Göyəm haqqında


Digərləri 28 Yan 2023 08:05:00 299 0

Göyəm haqqında

Göyəm çox da iri olmayan göyəm ağacının meyvəsidir. Göyəm ağacı kol bitkisinə bənzədiyi üçün onun kol və ya ağac olduğunu qarışdıranlar da var. Onun boyu 1-4 metr, bəzi hallarda isə 8 metr hündürlüyə qədər qalxa bilir. Göyəm ağacının budaqları yanlara doğru düz inkişaf edir, ondan isə kiçik budaqlar çıxır. Göyəmin yarpaqları oval şəklində və yaşıl rəngdə olur. Yaz aylarında göyəm ağacı daha yaraşıqlı olur. Onun ağ rəngli çiçəkləri ağacın hər tərəfini örtərək gözəl görüntüyə sahib olur. Göyəm aprel-may aylarında çiçəkləyir, çiçəklər töküldükdən sonra isə meyvələr yetişməyə başlayər. Göyəm əkildikdən 2-3 il sonra meyvə verməyə başlayır. Onun meyvələrində bir tum olur. Göyəm meyvəsi dairəvi, tünd göy-qara rəngdə, qabığı zərif boz örtüklə örtülmüş olur. Onun meyvələrinin diametri növündən asılı olaraq 10-15 mm ölçüdə olur. Meyvələr avqust-sentyabr aylarında yetişir və lətini tumundan ayırmaq çətin olur. Göyəmin dadı turşa meyilli şirin və yeməlidir.Havalar çox soyuq olduğu zaman meyvələrin həcmi kiçilir, amma, yenə də dadı əvvəlki kimi qalır. Göyəm Kiçik Asiya ölkələrində, Qərbi Avropada, Aralıq dənizi ölkələrində, Rusiyanın Avropaya yaxın yerlərində,Qafqazda və Qərbi Sibirdə yabanı halda bitir. Göyəmin tərkibində saxaroza, fruktoza, alma sirkəsi, pekrin, karbohidratlar, steroidlər, triterlenoidlər, azot birləşmələri, karotin, tanin, qətran, katexin, C, E vitaminləri, flavonoidlər, yüksək miqdarda spirt, prunazin qlikozidi, mineral duzlar,yağlar(linolen, palmitin, stearin, olein, eleosteorin) var. Göyəmin yarpaqları C və E vitaminləri, fenolaskorbin, antosian, flavonoidlərlə zəngindir. Göyəm meyvəsinin hər halından (kompot, kisel, mürəbbə, çem və təzə) mədə və bağırsaq xəstəlikləri zamanı istifadə edilir. Yaralı kolit, dizenteriya, qida toksikoinfeklsiyaları və kandidamikoz xəstəlikləri zamanı göyəm və ondan hazırlanan qidalar orqanizmə çox faydalı təsir göstərir. Bağırsaq infeksiyaları zamanı göyəmdən hazırlanan şərab xəstəliyin sağalmasına səbəb olur. Göyəm meyvəsi antiseptik, sidikqovucu və orqanizmi möhkəmləndirici təsir göstərir. O ürəkbulanmanı kəsir, maddələr mübadiləsini yaxşılaşdırır, sinir sistemini sakitləşdirir. Göyəmin cavan yarpaqlarından çay dəmləyinb içmək qəbizliyi aradan qaldırır, artıq mayenin xaric olmasını sürətləndirir. Onun kökündən qızdırmasalıcı kimi istifadə edilir. Göyəm meyvəsi qeyri-spesifik kolit, dizenteriya, ishal, zəhərlənmələr və toksikoinfeksiya xəstəliklərinin əlamətlərini azaldaraq xəstəliyin sağalmasının sürətləndirir. Göyəmdən mədə, bağırsaq, qara ciyər, böyrəklər, nevralgiya, avitaminoz və maddələr mübadiləsinin pozğunluqları zamanı geniş istifadə olunur. Göyəmdən hazırlanan preparatlar iltihab əleyhinə, diuretik, bəlğəmgətirici, antibakterial təsirə malik olur. Göyəm çiçəklərinin dəmləməsi maddələr mübadiləsini yaxşılaşdırır, dəri xəstəliklərini sağaldır, bağırsaqların peristaltikasını normallaşdırır, revmatizma, frunkullar və digər irinli xəstəliklər zamanı xəstəliyin sağalmasına səbəb olur. Təzə çəkilmiş göyəm şirəsi sarılıq əlamətlərini aradan qaldırır. Onun çiçəklərindən dəmllənmiş çayı qəbizlikdən əziyyət çəkən uşaqlara verməkdə fayda var. Dəri xəstəlikləri zamanı təzə göyəm şirəsini kompores şəklində qoymaq səpgiləri sağaldır. Mədə-bağırsaq narahatçılıqları və lyamblya xəstəliyi zamanı təzə göyəm şirəsi içməkdə fayda var. Onun çiçəklərindən hazırlanan dəmləmə ağız boşluğu və boğazda olan xəstəliklərin sağalmasını sürətləndirir. Göyəm çiçəyinin dəmləməsi təzyiqi aşağı salır, damar tıxanıqlığının qarşısını alır. Dəmləməni sirkə ilə qarışdırrıb irinli yaraları silddikdə xəstəliyin əlamətləri aradan qalxır. Çiçəyinin dəmləməsi sistit, nefrit və xroniki qəbizlik xəstəliyinin sağalmasına səbəb olur. Göyəmin çəyirdəyini udmaq olmaz. Onun tumunda zəhərli sinil turşusu var.  Mütəxəxssislər göyəmdən hazırlanan konservləşdirilmiş məmulatların bir ildən artıq saxlanılmasın əleyhinədirlər. Buna səbəb isə çəyirdəyin tərkibində olan zəhərin qidalara keçə bilməsidir. Çərdəksiz konserv məmulatlarını isə bir-neçə il saxlamaq mümkündür. Göyəm çox turş dada malik olan meyvə olduğu üçün o mədə turşuluğunun çoxluğundan, qastritdən, mədə yarasından əziyyət çəkənlərdə narahatçılıqlara səbəb ola bilir. Buna görə də belə adamlar yedikləri göyəm meyvəsinin miqdarına diqqət yetirməlidirlər. Nadir hallarda göyəm allergik reaksiyaların baş verməsinə səbəb ola bilir.

