İƏTin Daşkənd Kommünikesində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub


Siyasət 24 Yan 2023 12:36:00 99 0

İƏTin Daşkənd Kommünikesində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistana işgüzar səfəri çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında iştirak edib.

XİN-dən Son.az-a verilən xəbərə görə, iclas zamanı nazir Ceyhun Bayramov bəyanatla çıxış edərək, Azərbaycanın İƏT-in 2023-cü il üzrə sədrliyi çərçivəsində prioritet və planlarını açıqlayıb.

Çıxış zamanı, "Yaşıl keçid və qarşılıqlı bağlantılar" mövzusuna həsr olunan Azərbaycan sədrliyinin təşkilatın strategiya və proqramlarının, habelə "İƏT-2025" baxışlarının irəlilədilməsi üçün əhəmiyyət daşıyacağı vurğulanıb.

Ölkəmizin 2023-cü ildə sədrliyi dövründə iqtisadiyyat, enerji, nəqliyyat, gömrük, sərhəd keçid məntəqələri, ədliyyə, turizm və səhiyyə sahələrində bir sıra yüksək səviyyəli görüşlərin keçiriləcəyi diqqətə çatdırılıb.

Mərkəzi Asiya və Cənubi Qafqazdan keçməklə nəqliyyat marşrutlarının əhəmiyyət daşıdığı, bu xüsusda, Azərbaycanın regional nəqliyyat və tranzit dəhlizlərinin inkişaf etdirilməsi üçün görülən əhəmiyyətli işlər barədə tədbir iştirakçıları məlumatlandırılıb. Bununla yanaşı, sözügedən istiqamətlərdə əməkdaşlığın irəlilədilməsi məqsədilə Türkiyə, Qazaxıstan və Özbəkistan ilə birgə üçtərəfli platformaların təsis edildiyi bildirilib. Azərbaycan-Türkiyə-Qazaxıstan arasında ötən ilin iyun ayında Bakıda keçirilmiş görüş zamanı qəbul edilmiş Bakı Bəyannaməsi və bununla əlaqədar Trans-Xəzər Şərq-Qərb Orta Dəhlizin inkişaf etdirilməsi üzrə qərarlar qeyd edilib.

Nazir çıxışı zamanı, Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat dəhlizinin yaradılması istiqamətində görülən tədbirlərin vacibliyini vurğulayıb. Zəngəzur dəhlizinin bütün bölgə ölkələri arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyacağını diqqətə çatdırıb.

Qeyd edilənlərlə yanaşı, ölkəmizin enerji təhlükəsizliyin təmin edilməsi sahəsində apardığı işlər barədə ətraflı məlumat verilib, ötən ilin iyul ayında ölkəmizlə Avropa İttifaqı arasında imzalanmış Anlaşma Memorandumunun yaşıl enerji resurslarının inkişafı, eləcə də Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan arasında Qara Dənizin altından keçməklə elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin bölgədə əməkdaşlığın daha genişlənməsinə töhfə verəcəyi bildirilib.

Sədrlik çərçivəsində Bakıda yaradılması nəzərdə tutulan İƏT-BMT Sənaye İnkişafı Təşkilatı (UNIDO) Təmiz Enerji Mərkəzinin, İƏT İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyətə başlaması istiqamətində tədbirlər görüləcəyi, Şuşanın 2026-cı ildə İƏT Turizm Paytaxtına namizədliyinin irəli sürüləcəyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov çıxışı zamanı, post-münaqişə dövründə Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən bəhs edib, sözügedən ərazilərdə Yaşıl Enerji zonası, Azad İqtisadi Zonalar yaradılması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib.

Daha sonra, təşkilatın Baş katibi və digər üzv dövlətlərin xarici işlər nazirləri bəyanatlarla çıxış ediblər.

Nazirlər Şurasının iclası zamanı təşkilatın fəaliyyətinə dair bir sıra sənədlər qəbul edilib. Nazirlər Şurasının iclasının yekun sənədi kimi qəbul edilmiş Daşkənd Kommünikesində Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış Üçtərəfli bəyanatlara uyğun olaraq Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat və kommunikasiya əlaqəsinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər, habelə ölkəmizin Türkiyə, Özbəkistan və Qazaxıstan ilə birgə həyata keçirdiyi üçtərəfli platformalar üzrə görülən işlər alqışlanıb.

Kommünike çərçivəsində həmçinin Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması və hörmət əsasında tənzimlənməsinə dəstək ifadə olunub. Bunun bölgədə mehriban qonşuluq əlaqələri yaradılmasına, davamlı sülh və iqtisadi tərəqqiyə töhfə verəcəyinə inam ifadə olunub.

