdən əvvəl qəbul etmək lazımdır. Bu iştahanın artmasına və bağırsağın mikroflorasının yaxşılaşmasına səbəb olur. Ballı su unikal faydalı tərkibə və təsirə malikdir. Onun tərkibində çoxlu miqdarda vitaminlər, minerallar və mikroelementlər var. O orqanizmə iltihab əleyhinə, antibakterial, allergiya əleyhinə və bakteriasid təsir bağışlayır. Soyuqlama, angina və tonzillit zamanı bu içkini isti halda içirlər. Bu içki sidikqovucu təsirə malikdir. Ballı su toplanmış seliyin ifrazını sürətləndirir və onun orqanizmdən xaric olunmasına səbəb olur. Ballı sudan bütün xəstəliklərin profilaktikası məqsədilə istifadə edilir. Ürək çatışmazlığı daxil olmaqla bütün ürək xəstəliklərinin müalicə və profilaktikası üçün ballı su içmək lazımdır. Bunun üçün gündə bir dəfə yeməkdən əvvəl 70 qram balı 30 qram şərabla qarışdırıb içmək lazımdır. 200 qram ballı su və nanə qarışımı yuxunu yaxşılaşdırır və əsəb sistemini sakitləşdirir. Qaraciyər çatışmazlığı zamanı 70 qram ballı su ilə 150 qram qazlı suyu qarışdırıb içmək lazımdır. Bağırsaqların normal işləmədiyi zamanlarda(qəbizlik və ishal) eyni miqdarda ballı su və qırmızı şərabı qarışdırıb içməkdə fayda var. Bala və ballı suda olanlara qarşı allergiyası olanlara ballı su içmək məsləhət görülmür. Hamilə qadınlara ballı su içmək məsləhət götülmür. Bu uşaqlıq əzələsinin tonuslanmasına səbəb olur ki, bu da uşaqsalmaya səbəb ola bilir. Hamilə və uşaqəmizdirən qadınlara, 18 yaşına qədər olan uşaqlara spirtli ballı su içmək məsləhət görülmür.
Bu xəbəri də oxu: Qarabaşaq, ləpə və qəhvənin orqanizmə inanılmaz faydaları
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İsrailə bu ölkədə törədil
Qarnın sol bölgəsində mövcud olan və yediklərimizin içərisində toplana
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Senatının Xarici �
Günlük qidalanmamız zamanı mütləq şəkildə meyvə və tərəvəzlərdən
İş başlamadan, İrandakı səfirliyimizə hücum haqda heç bir məlumat yay�
Eq-noq süd və toyuq yumurtasından hazırlanmış şirin kokteyldir. Eq-noq al
Qaraciyər yağlanması son zamanlar yeyilən keyfiyyətsiz qidalar səbəbində
Məşhur "iPhone 12" modelinin qiyməti təxminən 2 dəfə ucuzlaşı
Ayaq baş barmağında çıxıntı, ayaqda ağrıların səbəbi sevə-sevə gey
Türkiyənin məşhur etnoloq, yazıçı və kolleksiyaçısı Sabiha Tansuğ 88
Hazırda doğulan hər 68 uşaqdan birinə təsir edən autizm xəstəliyinin bi
37 yaşlı supermodel İrina Şeyk Paris küçələrində gəzişib. O, müvafiq
Öd kisəsi əksər zaman böyük ağrılar yaratmaz. Ancaq zədələndiyi zaman
Britaniyalı aktyor Rege Jan-Peyc dünyanın ən yaraşıqlı kişisi seçilib.
Xarici hamiləlik, mayalanmış yumurtanın uşaqlıqdan kənarda yerləşib bö