Zaur, Xoşqədəm və Elgiz həkimləri neçəyə reklam edir?


Digərləri 24 Yan 2023 12:39:00 194 0

Zaur, Xoşqədəm və Elgiz həkimləri neçəyə reklam edir?

Televiziyanın əsas funksiyalarından biri maarifləndirməkdir. Ancaq təəssüf ki, son vaxtlar yerli telekanallarda maarifləndirmə ilə ucuz reklamın sərhədləri qarışıb.

Milli,Az medicina.az-a istinadən xəbər verir ki, müəllif proqramlarında əhalini maarifləndirmək adı altında hansısa "ekspert" və "mütəxəssislər" reklam edilir. Manipulyativ xarakterli bu özfəaliyyət tamaşaçıya "tibbi maarifləndirmə proqramı" tipli verilişlərdə daha qabarıq şəkildə diqqəti çəkir.

Əgər əvvəllər telekanallar müxtəlif xəstəliklər, tibbi məsələlər, səhiyyə sahəsində mövcud olan problemlərlə bağlı az-çox sanballı verilişlər hazırlayırdısa, son dövrlər tamamilə başqa tendensiya diqqəti çəkir: hansısa həkimlər canlı yayıma və ya tibbi məzmunlu verilişlərə çağırılır, aparıcı isə qonaqla ciddi mövzuda söhbət etməkdənsə, daha çox onun ünvanına "bəy tərifi" yağdırmaqla məşğul olur. Vəziyyət o həddə çatıb ki, artıq həkimlər ölkənin çox izlənilən tok-şou və populyar şou verilişlərinə belə ayaq açıblar.

Məsələn, teleaparıcılardan Əkbərin, Elgizin, Tarix Əliyev (Tolikin) səhər verilişlərində, Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevin tok-şoularında həkimlər ekspert kimi saatlarla otururlar. Əsl şou da elə bu dəvətlər dəb halını alandan sonra başlayıb.

Aparıcılar bu verilişlərdə həkimləri "ölkənin nömrə 1 həkimi", "ən yaxşı cərrah", "ən yaxşı travmatoloq", "ən bacarıqlı ginekoloq" və s. kimi təqdim edirlər. Belə proqramlarda peşə etikası, hətta reklam haqqında qanunun tələbləri ciddi şəkildə pozulur, aparıcılar hansısa "mütəxəssis" barədə şəxsi, subyektiv fikirlərini tamaşaçılara həqiqət, real informasiya kimi sırımağa çalışırlar... Sirr deyil ki, bütün bunların arxasında ciddi maliyyə dəstəyi dayanır.

Vəziyyət o həddə çatıb ki, ölkədə həkimlər qeyri-rəsmi olaraq, 2 kateqoriyaya bölünüb: reklamı güclü olanlar, başını aşağı salıb işini görənlər.

Təbii ki, şou və əyləncəli proqramlarda reklam olunan həkimlərin pasiyentlərinin də sayı artır. Qabiliyyəti, savadı üstün olan həkimlər isə bu reklam şoularına qatılmır və daha az pasiyentlə kifayətlənməyə məcbur olurlar. Məsələnin ziyanlı tərəfi həm də ondan ibarətdir ki, teleaparıcıların sayəsində tamaşaçı pulu olan, ancaq yetərincə bacarığı olmayan belə "həkim"lərin toruna düşür. Pasiyentlər kifayət qədər pul sərf etsələr də, həmin həkimlərin apardığı müalicə və əməliyyatlar çox zaman nəinki uğurlu olmur, hətta bir çoxlarına sağlamlıqlarını itirmək bahasına başa gəlir.

Medicina.az saytı populyar televiziya proqamlarında həkimlərin reklam olunmasının qiymətləri barədə araşdırma aparıb.

Məlum olub ki, telekanalların reklam paketlərindən əlavə teleaparıcılardan Zaur, Xoşqədəm və Elgizin proqramında qonaq kimi iştirak edən həkimlər aparıcıların xüsusi təqdimatı üçün əlavə ödənişlər edirlər.

Belə ki, əgər sponsor paketi 10 min manatdırsa, həkim canlı verilişdə oturmaq və çıxış, xüsusi təriflənmək üçün əlavə 3-5 min manat arası pul ödəyir.

Telekanallarda Xüsusi sponsor qiymətləri aşağıdakı kimidir.

ATV telekanalında Zaur Baxşəliyevin "Bizimləsən" proqramında müvafiq xidmətin qiyməti ƏDV-siz 16-18 min manatdır. Zaur Baxşəliyevin verilişinə şəxsən çıxmaq üçün əlavə ödəniş tələb oluna bilər. Yeri gəlmişkən, aparıcı bu yaxınlarda həyat yoldaşı və özünü "Azərbaycanda ən bahalı reklam edən aparıcısı" elan etmişdi.

ATV-nin "Nanəli" proqramında həkimlərin reklamı ƏDV xaric 9-12 min manata başa gəlir. ARB kanalında Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişində sponsor qiyməti 17-20 min manatdır.

