Silahlı terrorçunu əliyalın zərərsizləşdirən qəhrəmanın anası: "Danışdıq, dedim səs at..."


Digərləri 27 Yan 2023 16:29:00 195 0

Silahlı terrorçunu əliyalın zərərsizləşdirən qəhrəmanın anası: "Danışdıq, dedim səs at..."

Bu gün səhər saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində yaralananlardan biri də Vasif Naqif oğlu Tağıyevdir. O, əliyalın olmasına baxmayaraq silahlı terrorçunu zərərsizləşdirə və terror aktı zamanı daha çox insanın xəsarət almasına mane ola bilib. Nəticədə özü avtomat qundağı zərbəsindən və şüşə qırıntısından xəsarət alıb.

Son.az bildirir ki, sfera.az-ın əməkdaşı qəhrəmanımızın anası Təranə xanımla həmsöhbət olub.  Müsahibimiz övladının cəsarətli addımını təqdir etməklə yanaşı, kifayət qədər narahat qaldıqlarını deyib:

"Bir ana üçün bu, ancaq fəxr ola bilər. Amma həm də bütün günü həyəcan keçirmişəm. Vasifin oradakı yoldaşı güllə yarasından vəfat etdi, buna görə pis olduq. Həm də övladımın o vəziyyətdə olması məni qorxutdu. Səfirliyin binasında işçilərin ailələri də yaşayır, Vasif  bu hərəkəti etməsəydi, əlində avtomat olan şəxs onların hamısına zərər verəcəkdi, bəlkə də...

Bayaqdan gözlərimin yaşı dayanmır. Balalarımız yazıqdır, heç birinə heç nə olmasın. Bir ana kimi Vasiflə həm qürur duyur, həm də ona dua edirəm".

Təranə xanım artıq oğlu əlaqə yaratdığını bildirib: "Vasif indi həkimlərin nəzarətindədir, üzündən yaralanıb. İnşallah vəziyyəti düzələr, evinə-eşiyinə dönər. Özü ilə bir dəfə əlaqə saxladıq. Yazdım ki, Vasif, səsini mənə göndər, narahat qalmayım. "Ana, yaxşıyam, narahat olma" desə də, cavabı məni qane etmədi. Oğlumla görüntülü danışmaq, bu bəladan necə qutardığını görmək istərdim. Danışdıq, gördüm ki, üz-gözü, üst-başı qanın içindədir. Bir anlıq elə bildim ki, güllə yarasıdır, amma Vasif elə olmadığını dedi. Bilmirəm, yalan deyir ya yox, amma əsas odur ki, səsini eşitdim".

Vasif Tağıyevin xalası, həm də müəllimi Nəzakət xanım da saytımızın əməkdaşı ilə həmsöhbət olub.

O, sfera.az-a açıqlamasında Vasifin qəhrəmanlıq nümayiş etdirdiyi videoya baxdığını, fərqli hisslər keçirdiyini deyib:

"Vasif Şuşalıdır, Xocalı məktəbinin yetişdirməsidir. Vasif orada çox böyük qəhrəmanlıq etdi, terrorçunun qarşısını almağı bacardı. Videodan göründüyü kimi Vasif əliyalın terrorçunun üstünə hücum edir, ona digər yoldaşlarına zərər vurmağa imkan vermir. Hamımız Vasiflə qürur duyuruq, halal olsun ona".

Müsahibimiz Vasif Tağıyevin elə uşaqlıqdan cəsarətli  olduğunu vurğulayıb: "Mən həm də onun müəlliməsi olmuşam. Vasif həmişə mərd olub. O, qorxmaz oğuldur. Bu hadisə oldu-olmadı, onunla fəxr edirik".

