Ombudsman terrorla bağlı bəyanat yayıb


Siyasət 27 Yan 2023 15:19:00 266 0

Ombudsman terrorla bağlı bəyanat yayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilən hücumla bağlı bəyanat yayıb.

Ombudsman Aparatından verilən məlumata görə, bəyanatda deyilir:

Bu gün səhər saatlarında ölkəmizin İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktını qətiyyətlə qınayırıq. Bu alçaq hücum nəticəsində öz xidməti fəaliyyətini həyata keçirərkən diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olmuş, səfirliyin iki nəfər əməkdaşı isə xəsarət almışdır.

Baş verən hadisə ilk növbədə "Diplomatik əlaqələr haqqında" 1961-ci il tarixli Vyana Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasıdır. Belə ki, Vyana Konvensiyasının 22-ci maddəsinə əsasən, nümayəndəlik binaları toxunulmazdır, nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq, nümayəndəliyin normal fəaliyyətinin təmini üçün lazımi tədbirlər görmək ev sahibi olan dövlətin vəzifəsidir.

Baş verən cinayət hadisəsi həm də "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən, diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" 1973-cü il tarixli Konvensiyasının tələblərinin kobud pozuntusudur.

Bəşəriyyət üçün ən təhlükəli təhdidlərdən biri olan terrorizm cinayətinin qurbanı olmuş və öz xidməti vəzifəsini icra edərkən həlak olmuş səfirlik əməkdaşına Allahdan rəhmət, ailəsinə səbir, yaralananlara şəfa diləyirəm.

Bu qanlı terror aktı İran hökuməti tərəfindən tezliklə araşdırılmalı, cinayətkarlar cəzalandırılmalı, beynəlxalq sənədlərə əsasən müəyyən edilmiş öhdəliklər yerinə yetirilməlidir.

“Bu, İran xüsusi xidmət orqanlarının təşkil etdiyi terror aktıdır”  Bəyanat like
  • 27 Yan 15:18  
Siyasət “Bu, İran xüsusi xidmət orqanlarının təşkil etdiyi terror aktıdır” Bəyanat

Dünya azərbaycanlıları ölkəmizin İran İslam Respublikasındakı səfirli

arrow Ətraflı
Azərbaycanın İrandakı səfirindən terror hücumu ilə bağlı açıqlama like
  • 27 Yan 15:11  
Siyasət Azərbaycanın İrandakı səfirindən terror hücumu ilə bağlı açıqlama

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Azərbaycanın İrandakı səfi

arrow Ətraflı
Azərbaycan və Misir əməkdaşlığın inkişaf etdirilməsinə dair böyük potensiala malikdir like
  • 27 Yan 15:10  
Digərləri Azərbaycan və Misir əməkdaşlığın inkişaf etdirilməsinə dair böyük potensiala malikdir

Azərbaycanla münasibətləri gücləndirmək istəyən beynəlxalq tərəfdaş

arrow Ətraflı
Qırğızıstan da Azərbaycana başsağlığı verdi like
  • 27 Yan 15:09  
Digərləri Qırğızıstan da Azərbaycana başsağlığı verdi

Qırğızıstanın Azərbaycandakı səfirliyi İrandakı səfirliyimizə terror

arrow Ətraflı
Sahibə Qafarova terror aktından yazdı like
  • 27 Yan 15:06  
Siyasət Sahibə Qafarova terror aktından yazdı

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizin İran İslam Respublikasınd

arrow Ətraflı
İran səfiri Xarici İşlər Nazirliyinə çağırıldı like
  • 27 Yan 15:05  
Siyasət İran səfiri Xarici İşlər Nazirliyinə çağırıldı

27 yanvar İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri

arrow Ətraflı
Ləman Ələşrəfqızının anası vəfat etdi like
  • 27 Yan 15:00  
Digərləri Ləman Ələşrəfqızının anası vəfat etdi

Əməkdar jurnalist Ləman Ələşrəfqızına ağır itki üz verib.

arrow Ətraflı
Misir Prezidenti Azərbaycana gəlib like
  • 27 Yan 14:55  
Siyasət Misir Prezidenti Azərbaycana gəlib

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi yanvarın 27-d

arrow Ətraflı
Mərakeş Azərbaycana başsağlığı verib like
  • 27 Yan 14:50  
Siyasət Mərakeş Azərbaycana başsağlığı verib

Mərakeşin Azərbaycandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinə

arrow Ətraflı
Paşinyan məxfi “Qarabağ planı”nı ağzından qaçırdı  Petrov like
  • 27 Yan 14:49  
Digərləri Paşinyan məxfi “Qarabağ planı”nı ağzından qaçırdı Petrov

Ermənistanın Baş naziri Nikol Paşinyan gözlənilmədən İrəvanın Qaraba�

arrow Ətraflı
Səfirliyimizdə terrorçu ilə döyüşən şəxs kimdir?  VİDEO like
  • 27 Yan 14:40  
Digərləri Səfirliyimizdə terrorçu ilə döyüşən şəxs kimdir? VİDEO

Bu gün səhər saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyin�

arrow Ətraflı
Aparıcı Vüsalə də oxumağa başladı like
  • 27 Yan 14:31  
Şou-biznes Aparıcı Vüsalə də oxumağa başladı

ATV telekanalının daha bir aparıcısı ifaçılığa başladı.

arrow Ətraflı
Üzr istə xalqımızdan, ayətullah Xameneyi! like
  • 27 Yan 14:30  
Digərləri Üzr istə xalqımızdan, ayətullah Xameneyi!

Tehranda Azərbaycan səfirliyinə edilən hücum fars molla rejiminin terror�

arrow Ətraflı