Verilişin xüsusi sponsoru olmayan (yəni 17 min manatı ödəməyən) həkimi ayrıca verilişə çıxarıb reklam etmirlər. Xoşqədəm Hidayətqızının həkimi şəxsən təqdimatı üçün nə qədər ödəməli olduğu sirr saxlanılır, bunu yalnız aparıcı özü təyin edir. "Elgizlə İzlə" verilişində reklam paketi 8-9 min AZN-ə başa gəlir. Həkimin verilişdə qonaq kimi təqdimatı, əyləşməsi, ekspert kimi çıxışı 5-6 min manatdır. Bu məbləği Elgiz özü təyin edir və aparıcının özünə aiddir.

Tarix Əliyevin "Ümid ilə gəl" verilişində sponsor paketləri 5 min manatdan başlayır. O verilişinin sponsor, reklam qiymətlərini şəxsən özü təyin edir.

İƏTin Daşkənd Kommünikesində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub like
  • 24 Yan 12:36  
Siyasət İƏTin Daşkənd Kommünikesində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan

arrow Ətraflı
XİN rəhbəri: Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyacaq like
  • 24 Yan 12:34  
Siyasət XİN rəhbəri: Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyacaq

Xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının

arrow Ətraflı
Günlərdir qalaqlanan məişət tullantıları like
  • 24 Yan 12:28  
Digərləri Günlərdir qalaqlanan məişət tullantıları

Sumqayıtda betonzavod adlanan ərazidə günlərlə təmizlənməyən tullantı

arrow Ətraflı
Əli Vəliyev Şəfiqə Məmmədovaya etiraz olaraq vəzifəsindən ayrıldı like
  • 24 Yan 12:24  
Digərləri Əli Vəliyev Şəfiqə Məmmədovaya etiraz olaraq vəzifəsindən ayrıldı

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvü, Mə

arrow Ətraflı
İrəvana “dinc döyüşçülər” gəlir like
  • 24 Yan 12:17  
Digərləri İrəvana “dinc döyüşçülər” gəlir

Əgər əvvəlki missiya iki ay davam edirdisə və onun iştirakçıları Ermə

arrow Ətraflı
Dəyişkən buludlu olacağı, arabir tutulacaq  HAVA PROQNOZU like
  • 24 Yan 12:11  
Digərləri Dəyişkən buludlu olacağı, arabir tutulacaq HAVA PROQNOZU

Yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Naxçıvanda bu qurumda da yoxlama başladı like
  • 24 Yan 12:09  
Digərləri Naxçıvanda bu qurumda da yoxlama başladı

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış

arrow Ətraflı
51 yaşlı azərbaycanlı məşhur özünə like
  • 24 Yan 12:06  
Şou-biznes 51 yaşlı azərbaycanlı məşhur özünə

Məşhur rejissor və aktyor Aqil M. Quliyev "yeni həyat"a başladı�

arrow Ətraflı
Müharibədə Ukraynanın əsas çatışmazlığı budur like
  • 24 Yan 11:55  
Dünya Müharibədə Ukraynanın əsas çatışmazlığı budur

Ukraynanı dəstəklədiyini bildirən Avropa ölkələrinin göndərdiyi silah

arrow Ətraflı
Aviabiletlər üçün erkən rezervasiya qiymətləri niyə bahadır? like
  • 24 Yan 11:44  
Digərləri Aviabiletlər üçün erkən rezervasiya qiymətləri niyə bahadır?

Səyahətə hazırlaşanlar hər il sərfəli qiymətlər təklif edilən erkən

arrow Ətraflı
Vardanyanın məqsədi pul qazanmaqdır like
  • 24 Yan 11:40  
Siyasət Vardanyanın məqsədi pul qazanmaqdır

Bizim əsas tələbimiz təbii sərvətlərimizin ermənilər tərəfindən tala

arrow Ətraflı
Rusiyada qorxunc qəza: Tramvayın altına düşən kişi faciəvi şəkildə öldü like
  • 24 Yan 11:33  
Digərləri Rusiyada qorxunc qəza: Tramvayın altına düşən kişi faciəvi şəkildə öldü

Rusiyanın Sankt-Peterburq şəhərində dəhşətli yol-nəqliyyat hadisəsi ba

arrow Ətraflı
Böyük bir bəlanın başlanğıcı like
  • 24 Yan 11:24  
Siyasət Böyük bir bəlanın başlanğıcı

Avropa Şurasının prezidenti Şarl Mişel İspaniyanın "El Mundo"

arrow Ətraflı
Pedaqoji təhsili olmayan bakalavriat məzunları müəllim işləyə bilərlərmi? like
  • 24 Yan 11:22  
Digərləri Pedaqoji təhsili olmayan bakalavriat məzunları müəllim işləyə bilərlərmi?

İxtisas seçimi abituriyentlər arasında ən çox müzakirə olunan və demək

arrow Ətraflı
BU TARİXDƏ bütün müavinət və təqaüdlər like
  • 24 Yan 11:16  
Siyasət BU TARİXDƏ bütün müavinət və təqaüdlər

Yanvarın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlə

arrow Ətraflı