Azərbaycan səfirliyinə hücum sifarişlidir və arxasında müəyyən qüvvələrin dayanması şübhə doğurmur Sevil Mikayılova


Siyasət 27 Yan 2023 14:52:00 309 0

Azərbaycan səfirliyinə hücum sifarişlidir və arxasında müəyyən qüvvələrin dayanması şübhə doğurmur  Sevil Mikayılova

Azərbaycanın Tehrandakı səfirliyinə xain hücumu qətiyyətlə pisləyirik. Bu, sıradan cinayət deyil, bu terror cinayətini törədənlərin və onun sifarişçilərinin tezliklə tapılıb cəzalandırılması üçün İran tərəfi lazımi addımlar atmalıdır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, bu hücum sifarişlidir və arxasında müəyyən qüvvələrin dayanması şübhə doğurmur. Lakin Vyana Konvensiyasının şərtlərinə uyğun olaraq, İran hüquq mühafizə orqanlarının Azərbaycan səfirliyinin təhlükəsizliyini təmin etmək öhdəliyi var və baş vermiş hadisə bu öhdəliyin yerinə yetirilməsinə Tehranın məsuliyyətsiz yanaşdığını göstərir.

"Təəssüf ki, son zamanlar İranda Azərbaycan əleyhinə çağırışlar gündən-günə artır, rəsmi Tehran isə qeyri-dost münasibəti sərgiləyərək bu vəziyyəti qaydasına qoymaq üçün heç bir addım atmırdı. Belə düşmən mühitdə, təbii ki, bu cür hərəkətlərin olması istisna deyildi. Baş verən hadisə cavabsız qala bilməz, Azərbaycan hökuməti adekvat addım ataraq tezliklə Tehran səfirliyini boşaltmağı planlaşdırır. Düşünürük ki, diplomatik korpusun təhlükəsizliyini təmin edə bilməyən ölkədə vəziyyət aydınlaşana qədər səfirliyimizin fəaliyyət göstərməsi artıq qeyri-mümkündür. Bu hadisə bir daha göstərdi ki, İranda heç bir səfirliyin, diplomatik nümayəndəliyin toxunulmazlığına zəmanət yoxdur. Məsələn, 1979-cu ildə ABŞ-ın səfirliyinə hücum, 2016-cı ildə Səudiyyə Ərəbistanın Tehrandakı səfirliyinə hücum və Məşəddəki konsulluğunun yandırılması, 2011-ci ildə Birləşmiş Krallıqların səfirliyinə hücum İranın cinayət profayllarında yer alır. Bütün hallarda dövlətlər İran hakimiyyətini onların hüquq mühafizə orqanlarını Vyana Konvensiyasını pozmaqda günahlandırmışdılar".

S.Mikayılova qeyd edib ki, hazırda İran tərəfi məsələnin mahiyyətini təhrif etməyə çalışır, dərin istintaq aparmadan hadisənin məişət zəminində baş verməsi ilə bağlı iddialar yayaraq həqiqəti gizlətməyə çalışır.

"Guya, terrorçu əraziyə uşaqla gəlib və həyat yoldaşını axtarırmış kimi cəfəng məlumatlar yayır. İran xüsusi xidmət orqanlarının belə gülünc davranışı terrorçunu hədəfdən yayındırmaq məqsədi daşıyır. Məsələ burasındadır ki, ərazidə olan polis terrorun qarşısını almaq üçün heç bir cəhd göstərməyib. Bu isə hadisənin planlaşdırılmış, məqsədli törədildiyinə dair əsaslı şübhələr yaradır", - deyə S.Mikayılova əlavə edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Mərakeş Azərbaycana başsağlığı verib like
  • 27 Yan 14:50  
Siyasət Mərakeş Azərbaycana başsağlığı verib

