Əl əməyi və zərgər dəqiqliyi tələb edən sənət Çəlləkçilik VİDEO FOTO
Digərləri 22 Yan 2023 19:14:00 760 0
Bu xəbəri də oxu: Əməliyyat zamanı doğum gününü qeyd edən həkimdən
Göygöl rayonu tarixi ənənələri və xalq sənətkarlarının çoxluğu ilə seçilən rayonlarımzdandır. Burada müxtəlif sənət sahələri üzrə sənətkarlar fəaliyyət göstərir. Maraqlı və sənətkarı getdikcə azalan sənət növlərindən biri də çəlləkçilikdir.
Son.az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri Göygöl rayonunda çəllək ustası Çingiz Şükürovun emalatxanasına baş çəkib, onun taxtadan hazırladığı sənət nümunələri ilə tanış olub.
Ç. Şükürov 2006-cı ildən bu işlə məşğul olduğunu hazırladığı sənət nümunələri ilə alıcılarını heyran qoya bildiyini deyib: "Bu sənət atama əmimdən atamdan isə mənə yadigar qalıb. Azərbaycanın elə bir yeri, fabriki yoxdur ki, orada mən bu işlə məşğul olmuyam. Təəssüf ki, indiki gənclərin bu sahəyə marağı yoxdur. Əvvəl çəlləklərə tələbat çox olduğundan maraqlananlar olurdu. İndi demək olar yox səviyyəsindədir".
Azərbaycanda vaxtilə bu sənət növü ilə məşğul olan insanların sayı çox olub. Buna təsir edən amil o zamanlar insanların çəlləyə tələbatının olduqca çox olması ilə bağlıdır. Çəllək hazırlamaq fiziki cəhətdən ağır iş olduğundan bununla ancaq kişilər məşğul olub. Taxtadan hazırlanan çəlləklər şərab, konyak, bal, bəkməz və s. kimi ərzaq və içkiləri uzun müddət saxlamaq qabiliyyətinə malikdir.
"Avqust-sentyabr aylarında daha çox şərab istehsalçıları tərəfindən sifarişlər artır. Şərabı çəlləkdə saxlamaq ən yaxşı üsullardan biridir. Digər zamanlarda da həm təmir üçün, həm də hədiyyə etmək üçün çəllək sifariş edənlər də olur. Təxminən bir çəlləyin qiyməti 50 manatdan başlayır. Həcm böyüdükcə qiymət də artır," - deyə çəllək ustası bildirib.
Çəlləyin hazırlanma qaydası isə fərqli və maraqlıdır. Palıd ağacından hazırlanan taxtalar dairəvi formada yığıldıqdan sonra içərisində ocaq qalanıb taxtalar su ilə isladılır. Buxar vasitəsilə taxta yumşalır. Su ilə taxta isladılıb buxarda yumşaldılarkən kəmərlə sıxılır. Nəticədə çəllək sıxılaraq hazır vəziyyətə gətirilir.
Çəlləklər ancaq palıd ağacından hazırlanır. Buna səbəb isə palıddan fərqli olaraq digər ağaclardan hazırlanan çəlləklərin içərisində bir müddət məhsul saxlandıqdan sonra həmin ağacın dadı və ətrinin məhsulda hiss edilməsidir.
Ötən həftə Milanda keçirilən kişi moda həftəsində modellər podiuma yu
Milyarder İlon Maskın "Twitter"-i almasından sonra şirkətin əmə
Qoxunun insan psixikasına və fiziki vəziyyətinə təsiri qədim dövrlərdə
Ötən gecə Qusarın Cağar kəndində yerləşən "Park Qusar" hotel
Bakıda arvadını və qayınatasını öldürməyə cəhddə ittiham olunan Abb
ABŞ və digər NATO ölkələri dinc şəhərlərə hücum etmək və ərazilə
Xəbər verdiyimiz kimi, Əməkdar artist Tünzalə Əliyeva dünyasını dəyi�
Hər zaman bədən quruluşunun qeydinə qalan dünya ulduzları bunun üçün m
Əməkdar artist Elnarə Abdullayeva açıqlaması ilə diqqətləri üzərinə
Tanınmış saç ustası Viki-Ann Hoskin boz saçları rəngləməyin üsullar�
Türkiyə taxılın rublla ödənilməsi ilə bağlı sövdələşməni uğurla
Qar təmizləyərkən yıxılaraq ağır yaralanan alan Hollivud ulduzu Cere
Qadın və kişi arasındakı bioloji fərqlilik sağlamlıq baxımından da də
Almaniyada istehsal olunan və ilk dəfə 1979-cu ildə təqdim olunan "Leo
Bu il 90-cı illərdə trend olan həcmli saç düzümləri dəbdə olacaq.