QMİ bugünkü terrorla bağlı bəyanat yaydı


Digərləri 27 Yan 2023 18:42:00 344 0

QMİ bugünkü terrorla bağlı bəyanat yaydı

Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı bəyanat yayıb.

Bu xəbəri də oxu: Vatsapda yeni funksiya

QMİ-dən verilən məlumata görə bəyanatda deyilir:

"Qafqaz Müsəlmanları İdarəsi 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin binasına qarşı törədilən təcavüz aktını qətiyyətlə pisləyir və siyasi məqsədli terror aktı kimi qiymətləndirir. Müstəqil Azərbaycanın suveren ərazisinin - Səfirliyimizin və onun əməkdaşlarının hədəfə alınması ölkəmizə qarşı yönəlmiş və ümumən beynəlxalq hüquqa zidd terror aktıdır.

Tehrandakı Səfirliyimizin mühafizəsini təmin edərkən - dövlətimizin qorunması yolunda qəhrəmancasına şəhid olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, hücumu dəf edərkən yaralanan mühafizə əməkdaşlarına Allahdan şəfalar diləyirik.

Birmənalı şəkildə Səfirliyimizə hücumla bağlı bütün məsuliyyəti beynəlxalq hüquq və diplomatik qanunlarla İran tərəfi daşıyır. Bu, diplomatik binaların və diplomatların toxunulmazlığı prinsipinin birbaşa pozulması deməkdir. Səfirliyin təhlükəsizliyinin təmin edilməsi, heç şübhəsiz, Səfirliyin yerləşdiyi ölkənin borcudur. Bu terror hadisəsi İranın son vaxtlar Azərbaycana qarşı nümayiş etdirdiyi aqressiv, destruktiv mövqe fonunda şübhə doğurur.

Azərbaycanın dini təsisatı olaraq bəyan edirik ki, ölkəmizə qarşı bu hadisə məzhəbindən asılı olmayaraq Azərbaycan dindarları tərəfindən hiddətlə qarşılanır. Müsəlman qardaşını təhdid edən, əli müsəlman qanına bulaşmış, Allah evlərini murdarlayan tərəfə silah, hərbi yardım söz verən, Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyi ilə eyniləşdirən İran dövlətinin Tehrandakı Səfirliyimizə silahlı hücumu Azərbaycanın dövlət mənafelərinə, xalqımıza birbaşa təhdiddir. Dövlətçiliyimizə qarşı hər hansı təhdidə göz yuma bilmərik. Müqəddəs dinimiz İslam bizə haqqın, ədalətin yanında yer almağı təlqin edir. Dini mərkəz olaraq bəyan edirik ki, bütün Azərbaycan məscidlərində bu mənfur terror hücumu pislənir və hadisənin xalqımıza və dövlətimizə qarşı olan həqiqi mahiyyəti din xadimlərimizin xütbə və moizələrində dindarlara çatdırılacaq.

Ölkəmizə qarşı təxribatların arxasında dayanan və təşkilində iştirak edən qüvvələr bilməlidirlər ki, Azərbaycan dindarları ölkəmizə qarşı məkrli qüvvələrin təxribatlarını hiddətlə qarşılayır, kəskin pisləyirlər. Azərbaycan Səfirliyinə siyasi sifarişlə hücum yolverilməz təxribatdır və bütün Azərbaycan dindarları tələb edirlər ki, İran hökuməti hadisə ilə bağlı lazımi ölçü götürsün, terrorda əli olanları təcili cəzalandırsın.

Uca Allah müstəqilliyimizi, dövlətçiliyimizi hifz etsin! Amin!"

