“Kinematoqrafçılar ittifaqında məni saymırlar”
Şou-biznes 27 Yan 2023 15:31:00 294 0
Bir qrup mədəniyyət və incəsənət xadimi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzlüyündən imtina edib. İttifaqın üzvlüyündən ümumilikdə 20-yə yaxın incəsənət nümayəndəsinin imtina etdiyi deyilir. Onlar arasında Xalq artisi Əbdül Mahmudov, Xalq artisti Ramiz Məlikov, Əməkdar İncəsənət Xadimi Yavər Rzayev, Əməkdar artist Gülşad Baxşıyeva, Əməkdar artist Münəvvər Əliyevanın da var.
Bu xəbəri də oxu: "Atasının təhsili üçün illər əvvəl satdığı maşını alıb, ona bağışladı"
Respublikanın əməkdar artisti Gülşad Baxşıyeva moderator.az-a açıqlamasında sözügedən məsələni təkzib edib:
"Mən Kinematoqrafçılar İttifaqının üzvlüyündən imtina etməmişəm. Mən demişəm ki, ittifaqın üzvü olduğum müddətdə heç yerə çağırılmamışam, tədbirlərdə iştirak etməmişəm, konfranslarda olmamışam. Yəni, məni dəvət etməyiblər. Hətta, məndə ittifaqın vəsiqəsi belə yoxdur. Yəni ki, orada nə baş verir, mən bilmirəm. O cümlədən, üzvlükdən imtina etmək niyyətim də yoxdur Çünki mən orada onsuz da yox kimiyəm, niyə çıxmalıyam ki? Üstəlik, ora kiminsə atasının şəxsi ittifaqı deyil ki, küsüb, çıxıb gedim. Bu, dövlətin ittifaqıdır. Məni saysalar da, saymasalar da mənim getmək fikrim yoxdur. O ki, qaldı ittifaqda nə baş verir, müəyyən qurumlar araşdırma aparacaqlar və hər şey məlum olacaq".
"Mən fikir verirəm ki, ittifaqda ciddi mübarizə gedir. Belə ki, hər bir yaşlı nəsil istəyir ki, ittifaqın rəhbərliyinə ya normal adam gəlsin, ya da özü. Bunun üstündə dava-qırğın gedir. Şəxsən mən ora namizədliyimi heç vaxt vermərəm. Çünki o elə bir işdir ki, daha aktiv, daha iş bilən və cavan adam lazımdır. Vəssəlam"-deyə, əməkdar artist vurğulayıb.
Aktrisa ittifaqda ona olan biganə münasibətə də toxunub: "Mən Ali təhsil ocağında kafedra müdiriyəm. İclas keçirir və müəllimləri iclasa dəvət edirəm. Bəzi müəllimlər iclasa gəlməyəndə, mən onları bir də dəvət etmirəm. Onlar mənə mesaj verirlər ki, biz səni saymırıq, mən də deyirəm ki, mən də sizi saymıram. Yəqin, ittifaqda da məni saymırlar, məni aktrisa bilmirlər və ya özlərinə yaraşdırmır, yuxarıdan aşağı baxırlar. Amma ora kiminsə şəxsi malı deyil, dövlət səviyyəli qurumdur".
İsrail Azərbaycanın İrandakı diplomatik missiyasına hücumu kəskin şəki
Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirik.
Rejim istəməsə, İranda səfirliyə hücum olmaz.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Dünya azərbaycanlıları ölkəmizin İran İslam Respublikasındakı səfirli
Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Azərbaycanın İrandakı səfi
Azərbaycanla münasibətləri gücləndirmək istəyən beynəlxalq tərəfdaş
Qırğızıstanın Azərbaycandakı səfirliyi İrandakı səfirliyimizə terror
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizin İran İslam Respublikasınd
27 yanvar İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri
Əməkdar jurnalist Ləman Ələşrəfqızına ağır itki üz verib.
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi yanvarın 27-d
Azərbaycanın Tehrandakı səfirliyinə xain hücumu qətiyyətlə pisləyirik.
Mərakeşin Azərbaycandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinə
Ermənistanın Baş naziri Nikol Paşinyan gözlənilmədən İrəvanın Qaraba