"İrandan Azərbaycan səfirliyinə hücumun şəffaf araşdırılmasını gözləyə bilmərik" like
  • 27 Yan 16:20  
Siyasət "İrandan Azərbaycan səfirliyinə hücumun şəffaf araşdırılmasını gözləyə bilmərik"

"İran Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının nət

arrow Ətraflı
Türkiyə Danimarkaya nota verdi  Qurana görə like
  • 27 Yan 16:19  
Digərləri Türkiyə Danimarkaya nota verdi Qurana görə

Danimarkanın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə (Xİ

arrow Ətraflı
Prezidentin köməkçisi: Həlak olanın ruhu şad olsun like
  • 27 Yan 16:11  
Siyasət Prezidentin köməkçisi: Həlak olanın ruhu şad olsun

Təhlükəsizlik xidmətinin igid azərbaycanlı əməkdaşları bu gün günahs

arrow Ətraflı
"Diplomatik missiyalara qarşı hücumlar qəbuledilməzdir" like
  • 27 Yan 16:10  
Siyasət "Diplomatik missiyalara qarşı hücumlar qəbuledilməzdir"

Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyir

arrow Ətraflı
20 manata boş kağıza imza çəkdilər, 902 min manat vergi borcu gəldi  VİDEO like
  • 27 Yan 16:09  
Digərləri 20 manata boş kağıza imza çəkdilər, 902 min manat vergi borcu gəldi VİDEO

Bakıda bir məhəllədə yaşayan 13 gəncin 1 milyon manata yaxın vergi borcu

arrow Ətraflı
Tehranın polis rəisi işdən qovuldu like
  • 27 Yan 16:01  
Digərləri Tehranın polis rəisi işdən qovuldu

İranda səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan

arrow Ətraflı
Cavanşir Quliyevə nə olub?  "Həkimlər dedi ki..."  FOTO like
  • 27 Yan 16:00  
Şou-biznes Cavanşir Quliyevə nə olub? "Həkimlər dedi ki..." FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Aygün Kazımova ad gününü

arrow Ətraflı
Səfirliyimizə hücumdan öncə İSNA bu “işarəni” verib like
  • 27 Yan 15:49  
Digərləri Səfirliyimizə hücumdan öncə İSNA bu “işarəni” verib

Bu gün səhər saat 5:30-da İranın rəsmi İSNA xəbər agentliyi Azərbaycan

arrow Ətraflı
Dayanacaqdan qızı oğurlayıb zorladılar  VİDEO like
  • 27 Yan 15:40  
Dünya Dayanacaqdan qızı oğurlayıb zorladılar VİDEO

İnternetdə Moskva Dairəvi Yolunda dayanacaqdan qızın qaçırılmasının vi

arrow Ətraflı
“Kinematoqrafçılar ittifaqında məni saymırlar” like
  • 27 Yan 15:31  
Şou-biznes “Kinematoqrafçılar ittifaqında məni saymırlar”

Bir qrup mədəniyyət və incəsənət xadimi Azərbaycan Respublikası Kinemat

arrow Ətraflı
Kimsə bunun niyə İranda baş verdiyinə təəccübləndi? like
  • 27 Yan 15:30  
Siyasət Kimsə bunun niyə İranda baş verdiyinə təəccübləndi?

İsrail Azərbaycanın İrandakı diplomatik missiyasına hücumu kəskin şəki

arrow Ətraflı
Qətiyyətlə pisləyirik  Gürcüstan XİN like
  • 27 Yan 15:21  
Digərləri Qətiyyətlə pisləyirik Gürcüstan XİN

Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirik.

arrow Ətraflı
Ombudsman terrorla bağlı bəyanat yayıb like
  • 27 Yan 15:19  
Siyasət Ombudsman terrorla bağlı bəyanat yayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

arrow Ətraflı
“Bu, İran xüsusi xidmət orqanlarının təşkil etdiyi terror aktıdır”  Bəyanat like
  • 27 Yan 15:18  
Siyasət “Bu, İran xüsusi xidmət orqanlarının təşkil etdiyi terror aktıdır” Bəyanat

Dünya azərbaycanlıları ölkəmizin İran İslam Respublikasındakı səfirli

arrow Ətraflı