Mərakeşin Azərbaycandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinə

arrow Ətraflı
Paşinyan məxfi “Qarabağ planı”nı ağzından qaçırdı  Petrov like
  • 27 Yan 14:49  
Digərləri Paşinyan məxfi “Qarabağ planı”nı ağzından qaçırdı Petrov

Ermənistanın Baş naziri Nikol Paşinyan gözlənilmədən İrəvanın Qaraba�

arrow Ətraflı
Səfirliyimizdə terrorçu ilə döyüşən şəxs kimdir?  VİDEO like
  • 27 Yan 14:40  
Digərləri Səfirliyimizdə terrorçu ilə döyüşən şəxs kimdir? VİDEO

Bu gün səhər saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyin�

arrow Ətraflı
Aparıcı Vüsalə də oxumağa başladı like
  • 27 Yan 14:31  
Şou-biznes Aparıcı Vüsalə də oxumağa başladı

ATV telekanalının daha bir aparıcısı ifaçılığa başladı.

arrow Ətraflı
Üzr istə xalqımızdan, ayətullah Xameneyi! like
  • 27 Yan 14:30  
Digərləri Üzr istə xalqımızdan, ayətullah Xameneyi!

Tehranda Azərbaycan səfirliyinə edilən hücum fars molla rejiminin terror�

arrow Ətraflı
Naxçıvanda qanunsuz qadağalar ləğv edilir  VİDEO like
  • 27 Yan 14:20  
Digərləri Naxçıvanda qanunsuz qadağalar ləğv edilir VİDEO

Naxçıvanda artıq yeni dönəm başlayıb. Sakinlər bildirirlər ki, Muxtar R

arrow Ətraflı
Azərbaycan səfirliyinə hücum qəbuledilməzdir  Ukrayna səfiri like
  • 27 Yan 14:19  
Dünya Azərbaycan səfirliyinə hücum qəbuledilməzdir Ukrayna səfiri

Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə hücumlar sistemati

arrow Ətraflı
Əsgərlər tövlədə yatır, ancaq 2,5 milyonluq çiyələk “yeyir”... like
  • 27 Yan 14:11  
Digərləri Əsgərlər tövlədə yatır, ancaq 2,5 milyonluq çiyələk “yeyir”...

Müdafiə nazirinin ümumiyyətlə biliyi sıfırdır, onun ən mühüm "l�

arrow Ətraflı
İsrail səfirliyi Azərbaycan xalqı ilə həmrəydir like
  • 27 Yan 14:09  
Siyasət İsrail səfirliyi Azərbaycan xalqı ilə həmrəydir

İsrail səfirliyi bu çətin gündə Azərbaycan xalqı ilə həmrəydir.

arrow Ətraflı
İranlı diplomatlar Bakıdakı səfirlikdən sənədləri götürüb qaçdılar like
  • 27 Yan 14:04  
Digərləri İranlı diplomatlar Bakıdakı səfirlikdən sənədləri götürüb qaçdılar

İranın Azərbaycandakı səfirliyinin əməkdaşları diplomatik nümayəndəl

arrow Ətraflı
Aygün Kazımova Tünzalə Ağayeva ilə barışdı  VİDEO like
  • 27 Yan 14:00  
Şou-biznes Aygün Kazımova Tünzalə Ağayeva ilə barışdı VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Xalq artisti Aygün Kazımovanın doğum günü

arrow Ətraflı
Məişət problemi olan iranlı Azərbaycan səfirliyinə niyə hücum etsin? like
  • 27 Yan 13:59  
Digərləri Məişət problemi olan iranlı Azərbaycan səfirliyinə niyə hücum etsin?

İran hakimiyyəti səfirliyimizə hücumla bağlı məsələnin dərindən ara�

arrow Ətraflı
Abdullahian niyə Bayramova like
  • 27 Yan 13:58  
Siyasət Abdullahian niyə Bayramova

İranın Bakıdakı səfirliyi XİN-nin bəyanatını translyasiya edib.

arrow Ətraflı