75 şüşə konyak, 7500 dollarıq yəhər, oraqçəkicli telefon
Digərləri 22 Yan 2023 21:09:00 399 0
Dövlət başçılarına əlamətdar tarixlərdə, doğum günlərində, o cümlədən xarici səfərlər zaman hədiyyələrin verilməsi uzun illərdir ki, ənənə halına çevrilib. Kənardan olduqca sadə bir prosedur kimi görünsə də, bu məsələnin öz müşkülləri var. Əsas çətinlik isə hədiyyə seçimidir. Çünki siyasilər onlara verilən hədiyyələrdə bəzən bir siyasi çalar da axtarıblar...
Bu xəbəri də oxu: Səhiyyə Nazirliyindən əhaliyə ÇAĞIRIŞ Ağır formalı infeksiyalar...
Maraqlıdır, siyasi liderlər hansı hədiyyələri qəbul ediblər, kimlər birinciləri öz hədiyyələri ilə təəccübləndirməyi bacarıb?
Son.az musavat.com-a istinadən bildirir ki,1949-cu ildə Polşa kommunistlərinin Stalinin 70 illik yubileyinə hədiyyəsini sovet lideri maraqla qarşılayıb. Polşalılar Stalinə yer kürəsi formasında olan telefon bağışlayıblar. Telefonun dəstəyi çəkic, nömrə diyircəyi isə oraq formasında olub. Bununla da Polşa kommunistləri SSRİ ilə həmrəy və həmfikir olduqlarını nümayiş etdiriblər.
Nikita Xruşşovun Kennediyə hədiyyəsini qeyri-adi saymaq olar. Rəsmi ziyafətlərin birində Kennedi Xruşşovdan kosmosa uçub qayıdan itlə bağlı maraqlanıb, dünyada məşhur olan bu itin küçüklərinin olub-olmadığını da soruşub. Bu söhbəti yaddaşına həkk edən Xruşşov qısa bir müddətdən sonra Strelkanın "qızı" Puşinkanı Kennediyə hədiyyə edib. Sovet lideri bu hədiyyə ilə amerikalı həmkarına həm də kosmik sahədə daha irəlidə olduğunu sübut etmək istəyib.
İngiltərənin baş naziri olmuş Uinston Çörçill 75-illik yubileyində bir çox dövlət başçıları tərəfindən hədiyyələr qəbul edib. Ancaq bu hədiyyələrin arasında ən çox xoşuna gələn İosif Stalinin hədiyyəsi olub. Stalin 75 illik yubiley münasibətilə Çörçilə 75 şüşə konyak göndərib. Hədiyyə baş nazirin o qədər xoşuna gəlib ki, o, Stalinə minnətdarlığını bu cür ifadə edib: "Cənab Stalin, çox təəssüf edirəm ki, bu il 100 illik yubileyim deyil".
Corc Buş adətən kovboy sitildə olan hədiyyələri xoşlayıb. Amerika prezidentinin zövqünə bələd olanlar ona məhz bu sitildə hədiyyələr veriblər. Bu hədiyyələrin sırasında isə ən bahalısını Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev bağışlayıb. Onun amerikalı həmkarına hədiyyə etdiyi yəhərin qiyməti 7500 dollar olub.
Rumıniyanın sabiq rəhbəri Çauşesku Avropanın siyasi liderləri arasında zəngin həyat tərzi ilə fərqlənib. Onu hər hansı bir hədiyyə ilə təəccübləndirmək çətin olub. Bu çətinliyə baxmayaraq almaniyalı həmkarları Rumıniya liderini təəccübləndirə biliblər. Onlar Çauşeskuya təkərlər üstündə avtobus-iqamətgah bəxş ediblər. Tünd qırmızı rəngdə olan avtobusda sürücünün yataq otağı, xidmət personalının otağı, istirahət və yemək otağı, qarderob, iki mətbəx və VİP kabinet olub. Həmçinin avtobus-iqamətgahda xüsusi işıqlandırma, havalandırma, istilik və rabitə sistemləri quraşdırılıb.
Leonid Brejnev hədiyyə qəbulu məsələsində bütün siyasi liderlər arasında fərqlənib. Baş katib özəl günlərini xüsusi təntənə və təmtəraqla keçirib. Brejnevə verilən hədiyyələr üç təsnifata bölünüb. Birinci, dövlət təltifi, ikinci, həmkarları tərəfindən rəmzi hədiyyələr, üçüncü, şəxsi hədiyyələr. Baş katib bütün ad günlərində hansısa bir orden, yaxud da dövlət mükafatı ilə təltif edilib. Kreml bunu mütləq şərt kimi qəbul edib. Yubileyləri münasibətilə Brejnevə xarici həmkarları ya özləri, ya da səfirliklər vasitəsilə hədiyyələr təqdim edib. Şəxsi hədiyyələri isə baş katib ya kabinetində, ya da bağ evində təklikdə qəbul edib. Onu da qeyd edək ki, Brejnev dəyəri olduqca baha olan hədiyyələrə daha çox üstünlük verib və sözsüz ki, bu hədiyyələrin qarşılığında "səxavətli" məmurlardan öz dəstəyini əsirgəməyib.
Əməkdar artist Tünzalə Əliyevanın dəfn yeri müəyyənləşib.
Əlverişli hərbi-strateji mövqeyə malik olan Zaqatala hələ qədim zamanlar
Fransa Prezidenti Emmanuel Makron və Baş nazir Elizabet Bornun reytinqi pensiy
Ukrayna Ordusunun Baş Qərargahı Rusiyanın müharibədəki itkilərini açıq
Rusiya sülhməramlılarına məxsus 1 minik maşını Laçından Xankəndi isti
Müvəqqəti zəbt altında olan Mariupolda kazarma divarlarında "Ukrayna
Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.
Yunanıstanın sərhədlərini qorumaq üçün Avropa Birliyinin dəstəyinə eh
"Toppuş bacı" kimi tanınan əməkdar artist Tünzalə Əliyeva vəf
Tovuzda gəlin və qaynanası naməlum cismin partlaması nəticəsində xəsar�
İran Avropa Parlamentinin SEPAH-ı terror təşkilatları siyahısına daxil et
Ötən həftə Milanda keçirilən kişi moda həftəsində modellər podiuma yu