Böyük skandal ifşa edildi: İki ölkə üzərindən


Siyasət 24 Yan 2023 21:17:00 60 0

Böyük skandal ifşa edildi: İki ölkə üzərindən

Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyanın açıqlaması Azərbaycan mediasında geniş əks-səda doğurub.

Arutyunyan bunu deyib: "Biz (Ukrayna erməniləri) Ermənistana kəşfiyyat məqsədilə istifadə olunan pilotsuz uçan aparatlar göndərmişik. Bu hərbi texnika Varşava-İrəvan reysi ilə aparılır. Buradan, Ukraynadan ordumuza çoxlu kömək göndərilir. Təsəvvür edin, bizdə müharibə gedir, amma bizim ermənilər Ermənistana kömək edə bilir. Ukrayna tərəfindən vuruşan hərbçilərmiz Ermənistandakı qardaşlarına pilotsuz uçan aparatlar göndərə bilirlər".

Bu barədə "Atlas" araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.

Rusiya ilə müharibə aparan Ukraynadan Ermənistana PUA-lar göndərilə bilərmi?

Mərkəzin ekspertləri hesab edirlər ki, ermənilərin PUA oğurladıqları Ukraynanın daha çox belə texnikalara ehtiyacı var:

"Ukraynanın bu aparatları əsas tədarük etdiyi ölkə Türkiyədir. İki ölkə arasında PUA-ların birgə istehsalıyla bağlı razılaşma var. Ukrayna ABŞ-dan da PUA-lar əldə edir. Ukrayna Prezidenti Vladimir Zelenski bütün açıqlamalarında Qərb ölkələrindən hərbi texnika istəyir. Çünki Ukraynanın hərbi texnikası və döyüş sursatları azalır, pilotsuz uçan aparatların bir hissəsi döyüşdə zərərsizləşdirilir. Bunların yeri doldurulmalıdır.

Digər tərəfdən, Ukraynanın Azərbaycanla tərəfdaşlıq münasibətləri var. Kiyev Ermənistanı Rusiyanın strateji müttəfiqi kimi qiymətləndirir. Bu baxımdan, Ermənistana silah və ya pilotsuz uçan aparatlar göndərmək Ukraynanın milli və təhlükəsizlik maraqlarına ziddir".

Mərkəzin ekspertləri hesab edirlər ki, Ukrayna Erməniləri İttifaqının icraçı direktorunun açıqlaması araşdırılmalıdır:

"Ukraynada müharibə başlayana qədər bu ölkədə təxminən 500 min erməni yaşayırdı. Ukraynada yaşayan bir qrup erməni böyük maliyyə imkanlarına malik idi. Həmin ermənilərin korrupsiya yoluyla Kiyevdə hansısa məmurları ələ alaraq Ermənistana pilotsuz uçan aparatlar göndərməsi istisna deyil. Ukraynadakı ermənilərin ən tanınmış nümayəndəsi uzun illər daxili işlər naziri işləmiş Arsen Avakovdur. O hazırda dövlət vəzifəsi tutmasa da, əlaqələri genişdir.

Ukraynadan PUA-ların Ermənistana çatdırılması üçün bir neçə mərhələ keçilməlidir. Birinci mərhələdə həmin aparatlar anbarlardan oğurlanmalıdır. İkinci mərhələdə oğurlanan aparatlar gizli yolla Ukrayna-Polşa sərhədindən keçirilməlidir. Üçüncü mərhələdə isə oğurlanan və Polşaya gizli yollarla çatdırılan aparatlar yenə gizli yolla Varşava-İrəvan təyyarə reyslərinə yüklənməlidir.

Azərbaycan Xarici İşlər Nazirliyi xətti ilə Kiyev və Varşavaya müraciət edilməli, Ukrayna və Polşa rəsmilərinin məsələyə münasibəti öyrənilməlidir. Ukrayna kimi Polşa da Azərbaycanın tərəfdaşıdır və Ermənistana silah göndərmək Polşanın da milli və təhlükəsizlik maraqlarına ziddir".

Təhlildə o da qeyd olunur ki, Ukrayna Erməniləri İttifaqının icraçı direktorunun açıqlaması informasiya müharibəsinin tərkib hissəsi də ola bilər:

"Məqsəd Azərbaycanın tərəfdaşları olan Ukrayna və Polşa ilə münasibətlərini gərginləşdirməkdir. Ukrayna erməniləri hipotetik olaraq Ermənistana PUA-lar göndərirlərsə, məntiqlə bunu açıqlmamalıdırlar. Çünki bu açıqlamadan sonra Ukraynadan Ermənistana dronların çatdırılması ya mümkün olmayacaq, ya də xeyli çətinləşəcək. Yəni "Ermənistana pilotsuz uçan aparatlar göndəririk" açıqlamasının ermənilərə zərəri faydasından çoxdur.

