Ombudsman Azərbaycanda həbs edilən erməni diversantlara baş çəkdi


Digərləri 23 Yan 2023 16:09:00 395 0

Ombudsman Azərbaycanda həbs edilən erməni diversantlara baş çəkdi

Ombudsman Səbinə Əliyeva və Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Milli Preventiv Mexanizmin fəaliyyətinin şamil olunduğu müəssisələrə müntəzəm şəkildə başçəkmələr həyata keçirilir.

Ombudsman Aparatından verilən məlumata görə, Azərbaycan, Rusiya və Ermənistan dövlət rəhbərlərinin 2020-ci il 10 noyabr tarixində imzaladıqları üçtərəfli Bəyanata əsasən hərbi əməliyyatların dayandırılmasından sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərində terror-diversiya qrupları şəklində cinayət əməllərinin törədilməsinə görə həbs edilmiş Ermənistan vətəndaşlarının da saxlanıldığı müəssisələrə ardıcıl başçəkmələr həyata keçirilib. Başçəkmələrdə MPQ-nin ixtisasca həkim və psixoloq üzvləri də iştirak ediblər.

Ombudsman Səbinə Əliyeva və MPQ-nin üzvləri tərəfindən həmin müəssisələrdə saxlanılan digər şəxslərlə yanaşı, həbs olunmuş Ermənistan vətəndaşları da fərdi qaydada qəbul edilib, müraciətləri dinlənilib. Həmin şəxslərə hüquqları üzrə müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları təqdim edilib.

Başçəkmələr çərçivəsində onların saxlanma şəraiti - kameraların vəziyyəti, ölçüsü, işıqlandırma, havalandırma, şəxsi gigiyena və sanitariya şəraiti, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb.

Sistemli keçirilən başçəkmələr zamanı həmin şəxslərə münasibətdə qanunvericiliyin tələblərinə riayət edildiyi, hüquqlarının, lazımi tibbi və psixoloji xidmətin təmin olunduğu müşahidə edilib. Eyni zamanda, qəbul edilmiş şəxslərin saxlanma şəraiti, rəftar, telefon əlaqələri, yazışmalar, kənardan məlumat əldə etmək imkanlarının (televiziya, nəşrlər), tibbi xidmətin çatımlı olması ilə bağlı heç bir şikayətlərinin olmadığı müəyyən edilib. Saxlanılan şəxslər üçün kameralarda bədii ədəbiyyat və informasiya materiallarının (həmçinin öz dillərində) olması, həmin şəxslərə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə də maneəsiz görüş imkanlarının yaradıldığı müşahidə olunub.

Qeyd etmək lazımdır ki, başçəkmələrlə yanaşı, həmin təqsirləndirilən şəxslərlə bağlı həyata keçirilən məhkəmə prosesləri də diqqətdə saxlanılmış, müstəqil müşahidələr aparılmışdır.

Monitorinq zamanı məhkəmə proseslərinin insan hüquq və azadlıqlarına hörmət müstəvisində, qanunvericiliyə uyğun təşkil olunduğu, həmin şəxslərin vəkillərlə və tərcüməçilərlə təmin edildiyi müəyyən olunub. Təqsirləndirilən şəxslərə və onların vəkillərinə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqi imkanların yaradıldığı müşahidə edilib.

İstirahət mərkəzlərində kamin təhlükəsi like
  • 23 Yan 15:59  
Digərləri İstirahət mərkəzlərində kamin təhlükəsi

Dünən Qusar rayonunun Caqar kəndində "Park Qusar" istirahət mərk

arrow Ətraflı
Tehran eybəcərliyi: erməni Anna, ayətullah oyunu və olmayan hüquq like
  • 23 Yan 15:49  
Digərləri Tehran eybəcərliyi: erməni Anna, ayətullah oyunu və olmayan hüquq

İranın fars molla rejimi yenə öz ampluasındadır. Minlərlə qadının tə

arrow Ətraflı
Avropa Azərbaycan Məktəbində 20 Yanvar faciəsinin 33cü ildönümü qeyd olundu like
  • 23 Yan 15:30  
Digərləri Avropa Azərbaycan Məktəbində 20 Yanvar faciəsinin 33cü ildönümü qeyd olundu

1990 -cı il Yanvarın 19-dan 20-nə keçən gecə XXI Qızıl Ordunun dinc Az�

arrow Ətraflı
Putin yenidən prezidentliyə namizəd olacaq? like
  • 23 Yan 14:24  
Dünya Putin yenidən prezidentliyə namizəd olacaq?

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin növbəti se

arrow Ətraflı
CinemaPlus “Babylon” filmi ilə 20ci illərə geri döndü  VİDEO  FOTO like
  • 23 Yan 14:13  
Kriminal CinemaPlus “Babylon” filmi ilə 20ci illərə geri döndü VİDEO FOTO

"28 Mall" ticarət mərkəzində yerləşən "CinemaPlus" pr

arrow Ətraflı
Xoşqədəm canlı efirdə Tünzalənin ölüm xəbərini verdi, Mətanətin halı pisləşdi like
  • 23 Yan 13:51  
Şou-biznes Xoşqədəm canlı efirdə Tünzalənin ölüm xəbərini verdi, Mətanətin halı pisləşdi

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "G�

arrow Ətraflı
Artıq ödənilən pensiyanı alıb xərcləyiənlər geri qaytarmalı olacaqlar like
  • 23 Yan 13:40  
Digərləri Artıq ödənilən pensiyanı alıb xərcləyiənlər geri qaytarmalı olacaqlar

Azərbaycanda pensiyaların səhv hesablanması və yanlış ödəmələr ən ç

arrow Ətraflı
Tünzalə Əliyevanın bacısı: “Son sözünü eşidə bilmədik” like
  • 23 Yan 13:29  
Şou-biznes Tünzalə Əliyevanın bacısı: “Son sözünü eşidə bilmədik”

"Tünzalənin yanında bir həftə bacısı qaldı. O, danışa bilmirdi. S

arrow Ətraflı
Azərbaycanda bəy toyunda soyundu, like
  • 23 Yan 13:22  
Şou-biznes Azərbaycanda bəy toyunda soyundu,

Məşhur reper Pərviz Quluzadənin (Paster) iki gün əvvəl özünə Bakının

arrow Ətraflı
Bakıda qadına qarşı soyğunçuluq edildi like
  • 23 Yan 13:18  
Kriminal Bakıda qadına qarşı soyğunçuluq edildi

Nizami rayonunda qadına qarşı soyğunçuluq edilib.

arrow Ətraflı
Sosial mənzillərin SATIŞINA BAŞLANILDI like
  • 23 Yan 12:56  
Digərləri Sosial mənzillərin SATIŞINA BAŞLANILDI

Bu gün saat 10:00-dan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəf

arrow Ətraflı
Manaf Ağayev: "Tünzalə ölümdən qorxmurdu" like
  • 23 Yan 12:45  
Şou-biznes Manaf Ağayev: "Tünzalə ölümdən qorxmurdu"

"Sonuncu dəfə Tünzalə Əliyeva ilə iki ay əvvəl danışmışam. Onun

arrow Ətraflı
Aktrisa Çimnaz: "Hər zaman üzümüzü güldürən Tünzalə bu gün bizi ağlatdı" like
  • 23 Yan 12:23  
Şou-biznes Aktrisa Çimnaz: "Hər zaman üzümüzü güldürən Tünzalə bu gün bizi ağlatdı"

Sonuncu dəfə Tünzalə xanımla  "Bizimləsən" verilişində gör�

arrow Ətraflı