Nazir Ceyhun Bayramovun səfər çərçivəsində bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

XİN rəhbəri: Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyacaq like
  • 24 Yan 12:34  
Siyasət XİN rəhbəri: Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyacaq

Xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının

arrow Ətraflı
Günlərdir qalaqlanan məişət tullantıları like
  • 24 Yan 12:28  
Digərləri Günlərdir qalaqlanan məişət tullantıları

Sumqayıtda betonzavod adlanan ərazidə günlərlə təmizlənməyən tullantı

arrow Ətraflı
Əli Vəliyev Şəfiqə Məmmədovaya etiraz olaraq vəzifəsindən ayrıldı like
  • 24 Yan 12:24  
Digərləri Əli Vəliyev Şəfiqə Məmmədovaya etiraz olaraq vəzifəsindən ayrıldı

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvü, Mə

arrow Ətraflı
İrəvana “dinc döyüşçülər” gəlir like
  • 24 Yan 12:17  
Digərləri İrəvana “dinc döyüşçülər” gəlir

Əgər əvvəlki missiya iki ay davam edirdisə və onun iştirakçıları Ermə

arrow Ətraflı
Dəyişkən buludlu olacağı, arabir tutulacaq  HAVA PROQNOZU like
  • 24 Yan 12:11  
Digərləri Dəyişkən buludlu olacağı, arabir tutulacaq HAVA PROQNOZU

Yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Naxçıvanda bu qurumda da yoxlama başladı like
  • 24 Yan 12:09  
Digərləri Naxçıvanda bu qurumda da yoxlama başladı

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış

arrow Ətraflı
51 yaşlı azərbaycanlı məşhur özünə like
  • 24 Yan 12:06  
Şou-biznes 51 yaşlı azərbaycanlı məşhur özünə

Məşhur rejissor və aktyor Aqil M. Quliyev "yeni həyat"a başladı

arrow Ətraflı
Müharibədə Ukraynanın əsas çatışmazlığı budur like
  • 24 Yan 11:55  
Dünya Müharibədə Ukraynanın əsas çatışmazlığı budur

Ukraynanı dəstəklədiyini bildirən Avropa ölkələrinin göndərdiyi silah

arrow Ətraflı
Aviabiletlər üçün erkən rezervasiya qiymətləri niyə bahadır? like
  • 24 Yan 11:44  
Digərləri Aviabiletlər üçün erkən rezervasiya qiymətləri niyə bahadır?

Səyahətə hazırlaşanlar hər il sərfəli qiymətlər təklif edilən erkən

arrow Ətraflı
Vardanyanın məqsədi pul qazanmaqdır like
  • 24 Yan 11:40  
Siyasət Vardanyanın məqsədi pul qazanmaqdır

Bizim əsas tələbimiz təbii sərvətlərimizin ermənilər tərəfindən tala

arrow Ətraflı
Rusiyada qorxunc qəza: Tramvayın altına düşən kişi faciəvi şəkildə öldü like
  • 24 Yan 11:33  
Digərləri Rusiyada qorxunc qəza: Tramvayın altına düşən kişi faciəvi şəkildə öldü

Rusiyanın Sankt-Peterburq şəhərində dəhşətli yol-nəqliyyat hadisəsi ba

arrow Ətraflı
Böyük bir bəlanın başlanğıcı like
  • 24 Yan 11:24  
Siyasət Böyük bir bəlanın başlanğıcı

Avropa Şurasının prezidenti Şarl Mişel İspaniyanın "El Mundo"

arrow Ətraflı
Pedaqoji təhsili olmayan bakalavriat məzunları müəllim işləyə bilərlərmi? like
  • 24 Yan 11:22  
Digərləri Pedaqoji təhsili olmayan bakalavriat məzunları müəllim işləyə bilərlərmi?

İxtisas seçimi abituriyentlər arasında ən çox müzakirə olunan və demək

arrow Ətraflı
BU TARİXDƏ bütün müavinət və təqaüdlər like
  • 24 Yan 11:16  
Siyasət BU TARİXDƏ bütün müavinət və təqaüdlər

Yanvarın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlə

arrow Ətraflı
Bu məşhurlar səhnəyə heyvan başları ilə çıxdılar like
  • 24 Yan 11:11  
Şou-biznes Bu məşhurlar səhnəyə heyvan başları ilə çıxdılar

Paris Moda Həftəsi çərçivəsində keçirilən "Schiaparelli" bren

arrow Ətraflı