Ermənistan hakimiyyətinin, Qarabağ separatçılarının və dünyadakı erməni lobbisinin məqsədi Azərbaycanın müxtəlif dövlətlərlə münasibətlərini gərginləşdirməkdir. Bunun qarşısını yalnız fəal diplomatiya və təxribat xarakterli məlumatların vaxtında dəqiqləşdirilməsi ilə almaq mümkündür".

Baş həkimin şok əməlləri: "DİNə işə düzəltmək üçün like
  • 24 Yan 21:16  
Digərləri Baş həkimin şok əməlləri: "DİNə işə düzəltmək üçün

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspe

arrow Ətraflı
Məşhur psixoloqdan XOŞBƏXTLİK SİRRİ  Çərçivədən çıxmaq lazımdır, like
  • 24 Yan 21:15  
Digərləri Məşhur psixoloqdan XOŞBƏXTLİK SİRRİ Çərçivədən çıxmaq lazımdır,

Taleyi dəyişmək üçün çərçivədən çıxmaq lazımdır. Özünüzü dəy

arrow Ətraflı
“1988ci ildə Xankəndidə baş verənləri yenidən təkrarlamaq istəyirlər” like
  • 24 Yan 21:12  
Siyasət “1988ci ildə Xankəndidə baş verənləri yenidən təkrarlamaq istəyirlər”

"Paşinyan-Vardanyan qarşıdurması və ya rəqabəti ola bilər. İndi bu

arrow Ətraflı
Şəfiqə Məmmədovanın ittifaqı ilə bağlı gizlinlər açılır like
  • 24 Yan 21:12  
Digərləri Şəfiqə Məmmədovanın ittifaqı ilə bağlı gizlinlər açılır

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətini

arrow Ətraflı
Azərbaycana qarşı növbəti gediş  “Ermənilər like
  • 24 Yan 21:11  
Siyasət Azərbaycana qarşı növbəti gediş “Ermənilər

"Erməni resursları Avropa Birliyinin uzunmüddətli müşahidə missiyas

arrow Ətraflı
On ikinci imam qeybdədir, ya doğulacaq? like
  • 24 Yan 21:10  
Digərləri On ikinci imam qeybdədir, ya doğulacaq?

Əhli-beyt ardıcıllarının etiqadına əsasən, Peyğəmbər (s) elminin vari

arrow Ətraflı
Mədəkiçiltmə əməliyyatı: Tanınmış cərrah çox danışılan like
  • 24 Yan 21:09  
Digərləri Mədəkiçiltmə əməliyyatı: Tanınmış cərrah çox danışılan

"Dünya praktikasında mədəkiçiltmə əməliyyatından sonra xərçəngi

arrow Ətraflı
“Şalfey” qanda şəkəri salır, damarları açır like
  • 24 Yan 21:05  
Digərləri “Şalfey” qanda şəkəri salır, damarları açır

Alimlər sürvə- şalfey bitkisinin bədəndə iltihabı azaldıb, pis xolester

arrow Ətraflı
Yumurta yeməyin ən like
  • 24 Yan 21:01  
Digərləri Yumurta yeməyin ən

Hindistanlı qidalanma mütəxəssisi Nmami Aqarval maksimum sağlamlıq faydas

arrow Ətraflı
Saakaşvili koronavirusa yoluxdu like
  • 24 Yan 20:59  
Digərləri Saakaşvili koronavirusa yoluxdu

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili yeni növ koron

arrow Ətraflı
" YNET" Azərbaycanİsrail münasibətlərindən yazdı like
  • 24 Yan 20:50  
Siyasət " YNET" Azərbaycanİsrail münasibətlərindən yazdı

Azərbaycan öz suveren xarici siyasəti ilə qürur duyur və İsraildə səfir

arrow Ətraflı
Sibel Can 50 milyon qazanacaq like
  • 24 Yan 20:40  
Şou-biznes Sibel Can 50 milyon qazanacaq

Türkiyəli müğənni Sibel Can bu il ard-arda konsert proqramları ilə çıx

arrow Ətraflı
Türkiyə ordusu Zapı PKK terrorçularından təmizlədi like
  • 24 Yan 20:29  
Digərləri Türkiyə ordusu Zapı PKK terrorçularından təmizlədi

Türkiyə Silahlı Qüvvələri "Pençe-Kilit" əməliyyatı çərçiv

arrow Ətraflı
Röya həyatını sığortalatdırır like
  • 24 Yan 20:20  
Şou-biznes Röya həyatını sığortalatdırır

Xalq artisti Röya Ayxan həyatını sığortalatmaq qərarına gəlib.

arrow Ətraflı
İcra Hakimiyyətindən Nəbatət Bağı ilə bağlı açıqlama like
  • 24 Yan 20:12  
Digərləri İcra Hakimiyyətindən Nəbatət Bağı ilə bağlı açıqlama

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilmişdir ki, bəzi sosial şəbək

arrow Ətraflı