“Onun şəkillərinə baxmağa qorxuram” VİDEO
Şou-biznes 27 Yan 2023 17:40:00 326 0
"Xanımım Röya beş ay xəstəxanada yatıb, müalicələr aldı. Həkimlər onun bir aya yatağında oturacağını, sağalacağını deyirdilər. Onun danışığı da yaxşı idi. Sonradan isə onun danışığında problemlər yarandı. Lakin həkimlər hər şeyin yaxşı olacağına vəd edirdilər. Bu beş ayı onun yanında, xəstəxanada idim. Gecələr də onunla birgə xəstəxanada qalırdım. Çünki o gecələr tək qalmaqdan qorxurdu".
Bu xəbəri də oxu: "Yaprak dökümü"nün aktyorları illər sonra
Son.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri ötən il dekabrın 29-da həyat yoldaşı Röya Zeynallını itirən Xalq artisti Cavan Zeynallı "Səhər mərkəzi" verilişinə müsahibəsində deyib.
77 yaşlı sənətkar bildirib ki, aylar əvvəl Bakıdakı həkimlər xanımının sağalacağını vəd etsələr də, lakin Röya xanım dünyasını dəyişib:
"Bakıdaki həkimlərin dediklərinə inandıq. Mən də xanımımın yaxşı olacağını gözləyirdim. Röya xanımı Türkiyəyə müalicə üçün apara bilmədim. Çünki orada müalicələr və xəstəxanalar çox bahalıdır. Bunun üçünsə sponsor tapmaq lazım idi. Sponsor tapmaq isə mənlik deyil.
Müğənnilərə fikrininz getməsin. Onlar oyana-buyana gedib sponsor tapa bilirlər. Mən isə utanıram sponsor axtarıb, tapmağa. Röya xanım 69 yaşında dünyasını dəyişdi. Depressiyaya düşdüm. Necə olmalıyam ki? (ağlayır) Röya xanım sevimli, qayğıkeş, ağıllı gözəl insan idi.
Onun sözlərinə mahnı yazmışdım. Hərdən o nəğməni ifa edirdim. Röya xanım çox utancaq bir insan idi. Deyirdi, heç kimə söyləmə ki, bu mahnının sözlərini mən yazmışam. Bunu axı necə deməyim? Fəxr edirəm ki, onun sözlərinə mahnı yazıb, oxumuşam".
C.Zeynallının sözlərinə görə, onlar övlad sahibi olmaq istəsələrdə, lakin xanımında olan problem cütlüyün bu arzusunu ürəyində qoyub:
"Övladımızda olmadı. Belə oldu, nə edək? Bu Allahın bir işidir. Çox istəyirdim ki, övladımız olsun. Amma problem vardı. Problem isə Röya xanımda idi".
Xalq artisti mərhum həyat yoldaşının 40 mərasiminin Qusarda fevralın altısında baş tutacağını açıqlayıb:
Polşa səfirliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisl�
Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirəm.
Azərbaycanın İrandakı səfirliyinə bu namərd hücum bizi dərindən qəzə
Müğənni Talıb Tale yeni klipini ərsəyə gətirib.
Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücumu şiddətlə qınay
İran molla-fars rejiminin Azərbaycana qarşı kini-küdurəti artıq sərhədl
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Azərbaycanın İrandakı�
Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü hacı Surxay Məmm
Azərbaycanın Tehrandakı səfirliyində bir mühafizə əməkdaşının şəhi
Xəbər verdiyimiz kimi, Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azə
Bu gün Rusiya sülhməramlılarına məxsus daha 7 avtomobil Laçın yolundan k
Bu gün səhər saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyin�
"İran Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının nət
Danimarkanın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə (Xİ
Təhlükəsizlik xidmətinin igid azərbaycanlı əməkdaşları bu gün günahs