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terro hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Niderland da başsağlığı verdi like
  • 27 Yan 18:39  
Dünya Niderland da başsağlığı verdi

Niderland Azərbaycanın İrandakı səfirliyinə bu gün baş verən zorakı h�

arrow Ətraflı
Mask “Twitter”in yeni səhmlərini satmaq istəyir: Danışıqlar aparılır like
  • 27 Yan 18:29  
Dünya Mask “Twitter”in yeni səhmlərini satmaq istəyir: Danışıqlar aparılır

Milyarder İlon Maskın komandası şirkətin yeni səhmlərini satmağı düş�

arrow Ətraflı
Kamal Abdullayev yenidən Himayəçilik Şurasının sədri seçildi like
  • 27 Yan 18:28  
Digərləri Kamal Abdullayev yenidən Himayəçilik Şurasının sədri seçildi

Yanvarın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayə�

arrow Ətraflı
BƏƏ Tehrandakı səfirliyimizdə törədilən terror aktını qınadı like
  • 27 Yan 18:19  
Dünya BƏƏ Tehrandakı səfirliyimizdə törədilən terror aktını qınadı

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın paytaxtı Tehranda Azərbayca

arrow Ətraflı
Səudiyyə Ərəbistanı Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib like
  • 27 Yan 18:18  
Dünya Səudiyyə Ərəbistanı Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib

Səudiyyə Ərəbistanı Krallığı İranın paytaxtı Tehranda Azərbaycan Res

arrow Ətraflı
Meksika səfirliyimizdə baş verən terror aktını pisləyib like
  • 27 Yan 18:10  
Dünya Meksika səfirliyimizdə baş verən terror aktını pisləyib

Meksikanın Bakıdakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinin terror

arrow Ətraflı
"Bizdən artıq bunu gözləməyin"  VİDEO like
  • 27 Yan 18:09  
Şou-biznes "Bizdən artıq bunu gözləməyin" VİDEO

Bir müddət əvvəl barışan müğənni Xatun Əliyeva və rəqqasə Fatimə F

arrow Ətraflı
Yaponiya səfirliyi Azərbaycana başsağlığı verib like
  • 27 Yan 18:01  
Dünya Yaponiya səfirliyi Azərbaycana başsağlığı verib

Yaponiyanın Azərbaycandakı səfirliyi ölkəmizin İrandakı səfirliyində b

arrow Ətraflı
"Hikmət Hacıyevlə görüşüb, Britaniya hökumətinin başsağlığını çatdırdım" like
  • 27 Yan 18:00  
Dünya "Hikmət Hacıyevlə görüşüb, Britaniya hökumətinin başsağlığını çatdırdım"

Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld Azərbaycan Prezidentin

arrow Ətraflı
Təqsirkarların layiqli cəza alacaqlarına ümid edirik  Rusiya səfirliyi like
  • 27 Yan 17:59  
Dünya Təqsirkarların layiqli cəza alacaqlarına ümid edirik Rusiya səfirliyi

Azərbaycanın Tehrandakı səfirliyinə edilən və mühafizə xidmətinin rəi

arrow Ətraflı
Üzərindən 90 qram "patı" çıxdı  VİDEO  FOTO like
  • 27 Yan 17:51  
Kriminal Üzərindən 90 qram "patı" çıxdı VİDEO FOTO

Bakıda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şə

arrow Ətraflı
Misir bu ağırlı hadisədə Azərbaycanla tam həmrəydir  XİN like
  • 27 Yan 17:50  
Dünya Misir bu ağırlı hadisədə Azərbaycanla tam həmrəydir XİN

Bu gün Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşının səfirliyə h�

arrow Ətraflı
“Onun şəkillərinə baxmağa qorxuram”  VİDEO like
  • 27 Yan 17:40  
Şou-biznes “Onun şəkillərinə baxmağa qorxuram” VİDEO

"Xanımım Röya beş ay xəstəxanada yatıb, müalicələr aldı. Həkiml

arrow Ətraflı
Polşa səfirliyindən Tehrandakı hücuma münasibət like
  • 27 Yan 17:33  
Dünya Polşa səfirliyindən Tehrandakı hücuma münasibət

Polşa səfirliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisl�

arrow Ətraflı
Həlak olanın ailəsinə başsağlığı verirəm  Latviya XİN rəhbəri like
  • 27 Yan 17:32  
Dünya Həlak olanın ailəsinə başsağlığı verirəm Latviya XİN rəhbəri

Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirəm.

arrow Ətraflı