Ukrayna böhranı: Silah satışı like
  • 28 Yan 08:04  
Siyasət Ukrayna böhranı: Silah satışı

ABŞ-ın silah satışı 2022-ci ildə təxminən 50 faiz artıb.

arrow Ətraflı
İran Ermənistanda "modern keçid məntəqəsi" like
  • 28 Yan 08:02  
Digərləri İran Ermənistanda "modern keçid məntəqəsi"

Ermənistanın Dövlət Gəlirləri Komitəsi ilə İranın "Tana Energy Ma

arrow Ətraflı
Bənövşəni xalq təbabətində necə istifadə edirlər? like
  • 28 Yan 08:01  
Digərləri Bənövşəni xalq təbabətində necə istifadə edirlər?

Xalq arasında dəvərəgöz bənövşə adı ilə adlandırılan bu çiçəyin

arrow Ətraflı
Rəisidən xüsusi göstəriş: Səfirliyə like
  • 28 Yan 08:00  
Siyasət Rəisidən xüsusi göstəriş: Səfirliyə

İran Prezidenti İbrahim Rəisi Tehranda Azərbaycan səfirliyinə qarşı tör

arrow Ətraflı
Erməni diplomat sükan arxasında like
  • 28 Yan 07:55  
Siyasət Erməni diplomat sükan arxasında

Ermənistanın ABŞ-dakı səfirinin sabiq müavini Armen Xarazyan 56 yaşında

arrow Ətraflı
Klementin like
  • 28 Yan 07:51  
Digərləri Klementin

Klementin sitrus bitkisi olub tanjelonun müxtəlif növlərindən biri sayılı

arrow Ətraflı
Terrorçu Səhər TVyə müsahibə verdi like
  • 28 Yan 07:45  
Siyasət Terrorçu Səhər TVyə müsahibə verdi

Daim Azərbaycana qarşı qaralama kampaniyası aparan İranın "Səhər&qu

arrow Ətraflı
40 yaşdan yuxarı olanlar üçün kakaonun faydaları like
  • 28 Yan 07:41  
Digərləri 40 yaşdan yuxarı olanlar üçün kakaonun faydaları

Dadlı kakao içkisi insan orqanizminə enerji verir, onu virus və infeksiyalar

arrow Ətraflı
Səfirliyimizə hücumla bağlı türk generaldan like
  • 28 Yan 07:35  
Siyasət Səfirliyimizə hücumla bağlı türk generaldan

Azərbaycanın İrandakı səfirliyinə hücum edən terrorçu bilərəkdən ora

arrow Ətraflı
Ballı spirtli içki like
  • 28 Yan 07:31  
Digərləri Ballı spirtli içki

Ballı spirtli içki tərkibində bal və 5 - 16*spirt olan alkohollu içkidir.

arrow Ətraflı
Azərbaycan İsrailə başsağlığı like
  • 28 Yan 07:25  
Siyasət Azərbaycan İsrailə başsağlığı

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İsrailə bu ölkədə törədil

arrow Ətraflı
Mədə xərçəngi nədir?  Əlamətləri like
  • 28 Yan 07:21  
Digərləri Mədə xərçəngi nədir? Əlamətləri

Qarnın sol bölgəsində mövcud olan və yediklərimizin içərisində toplana

arrow Ətraflı
Fransadakı səfirimiz ilə Senatın Komitə sədri arasında like
  • 28 Yan 07:15  
Siyasət Fransadakı səfirimiz ilə Senatın Komitə sədri arasında

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Senatının Xarici �

arrow Ətraflı
Meyvə şirələri sandığınız qədər faydalı deyil like
  • 28 Yan 07:11  
Digərləri Meyvə şirələri sandığınız qədər faydalı deyil

Günlük qidalanmamız zamanı mütləq şəkildə meyvə və tərəvəzlərdən

arrow Ətraflı
Tehran və İrəvanın Bakıya savaşı – like
  • 28 Yan 07:05  
Siyasət Tehran və İrəvanın Bakıya savaşı –

İş başlamadan, İrandakı səfirliyimizə hücum haqda heç bir məlumat yay�

arrow Ətraflı