Tünzalə Əliyevanın bacısı: “Son sözünü eşidə bilmədik”
Şou-biznes 23 Yan 2023 13:29:00 457 0
"Tünzalənin yanında bir həftə bacısı qaldı. O, danışa bilmirdi. Səsi çıxmırdı. Dünyasını dəyişməzdən əvvəl vəziyyəti ağırlaşdı. Bu səbəbdən reanimasiyaya qaldırdılar. Onlar da xəstəxanada qalmayıblar ki, gedək səhər gələrik. Tünzalənin son sözünü eşidə bilmədik. Bacım xəstəxanaya gələndə, həkim dedi ki, Tünzalənin ürəyi dayanıb".
Bu xəbəri də oxu: Təranənin kürəkəninə verdiyi bahalı hədiyyə müzakirələr yaratdı VİDEO
Son.az xəbər verir ki, bu sözləri bizim.media-nın əməkdaşı ilə söhbətində ötən gün Milli Onkologiya Mərkəzində saat 12 radələrindən xərçəngdən dünyasını dəyişən aktrisa, Əməkdar artist Tünzalə Əliyevanın bacısı Zülfiyyə xanım deyib. Aktrisanın bacısı vurğulayıb ki, o, ölümündən əvvəl fiziki məhdud insanlardan ibarət kiçik teatr truppası yaratmaq istəyib: "Səsi tutulanda dedi ki, səsim getdi. Bir aktrisa üçün səsini batması dəhşətdir. Ona söylədik ki, bəlkə vurulan iynələrdəndir, səsin bir müddət sonra açılar. Söylədi ki, yox açılmayacaq. Qoy sağalım, özümə truppa yaradacağam. Orada fiziki məhdud insanlar olacaq. Ümüdlə yaşayırdı. Yaşamaq istəyirdi. Amma yaşamaq ona qisçət olmadı". Zülfiyyə xanım bacısı qızı Zəhranın anasının ölümündən hələ də bixəbər olduğunu söyləyib: "Qızı Zəhranın anasının dünyasını dəyişməsindən xəbəri yoxdur. O bilir ki, anası xəstədir və müalicə almaq üçün xəstəxanadadır. Bizi gördü sevindi. Amma xala nə etsin? Biz ona heç nə deyə bilmirik. Bir az başımız açılsın, yəqin atası Röyal özü onunla danışıb, deyəcək" O, Əməkdar artistin həyat yoldaşı Röyal bəyin hadisədən şokda olduğunu bildirib: "Röyalın vəziyyəti də yaxşı deyil. Şok vəziyyətindədir. O, gah danışır, gah gülür, gah ağlayır. Tünzalənin yoxluğunu qəbul edə bilmir". Mərhumun bacısı atalarının vəziyyətinin ağır olması ilə əlaqədar, dəfndə iştirak etməyəcəyini açıqlayıb: "Atamızı qoymadım bu gün gəlməyə. Onun da vəziyyəti ağırdır. O şəkər xəstəsidir, təzyiqi var. Bəlkə heç dəfində iştirak etməyəcək. Məsləhətləşdik, qərar verdik ku, evdə qalsın".
Məşhur reper Pərviz Quluzadənin (Paster) iki gün əvvəl özünə Bakının
Bu gün saat 10:00-dan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəf
"Sonuncu dəfə Tünzalə Əliyeva ilə iki ay əvvəl danışmışam. Onun
Sonuncu dəfə Tünzalə xanımla "Bizimləsən" verilişində gör�
Zaporojye vilayətinin Dneprorudnı şəhər xəstəxanası yaralı rus hərbçi
Xəbər verdiyimiz kimi, uzun müddətdir xərçəngdən əziyyət çəkən Əm�
"Qadın ilk növbədə elə qadın olmalıdır. Qadın gözəllik və ağl
Mersində toyqabağı fotosessiyaya gedən bəylə gəlinin maşını qəzaya u�
Müxtəlif sektorlarda fəaliyyət göstərən 30-dan çox sahibkar "Bakı
Daha 2 ünvanda yol hərəkəti və piyadaların təhlükəsizliyinin səviyyəs
Minimum əmək pensiyalarının artımı 100 mindən çox vətəndaşı əhatə
"Tünzalə yaşamaq istəyirdi. Amma son dəqiqələrində nəfəs ala bilm
2023-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı 900 manata yüksələcək.