Ceyhun Bayramov İƏT Baş katibi ilə regional məsələləri müzakirə etdi
Siyasət 25 Yan 2023 19:21:00 312 0
Yanvarın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə telefon danışığı olub.
Bu xəbəri də oxu: XİN sözçüsü Nikol Paşinyana cavab verdi
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, telefon danışığı zamanı, Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq, təşkilatın gündəliyində duran aktual məsələlər və gələcək planlar müzakirə mövzusu olub.
Nazir Ceyhun Bayramov, Azərbaycan ilə İƏT arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni, təhsil və s. istiqamətlərdə faydalı və səmərəli əməkdaşlığın mövcud olduğunu vurğulayıb. Baş katibin ölkəmizə səfəri zamanı və BMT Baş Assambleyası çərçivəsində keçirilmiş görüşlərdə aparılmış müzakirələr məmnuniyyətlə xatırlanıb.
Tərəflər ötən il ərzində keçirilən birgə tədbirlərin uğurlu təşkilinə istinad edərək, 2023-cü ildə də keçirilməsi nəzərdə tutulan tədbirlər, o cümlədən cari ilin mart ayında Mavritaniyada baş tutacaq İƏT Xarici İşlər Nazirləri Şurasının 49-cu Zirvə toplantısına hazırlıq işləri barədə fikir mübadiləsi aparıblar.
Beynəlxalq sülh və təhlükəsizliyə, o cümlədən mədəniyyətlərarası, dinlərarası dialoqa təhdid törədən İslamafobiya və terrorçuluq meylləri, yoxsulluq ilə mübarizədə İƏT üzv dövlətlərinin həmrəyliyinin, habelə birgə səylərinin əhəmiyyəti vurğulanıb.
Telefon danışığı zamanı, digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Əməkdar artist Rafael İsgəndərov yeni paylaşımı ilə diqqət çəkib.
Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı azər
İran hakimiyyəti iranlı qadınların kişi komandalarının iştirakı ilə k
Aktrisa Uzel Kərimova instaqramda izləyicilərinin suallarını cavablandırı
Ermənipərəst konqresmen cəmi bir ay sədrlik etdiyi komitədən xaric edilib
"Ümumiyyətlə qeyd olunmalıdır ki, dünyanın fərqli regionlarında ol
"Öhdəliklərində azyaşlı, əlil uşaqlar olan tənha anaların işə g
Hidrometeroloji proqnozlara əsasən, yanvarın 26-da gecə saatlarında havanı
Ziraat Bank Azərbaycan 2022-ci ilin yekunlarına dair maliyyə hesabatlarını
Amerikalı yutuber Sebastiyan Georgiunun son açıqlaması müzakirələrə səb
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tər�
Yanvarın 25-də Azərbaycan Dillər Universitetinin və Bakı Beynəlxalq Multi
"Ukraynada həyata keçirilən xüsusi hərbi əməliyyatın məqsədi insa